Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Con Kennedinin qətlinin yeni versiyaları

Birləşmiş Ştatların 35-ci Prezidenti Con Fitscerald Kennedinin öldürülməsi keçən əsrin ən hay-küylü və ən müəmmalı cinayətidir. Bəs əslində nə baş vermişdir? Bax, bu suala hələ də qəti cavab yoxdur.
Xatırladaq ki, 1963-cü il noyabrın 22-də Kennedi və xanımı Jaklin açıq limuzində təntənə ilə Dallasın mərkəzinə daxil olmuşdular. Texasa səfər onun 1964-cü ildə yenidən prezident seçilməsi uğrunda mübarizəyə hazırlıq xarakteri daşıyırdı. Yerli vaxtla saat 12.30-da snayper atəş açır. Boynundan və başından iki güllə yarası alan Prezident hospitala çatdırılarkən ölür. Con Kennedi noyabrın 25-də Vaşinqtonun Arlinqton milli qəbiristanında torpağa tapşırılır.
Davamı →

Nepotizm

Napoleon qohumlarını sevir və onları ən rahat yerdə oturdurdu. Sta­lin isə, əksinə, qohumlarını sevməsə də, eynilə Napoleon kimi hərəkət edirdi.
Rus dilinə tərcümədə eyni mənanı verməyən və «qohumbazlıq», «dostbazlıq», «kirvəlik» kimi tərcümə olunan «nepotizm» termini orta əsrlərdə papa sarayında meydana çıxsa da, bu təzahürün kökləri insan sivilizasryasının başlanğıcmdan və yaxud daha qədim zəmanələrdən şaxələnir; mütəxəssislərin təsdiq etdikləri kimi, instinktiv nepotizm hətta həşəratlar ile amöblərə də xasdır.
Amerikalı entomoloq Edvard Osborn Uilson 1975-ci ildə «Sosiobiologiya: yeni sintez» adlı kitabı ilə böyük müvəffəqiyyət əldə etmişdi. O, bu kitabda ictimai həşəratlar olan qarışqaların, arıların, eşşək arılarının və termitlərin müşahidə olunmasının nəticələrini şərh etmişdi.


Ardı →

Şimali Atlantika müqaviləsi təşkilatı (NATO)

NATO (NATO North Atlantic Treaty Orqanisation) 1949-cu ildə yaradılmışdır və SENTO (SENTO Central Treaty Orqanisation) və CEATO (SEATO — South-East Asia Treaty Orqanisation Cənub-Şərqi Asiya müqaviləsi Təşkilatı) ilə birlikdə Sovet İttifaqının ekspansionist siyasətində hərbi qarşıdurma vəzifəsini yerinə yetirirdi. Şimali Atlantika müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, müqaviləni imzalayan bir və ya daha çox dövlətə hərbi hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir (5-ci maddə). Alyansın üzvləri Belçika, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları, Türkiyə və Fransadır. Çex Respublikası, Macarıstan və Polşanın 1999-cu ildə Şimali Atlantika müqaviləsinə daxil olmaları üçün 1997-ci ildən danışıqlara başlanılıb, müqavilənin tələblərini yerinə yetirmək iqtidarında olan Avropada başqa demokratiya törəmələrinin üzvlüyə daxil olmaları haqqında ərizələrini müzakirə edən zaman NATO genişlənmə prosesinə icazə verir və Rumıniya və Sloveniyaya qarşı münasibətlər xüsusilə qeyd edilir.


Ardı →

XX əsrdə ABŞ ərazisinin işğalı faktı

XIX əsrin əvvəllərindən sonra ABŞ ərazisinə xarici qəsbkarların hücumu məhz həmin tarixdə reallaşmışdı. Söhbət 1943-cü ilin bu günlərindən, konkret olaraq 11 may tarixindən gedir. Həmin döyüşlərdə iştirak etmiş Amerika hərbçilərinin sayı ümumilikdə 150 minə çatıb. Maraqlıdır ki, uzun illər ərzində yaponlara qarşı aparılmış bu əməliyyatın hansı məqsədə xidmət etdiyi qəribə təsir bağışlayıb. Hətta gülməli də görünüb. Söhbət demək olar, insan əlinin çatması mümkünsüz olan Aleut arxipelaqının tərkibindəki daşlı-qayalı relyefə və sərt quraq iqlimə malik Attu və Kiska adaları ilə bağlı münaqişədən gedir. Ekspertlər adaların strateji əhəmiyyətinə diqqət yetirərək bildirirlər ki, II Dünya Müharibəsinin gedişində belə mənasız hərbi əməliyyatı təsəvvürə gətirmək mümkün deyil. Mənasız hərəkətə yol verənlər isə təkcə amerikalılar yox, həm da yaponlar idi.

Ancaq onu da vurğulamaq lazımdır ki, Yaponiya hələ 1942-ci ilin iyunundan Attuya desant qüvvələri çıxarmağı planlaşdırırdı. Ölkənin başlıca məqsədi amerikalıları Sakit okeandakı əsas döyüşlərin gedəcəyinin planlaşdırıldığı Midueydən yayındırmağa hesablanmışdı. Bunun üçün yaponlar iki qırıcı daşıyan gəmi, habelə digər nəhəng hərbi gəmilərlə birgə heç də qonaqpərvər iqlimə malik olmayan şimal enliyinə doğru irəlilədilər. Nəticə isə 1812-1815-ci il Amerika-İngilis müharibəsindən sonra ilk dəfə baş vermiş hadisəni — ABŞ ərazisinə təcavüzü doğurdu. Olay Amerika ictimai rəyində şok effkti yaratdı, işğal kimi qarşılandı.


Ardı →

Qərbin və SSRİ-nin vahid düşməni | Çauşesku

Bəlkə indiyədək davam etməkdə olan «diktator ovları» məhz onun aradan götürülməsi ilə başlanmışdı. Hər halda bu mənada birincilərdən sayıla bilər. Hərçənd bu adama diktator demək də olmur. Təbii ki, sərt diktələrinin olduğuna şübhə etmirik və onu da bilirik ki, müasir dünyanın baxışlarında belələrinə yapışan və yapışdırılan ad elə diktatordur, avtoritardır. Məsələyə bir yanaşma da var və o yanaşma dövrün dəyişməkdə olan reallıqlarına dərindən nəzər yetirməyi zəruriləşdirir.

Qəhrəmanımız prinsipial mövqe tutdu və öz oyununu oynamağa çalışdı. Müəyyən mənada oynadı da. Amma ona belə demək mümkünsə, böyük səhnədə qalmaq şansını tanımadılar və bu gün həmin adamın cəzasına məhkum edildikdən dərhal sonra qətlə yetirilməsindən 23 il keçir. Yazının sonunda yerləşdirilmiş video-görüntüdə o qorxulu səhnəyə və ondan sonrakı emosiyalara şahidlik edəcəksiniz. Sevinənlər diqqətinizdən yayınmayacaq. Şübhəsiz, çox da uzaq olmayan tarixdə baş verənləri beynində canlandıranlar da tapılacaq. Elə isə bir qədər əvvəldən başlayaq və müəyyənləşdirək görək, nəyə görə rumın diktatoru Nikolay Çauşesku güllələndi. Diktatorun həyat yoldaşı Yelenanın da onunla birgə öldürülmə səbəbini isə video-görüntüdən müəyyənləşdirməyə çalışın. Mətndə bu barədə heç nə yoxdur.


Ardı →

Sultan Süleyman və Hürrəm

Yenicə Osmanlı taxtına oturmuş Sultan Süleyman hərəmxanada dincəlirdi. Ona yeni təqdim olunmuş cariyələr öz istedadlarını Sultana nümayiş etdirirdilər. Yeni sultan üçün dünyanın dörd bir tərəfindən, bütün irqlərdən cariyələr gətirmişdilər. Sultan onları zövqünə görə seçir və bəyəndiklərinin hərəmxanaya qatılmasına izn verirdi.

Davamı →

XX əsrin II yarısında iqtisadi böhranlar

Azad bazar iqtisadiyyatından doğan silsilə böhranlar ikinci dünya müharibəsindən sonra da səciyyəvi hal almışdı. Müharibədən sonra 1948 — 1949, 1953 — 1954, 1957 — 1958, 1960 — 1961, 1969 — 1970, 1974 — 1975, 1979 — 1982, 1990 — 1991- və XX əsrin son illərində iqtisadi böhranlar baş vermişdi. Onlardan 1974 — 1975-ci illər böhranı daha dərin və əhatəli olmuşdu.
Bu böhran ABŞ, İngiltərə və AFR-də başlamış, eyni vaxtda bütün kapitalist ölkələrini əhatə etmişdi. Böhranın belə əhatəli olması müharibədən sonra dünya iqtisadi inkişafında baş vermiş yeni meyllər ilə əlaqədar idi. Belə ki, ikinci dünya müharibəsindən sonra elmi-texniki tərəqqi nəticəsində kapitalizm dəyişilmiş, istehsalda beynəlmiləlləşmə artmış, beynəlxalq əmək bölgüsü və ixtisaslaşma dərinləşmişdi.
Ardı →

İranda Məşrutə inqilabı

XX əvvəllərində İranda da sosial ziddiyyətlər kəskinləşmişdi. O, feodal və yarım müstəmləkə zülmündən əziyyət çəkirdi. Əhali, xüsusən mülkədarlar, tacirlər və sələmçilər Şah hakimiyyətinin məhdudlaşdırılmasını, mülkiyyətlərinin toxunulmazlığının təmin olunmasını, valilərin və xanların özbaşınalığına son qoyulmasını, İranlı sahibkarlara xarici sahibkarlarla bərabər hüquqlar verilməsini tələb edirdilər. Onların bu tələbləri ruhanilər tərəfindən də müdafiə olunurdu.
Ölkənin ağır vəziyyəti əhalini cana doydurmuşdu. O, mövcud rejimə qarşı çıxmağa başlamışdı. 1905-ci ilin dekabrında Tehran və ölkənin digər şəhərlərini bürüyən kütləvi nümayişlər inqilabın başlanmasından soraq verirdi. Dekabrın 14-də ali ruhanilərin çağırışı ilə beş mindən artıq nümayişçi Tehranın Şah Əbdüləzim məscidində bəstdə oturmuşdular. Şahın səylərinə baxmayaraq ruhanilərin bəsti dayandırılmadı.
Ardı →

Meksika inqilabı

XX əsrin əvvəllərində dünyanın təlatümlü bölgələrindən biri də Latın Amerikası idi. Bu dövrdə Latın Amerikası ölkələrində azadlıq hərəkatında yeni mərhələ başlamışdı. Bu mərhələdə başlıca səciyyəvi cəhət azadlıq hərəkatında xalqın bütün zümrələrinin iştirak etməsi idi. Azadlıq hərəkatı siyasi hakimiyyətdə və iqtisadiyyatda hakim mövqe tutan mülkədar latifundiyaçılarla xalqın ağır istismarında iştirak edən xarici inhisarların ittifaqına qarşı çevrilmişdi. Bu mübarizədə milli iqtisadiyyatın inkişafında marağı olan yerli burjuaziya və daha çox istismara məruz qalan fəhlə və kəndlilər aparıcı rol oynayırdılar.
Ardı →

Sinxay inqilabı

Yarımfeodal  ölkə  olan  Çində  XX   əsrin əvvəllərində     sosial-iqtisadi     ziddiyyətlər kəskinləşmişdi. Çin xalqı həm də iri xarici dövlətlərin müstəmləkə zülmündən də əziyyət çəkirdi.
Bütün bunlar, Çində vətənpərvər qüvvələrin formalaşmasına və baş qaldırmasına səbəb olurdu. Artıq XX əsrin əvvəllərində Çin xalqının mancur əsarətinə və müstəmləkə zülmünə qarşı mübarizə şəraiti yaranmışdı. 1903-1905-ci illərdə Çinin bir sıra şəhərlərində inqilabi təşkilatlar və cəmiyyətlər meydana çıxmışdı. Onlardan biri də Sun Yatsenin başçılıq etdiyi "Çinin dirçəliş ittifaqı" idi. Onun Çində və başqa ölkələrdə 40-a qədər təşkilatı fəaliyyət göstərirdi. 1905-ci ilin sentyabrında Tokioda onlar birləşərək «Çin inqilabı birlik İttifaqı» (Cjiyu Temin Tunminxuey) yaratdılar. Onun prezidenti Sun Yatsen, vitse-prezidenti isə Xuan Sin seçildilər «İttifaq»ın proqramının əsasını liberal demokratizm prinsipləri təşkil edirdi. O, Sun Yatsenin «üç xalq prinsipinə-«millətçilik, demokratiya və xoşbəxtlik» prinsiplərinə əsaslanırdı. O, «Minbao» (Xalq) qəzeti nəşr etdirirdi.
Ardı →