Qrammatik xırdaçılıq sindromu

Qrammatik Xırdaçılıq (Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS))

“-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ”Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz ?

Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü çəkindirə bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür.

Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının Obsessiv Kompulsiv Pozuntu (OKP) növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan (Functional magnetic resonance imaging) görüntülərində Obsessiv Kompulsiv Pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir.

Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər.

Qrammatik Xırdaçılıq Sindromundan əziyyət çəkən insanlar da bənzər hisslər yaşayır: gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları vardır.

Bu səhvləri gördükdən sonra onlar özlərini narahat, əsəbi hiss edirlər. Buna görə, Qrammatik Xırdaçılıq Sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan Obsessiv Kompulsiv Pozuntunun bir növü sayıla bilər.

Əlbəttə, bu sindroma sahib olub olmamağınız səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər.

 

0 şərh