Etnosentrizm nədir?

Etnosentrizm, bir şəxsin və ya bir qrup insanın reallığı öz mədəni parametrlərinə uyğun şərh etmək meylidir. Çox vaxt bu təcrübə insanın etnik qrupunun və onun bütün mədəni xüsusiyyətlərinin başqalarının etnik xüsusiyyətlərindən üstün olduğuna dair qərəzlə əlaqələndirilir. Praktik məqsədlər üçün etnosentrizm universal dəyərdir. 

Ümumiyyətlə, hər bir xalqda, öz mədəniyyəti ilə başqalarının mədəniyyəti arasında kəsişmə nöqtəsi nə olursa olsun, qruplaşmanı tərifləyən və digər insanların mədəniyyətlərini iblisləşdirən ən azı gözdən salan inanclar müşahidə edilə bilər. Bunun səbəbi,


Davamı →

Etnosentrizm nədir?

Etnosentrizm nədir?

Etnosentrizm fərdin və ya bir qrup insanın reallığı öz mədəni parametrlərinə uyğun şərh etmək meylidir. Çox vaxt bu təcrübə bir etnik qrupun və onun bütün mədəni xüsusiyyətlərinin başqalarının etnik xüsusiyyətlərindən üstün olduğuna dair qərəzlə əlaqələndirilir. Praktiki məqsədlər üçün etnosentrizm universal dəyərdir.

Ümumiyyətlə, hər bir xalqda, öz mədəniyyəti ilə başqalarının mədəniyyəti arasında kəsişmə nöqtəsi nə olursa olsun, qruplaşmanı tərifləyən və digər insanların mədəniyyətlərini iblisləşdirən ən azı gözdən salan inanclar müşahidə edilə bilər. Bunun səbəbi, demək olar ki, hər kəsin ən yaxşı mədəniyyətdə doğulduğunu


Davamı →

Mədəni zorakılıq edən adamlar

Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.
İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.

Davamı →

Vaqif Osmanov - Çağdaş ədəbi gəncliyin düşüncələri

45-50 il əvvəlki gəncliyin nümayəndəsi kimi etiraf edirəm ki, indiki gənclər bizdən qat-qat məlumatlı, zəngin dünyagörüşlü, cəsarətli, azadfikirlidir. Deyəcəksiniz ki, bu texnoloji tərəqqinin təsirindəndir. Bizim zəif təsəlli yerimizdir. Amma burada başqa nüanslar da var. Ən başlıcası yazarlarda sözə münasibətdir. Sözə sayğı ilə yanaşanlar əvvəllər də mütləq çoxluq təşkil eləməyib, elə indi də. İndiki gənclərin bizdən fərqli olaraq bir neçə şansı artıqdır. Ümdəsi bir neçə əcnəbi dil bilməklərindədir. Kitabı orijinaldan oxumağın ləzzəti bir başqadır.

Davamı →

Niyə bu gün Azərbaycanda Üzeyir Hacıbəyovlar doğulmur?

Deyəsən, bu gün Almaniyada da Bethovenlər doğulmur, Rusiyada da daha Dostoyevskilər yoxdur, Çində də Konfutsilər ancaq bardaş qurub oturmuş köhnə heykəllərdir, Amerikada da Çaplinlərə rast gəlinmir. Əlbəttə ki, biz burada anaların doğduğu bioloji fərdlərdən deyil, mədəniyyətlərin doğduğu dahi şəxsiyyətlərdən danışırıq, baxmayaraq ki, hər ikisi ağrı çəkərək doğur.
Görünür, “dahilər zamanın övladlarıdır” fikri ilə razılaşmalı olacağıq; bəzi şeylər təkrarolunmazdır!
Qərb mədəniyyətinin ontoloji qısırlığa yuvarlandığını özünə dərd edən və “islamın önündə diz çökməliydik” deyən Nitsşe 1889-cu ildə yazdığı “Bütlərin Alaqaranlığı” kitabında qədim yəhudi peyğəmbərləri kimi fəryad edir: “Başqa ölkələrdə tez-tez məndən soruşurlar, “Alman filosofları yenə varmı? “Yenə varmı alman şairləri?” Üzüm qızara-qızara, bəli, var, deyirəm, Bismark!”

Davamı →

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

 “Conatus” – insanın özünü sevmək ehtiyacıdır. Spinozanın sözləri ilə desək, konus – insanın yaşamaq arzusu və həyata canatmasıdır. Tarix boyu insanın yaşamaq və bunun üçün mübarizə aparmaq şövqünə səbəb olan da məhz bu ehtiyacdır. Yaşamaq uğrunda mübarizə prosesi, bu ideyanı həyata keçirmə vasitə və üsullarının ortaya çıxmasına səbəb olub, hansılar ki, öz növbəsində və ümumi anlamda mədəniyyət adlandırıla bilər.

Davamı →

Vyana qapıları

Dünyanın mədəni təfəkkür cəhətdən bölünməsi əslində parçalayıcı deyil, birləşdirici amildir. Buradakı birləşdirmək isə, konfliktin aradan qalxmasından başqa bir şey deyil. Əlbəttə, mədəni təfəkkür sferasına elm də daxildir. Elmlə incəsənət hələlik bəşəriyyətə məlum olan yeganə həqiqətdir ki, müəyyən bir qütbün iddiasına xidmət etmir və subyektin mənimsəyə biləcəyi bir şey deyil. Mədəni fəlsəfə eyni zamanda elmə söykəndiyi üçün digər fəlsəfə növlərindən, o cümlədən, dini fəlsəfədən, milli fəlsəfədən, həmçinin siyasi fəlsəfədən köklü şəkildə fərqlənir.

Davamı →

Utopik realizm

İnsan həyatı həm bir ömrə sığan günlər, aylar, illərdir, həm də illərə, aylara, hətta günlərə sığa bilən bir ömürdür. Zaman etibarilə kiçik olanın böyük olana sığması təbii və məntiqidir. Ancaq böyüyün kiçiklərə sığması zaman məfhumunu xeyli dərəcədə dəyişir. Onu nisbiləşdirir, məna və mahiyyət etibarilə başqa bir boyuta daşıyır. Necə deyərlər, əsrə bərabər günlər, saatlar, hətta dəqiqələr mövcuddur. Aytmatovu bilmirəm, ancaq mən bu ifadəni bədii obraz və yaxud da metafora olaraq işlətmirəm. Mənim üçün zaman dəqiq hesablanmış bir məfhumdur.

Davamı →