Qrammatik xırdaçılıq sindromu

Qrammatik Xırdaçılıq (Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS))

“-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ”Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz ?

Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü çəkindirə bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür.


Davamı →

Danışıq etikası və nitq etiketləri

İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək hamının şərəfli vəzifəsidir.


Davamı →

Nitqin keyfiyyətini necə yüksəltmək olar?

1. Bununla bağlı məzəli bir tapşırığımız var: Hər hansı bir ev əşyasını, məsələn tavanı götürün və 5 dəqiqə ərzində onun haqqında gözəl ədəbi dildə danışmağa çalışın. Ilk əvvəl bu proses sizə açıq-aşkar çətinliklər törətməyə başlayacaq, lakin tədricən asanlaşacaq. Tədricən məşqə ayırdığınız vaxtı artırın və mövzunu çətinləşdirin. Bu məşğələlər sizə uyğun sözlər seçməkdə kömək edəcək və siz tava haqqında heç bir təkrar ifadə istifadə etmədən bir saat müddətində danışa biləcəksiniz.  

2.
 Nitqinizdə “amma”, “ümumiyyətlə”, “elə bil ki”, “yəni” və s. kimi parazit sözlərdən mümkün qədər az istifadə edin. Nitq zamanı güclü emosiyalar göstərməkdən uzaq durun. Sadə ifadələrdən istifadə edin, tələsməyin.

3.
 Nitq tempinə nəzarət etmək mütləqdir. Monoton nitq ağlasığmaz dərəcədə darıxdırıcı təsir bağışlayır. Fasilələr edin və müəyyən məqamlarda emosiyalarınızı göstərin, lakin güclü şəkildə deyil.

4.
 Söhbət zamanı müxtəlif metafora, müqayisə və məsəllərdən istifadə
edin. Bu, nitqinizə əhəmiyyətli dərəcədə canlılıq gətirəcək. Və təbii ki, yumor. Yerində edilmiş zarafatlar çox güclü təsir bağışlayır və səmimi mühit yaratmağa imkan verir.
Davamı →

İşgüzar danışıqlar

İşgüzar danışıqlar PR fəaliyyətinin tərkib hissəsidir. Belə danışıqların auditoriyası mövcud və ya potensial partnyorlardan, əməkdaşlardan, dövlət adamlarından ibarətdir. Bu auditoriya ilə kütləvi tədbirlər (prezentasiyalar, sərgilər) zamanı yaradılmış ünsiyyəti daha da dərinləşdirmək vacibdir. Bunun isə ən optimal üsulu xüsusi olaraq işgüzar görüşlər təşkil etməkdir.

Səmərəli nəticə əldə etmək üçün danışıqları necə aparmaq lazımdır? Bu barədə qədim filosoflardan tutmuş müasir psixoloqlara qədər yüzlərlə müəllif minlərlə əsər yazıb. Yunan filosofu Sokratın ehkamları bu gün Beynəlxalq Pablik Rileyşnz Assosiasiyasının (International Public Relations Assosiation — IPRA) etika kodeksinin əsasını təşkil edir: tərəflərin bərabərliyini və təkrarolunmazlığını qəbul etmək; istənilən məsələ üzrə fikir ayrılığına hörmətlə yanaşmaq; işgüzar görüş zamanı qarşılıqlı surətdə bir-birini zənginləşdirmək.


Ardı →

Aparıcının nitqi

Ara-sıra sizin də gördüyünüz kimi “Jurnalistikanın on qızıl qaydası” kitabından maraqlı saydığım yazılardan yerləşdirirdim. Bu dəfə isə isəyirəm Erik Fichteliusun sözlərindən, fikirlərindən yox, efirdə danışan aparıcılar haqqında öz fikrimi bildirmək istədim.

Bəzən aparıcılar efirə çıxdıqlarında mikrofon və ya kamera qarşısında danışdıqları zaman çox səhvlərə yol verirlər. Belə çıxır ki, özlərinə sadiq ola bilmirlər, halbuki olmalıdır. Fikir vermişəm ki, aparıcılar bəzən çox tez-tez kağıza baxır, elə olur ki, sən onun gözlərini düz-əməlli görə də bilmirəsən. Bu zaman düşünürsən ki, daha burda efirlik nə xəbər oldu ki? Axı dinləyici, yaxud tamaşaçı mətni kağızdan oxumaq yox, onun la danışmağa səy göstərmək lazımdır.


Ardı →