"Cool" olmaq əslində nə deməkdir?

Prinsipə görə, «cool» olmaq stress altında sakit qalmağı bacarmaq deməkdir. Amma bu cümlə cool davranış stilinin bir mədəniyyət kimi dünyaya yayılmasını izah etmir. «Cool» olmaq bəs nə deməkdir?

Bu davranış estetikası əsasən Birləşmiş Amerika ştatlarında quldarlıq vaxtında qara dərililərin davranışı ilə inkişaf etmişdir. Qullar özlərini qorumaq üçün bu cür emosional əks təsirdən istifadə etməyə başladılar. «Cool» davranışı qullara gecələr küçədə onları istismar edənlərin yanından keçmək cəsarəti verirdi. Quldarlıq dövründə qara dərililərə olan açıqca agresiyaya bəzən onların ölümü ilə nəticələnirdi. Bu provokasiya zərərsiz idi, qulların zülmə qarşı bir növ uşaqca müqaviməti idi.

Modern mədəniyyət
İndiki dövrdə «cool»luq gənclər üçün əsas fenomenə çevrilib. Bu estetika Hip Hop janrı ilə bütün dünyaya yayılmağa başladı. Bu estetik davranış tipi qara dərili estetikası olaraq onların davranışları, düşüncələri şəkilində bir xarekter obrazlaşdırılaraq dünyaya yayıldı

Afrikalı Amerikan filosofu Kornel Vest araşdıraraq görür ki, qara dərilərin mədəniyyət hip hop janrı vasitəsilə dünyaya yayılır. Bu stil dünyada öz məxsus sirliliyinə görə yayılmağa və qəbul edilməyə başlandı. Həmçinin toxunulmaz olmaq arzusu, bu davranış növünü zamanla daha önəmli bir yerə qoydu. «Cool»luq təkcə kişiliyin göz önünə çıxarılması demək deyil, bu davranış özündə həmçinin özünü təmin etməni, qaçışı, təşvişi ehtiva edir.

Klassik Yunan «Cool»ları
Qədim Yunanıstanda, Stoik filosofları kobud şəkildə «cool»luğun yayılmasını dəstəkləyirdilər. Stoiklərin taleyə qarşı olan laqeydliklərini «cool»luğun prinsipləri ilə izah edirdilər. Onların prinsiplərinin əsasında Afrika, Amerika mədəniyyətinin elementləri var idi. Bu stilin nümayəndələrindən olan caz ifaçısı Lester Yanq hərəkətlərinə görə nə xəcalət çəkirdi, nə də onlarla fəxr edirdi. Bu Stoik davranışıdır.

 

0 şərh