Kirpiklər niyə tökülür?

Gözləri zərərli təsirlərdən qoruyan kirpiklər, yanlış baxım və ya genetik faktorlardan qaynaqlanaraq tökülməyə başlayır. Bu tökülmələrin qarşısını almaq üçün mütləq müəyyən aralıqlarda onlara qulluq etmək lazımdır.

Kirpik tökülməsinə nə səbəb olur?
Kirpik tökülməsinə səbəb olan bir çox təsir var. Bunlara gözdə makiyaj varkən yatmaq, tiroid xəstəlikləri, stress, B12 vitamini çatışmazlığı, yaşlılıq, menepoza, makiyaj, göz xəstəlikləri, kemoterapiya, hormonal problemlər aiddir.
Davamı →

Kirpiklər üçün maska

Kirpiklərin uzanmasını sürətləndirmək və onları daha sıx və gözəl etmək üçün sizə çox effektli maska reseptini təqdim edirik.

Tərkib:
— A vitamini (yağlı məhlul) — 15 damcı
— E vitamini (yağlı məhlul) — 15 damcı
— 1 çay qaşığı badam yağı
— 1 çay qaşığı gənəgərçək yağı.

İnqrediyentləri yaxşı qarışdırın və hər gün kiçik fırçanın köməyi ilə kirpiklərinizə çəkin. Hazır maskanı soyuducuda saxlayın.
Davamı →

Mükəmməl tuşu necə seçək?

Mükəmməl kipriklər – uzun və sıx, yaxşı ayrılmış, qeyri-bərabər boyanmayan və lapa qalmayan kipriklərdir. Bütün bu keyfiyyətlərə nail olmaq üçün biz yaxşı tuş seçməliyik. Bəs belə tuş hansı kriteriyalara görə seçilir? Biz sizə mükəmməl tuş seçmək üçün hansı meyarlar lazımdır onları araşdırdıq və təqdim edirik.

1. Əsas vəzifə
Tuş alarkən ilk növbədə onun məqsədini müəyyən edin. Kiprikləri qalınlaşdıran, və həcm verən, onları daha qabarıq göstərən, qaldıran və bərabər hissələrə ayıran – bütün bu vəzifələri yerinə yetirən xüsusi məhsul yoxdur. Kimin ki, anadangəlmə kiprikləri “sözünəbaxan” deyil, bu cür xanımlar universal tuşlardan istifadə edə bilərlər.
Davamı →

Qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.

Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.


Ardı →

Kirpikləri təbii yolla necə uzadaq?

Gözlər qəlbin aynasıdır. Əks cinsin nümayənlərini cəlb etmək üçün mənalı baxışlar vacibdir. Mənalı baxmaq üçünsə, uzun və gözəl kirpiklər lazımdır. 

Nəmləndirin
Dərinizin nəmləndirməyə ehtiyacı olduğu kimi  kirpiklrinizin də nəmə tələbatı var.  Kirpiklərinizin nəmləndirilməsi onların daha çox uzanmasına kömək edir. Fırça ilə vazelin və ya bitki yağları çəkərək onları nəmləndirmək olar. Gözlərinizə dəyməməsinə diqqət edin 

Tuşu doğru seçin 
Tuş kirpiklərinizi çox gözəl göstərə bilər lakin eyni zamanda, zərər də vermiş olur. Kirpiklərinizin tökülməməsi üçün düzgün tuş amlalısınız. Tərkibində mineral və vitaminlər olan tuş alın.
Ardı →