musiqi

Musiqi — əhval-ruhiyyənin, emosiyaların və hisslərin universal dilidir. Lüksemburq universitetinin tədqiqatçıları musiqinin beyinin yaddaş, danışıq və hərəkətə nəzarət edən hissələrini stimullaşdırdığını müəyyən etmişlər. Onların əldə etdiyi nəticələr təcrübədə faydalı ola bilər.
“Musiqili terapiya” gedişində əhval-ruhiyyənin nəzərə çarpacaq dərəcədə yaxşılaşmasını, ağrının və daxili gərginliyin azalması nəzərə çarpmışdır. Bu tədqiqatlarda əsasən, ətrafdakıların yardımına möhtac olan yaşlı insanlar iştirak etmişlər. Seanslar həm qrup, həm də fərdi şəkildə aparılmışdır.
Tədqiqatçılar musiqinin emosional yaddaşa təsir etdiyini və bununla da keçmiş xatirələrin xatırlanaraq insanın bir növ yenilənməsinə kömək etmişdir. «Medical Hypotheses» jurnalında dərc olunmuş yekun nəticələrə əsasən musiqi Alzeymer xəstəliyinin inkişafının qarşısını almağa əvəzsiz köməklik göstərir. Musiqi neyro-psixiatriya xəstəliklərində də öz təsirini göstərmişdir.
Bu yaxınlarda aparılan digər bir tədqiqata əsasən isə musiqi insanın embrion dövründən qocalıq dövrünə qədər onun kəllə-beyin sisteminə təsir edir.
Musiqi həmçinin kortizon, testosteron və estroqen kimi steroidlərin inkişaf səviyyəsinə və onlarla bağlı reseptor genlərinə təsir edir.
Alimlər musiqinin beyində neyrotrofin zülallarının formalaşmasına da təsir etdiyini aşkar etmişlər. 21 gün ərzində ard-arda alimlər siçanların beyninə asta templi musiqi yeritmişlər. Bu periodun sonunda siçanların beynində hippokampın neyrotrofik faktorlarının çoxaldığı müşahidə edilmişdir. Bu eksperimentin nəticəsi olaraq alimlər bildirmişlər ki, musiqi sinir sistemi ilə bağlı bir neçə patologiyanın müalicəsinə kömək edə bilər.
 

1 şərh

imtogrul
məlumat mərkəzi bankir saytı