Kirpiklərimizi necə uzadaq?

Hər gün kirpiklərinizə masklar çəksəniz, bir müddət sonra töküləcəklər. Kimyəvi üsullar ilə kirpikləri uzatmaq qalıcı həll olmayacaq. Təbii yollarla kirpiklər necə uzanar?

1. Saçlarınızın, dərinizin, dırnaqlarınızın və ya qaşlarınızın həmişə düzgün qidalanaraq sağlamlıqlarını qoruya bilərsiniz. Dərinizin gün içində ehtiyacı olan vitain və mineralları qarşıladığınızda tük kökləri güclənərək, kirpiklərinizin uzanmasına səbəb olur.



2. Kirpiklərinizi qidalandırmağın digər yolu E vitamini istifadə etməkdən keçər. E vitamini kapsulunu ikiyə bölüb, içindən çıxan yağı kirpik diblərinizə sürtün. Təmiz bir kirpik fırçası ilə də masaj edin.

3. Saf zeytun yağı istifadə edərək kirpiklərinizi gücləndirə bilirsiniz. Pambığın üstünə 1-2 damla zeytun yağı damladın və kirpik diblərinizə sürtün. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu üsulu 4 həftə ərzində təkrar edin. Dəyişimi siz də fərq edəcəksiniz.
 

0 şərh