2050 – ci ildə 139 milyon insan ağlını itirəcək

Demensiya yaddaşın tədricən zəifləməsi, ünsiyyət problemləri ilə birgə düşünmək bacarıqlarının azalması ilə müşayiət olunan nevroloji problemdir.
Hazırda dünyada 70% ölkədə demensiyanın əhali arasında yayılması artır. 2050-ci ilə qədər demans halları 139 milyon insanı cənginə alacaq.
Həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, müasir insanlar daha uzun yaşayır. Amma tibb ürək problemləri ilə daha asan məşğul olur, nəinki beyin.

“Aşağıdakı simptomlar beyindəki pozğunluqlardan xəbər verir;

  • Şəxsiyyət dəyişiklikləri
  • Xəstənin iş qabiliyyətinin dəyişməsi
  • Unutqanlıq
  • Düzgün sözü tapmaqda çətinlik çəkmək
  • Gəzməyin çətinləşməsi
Diqqət edilməli olan əlamətlər: yaddaş itkisi, konsentrasiyada çətinlik, normal gündəlik işləri yerinə yetirməkdə çətinlik; zaman və yer haqqında qarışıqlıq; əhvalın dəyişməsi.
Bəzi risk faktorlarının qarşısını almaq olar. Sağlam qidalanmaq, siqareti buraxmaq və alkoqoldan imtina etmək lazımdır.
Eləcə də ilkin əlamətləri sezən kimi həkim müayinəsi vacibdir”.
 

0 şərh