Hamiləlik psixologiyası

  • Qadın
Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.
Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlamışdır. Özünü fərqli və dəyişkən bir bədəndə gözləyərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşarkən, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu bir tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxarmalıdır. İnsanlar bilmədikləri mövzudan daha çox narahatlanaraq tələsiklik edirlər və bu baxımdan problemlər yaşayırlar. Bu səbəbdən hamiləlikdə ilk addım kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır.
Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi və bu dövrü onunla yaşaması ən yaxşı seçimlərdən biridir. Çünki, analiğa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi narahatlıqlarla yanaşı, həyəcan, qorxu, təlaş, qayğı da yaşayır. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatın verdiyi güc və biliklə daha az həyəcan və tələsgənlik yaşayacaqsınız. 


Fiziki olaraq yaşanılan hər cür rahatsızlıqlar və problemlər ananı hamiləlikdən soyutmamalı, doğulacaq uşağın rahatlığını və bu problemlərin qısa vaxtdan sonra bitəcəyi düşünməlidir. Uşağa yaxşı bir ana olub olamamaq qayğısı, yaxşı bir gələcək vermək qorxusu, sağlam bir doğum keçirmək və s. ananın ağlını daim məşğul edəcək. Ona görə də bu düşüncələrin yuxuları qaçırdacaq qədər büyüdülməsi yersizdir. Çünki, doğumdan sonra uşağı qucağına alan ananın düşüncələri tamamilə dəyişəcək, ona toxunmağın verdiyi həyəcanla bu narahatlıq silinəcəkdir.
Ana namizədinin yoldaşı və ailəsi ilə olan münasibəti də bu dövrdə çox büyük rol oynayır. Qisacası yeni ana qorxularını, qayğılarını, problemlərini xüsusən yoldaşı ilə paylaşmalıdır. Ana və ata, valideyin olmaq məsuliyyətini birlikdə üzərlərinə almalıdırlar. Yoldaşın bu dəstəyi ilə ana duyğusal olaraq bəslənir və özünə güvən hissi yaranır. Ananın sağlam psixoloji vəziyyəti, uşağı da düzgün istiqamətə yönləndir. Yoldaşın dəstəyi ilə yanaşı, ailə və dostların dəstəyi də önəmlidir. Bəzi problemləri yoldaş yerinə, bir ananın ya da hamiləlik mövzusunda təcrübəsi olan bir rəfiqənin köməyi ilə həll etmək daha asan ola bilər.
Sağlam uşaq böyütmək hamiləlik dövründən başlayan bir duyğudur. Ana namizədi öz duyğularını düzgün tanıdıqca, uşağına daha sağlam bir ana modeli yaradacaqdır. Əgər duyğularını tanımaqdan qaçar, və ya dəstək almazsa gərginlik və stress dolu bir dövr yaşaması qaçınılmazdır. Bu da ana bətnindəki uşağa öz mənfi təəsirini göstərəcək. Ana bütün bu duyğuları yaşarkən biraz daha sakitləşmək üçün, sadə bir idman ya da bir xobbi ilə məşğul ola bilər.
Bunlara; üzgüçülük, gəzinti, rəsm çəkmək, muncuq düzmək, tikiş tikmək, yeni yemək reseptləri yoxlamaq kimi hobbilər ola bilər.
Əgər hansısa bir işdə işləyirsə və sağlam bir hamiləlik keçirirsə işinə həkim nəzarətində davam edə bilər. Bu cür fəaliyyətlərlə özünü məşğul edərək, hamiləlik stressi daha az olacaq və uşağın ana bətnindəki inkişafı daha sağlam olacaq. Önəmli olan doqquz ay müddətində, stressdən uzaq, sakit və rahat günlər yaşamaqdır. Hamilə olmasalar da qadınların baxımlı olmaq cəhdləri onların psixologiyalarını düzgün istiqamətdə yönəldir. Qısası, ana namizədlərinin özlərini daha yaxşı hiss etmələri baxımından; əl-ayaq baxımı, saç düzümlərində dəyişiklik, bir neçə geyim və aksesuar alış-verişi və s. özlərini yaxşı hiss etməyə səbəb olacaq. Bu mövzuda diqqət edilməli olan məsələ, edilən qulluğun təmiz və sağlam olmasıdır. Bunların xaricində; vaxtında yatmaq, düzgün qidalanmaq, arada ilıq duş qəbul etmək və masaj olunmaq və s. hamiləlik dövrünü rahat keçirmək üçün faydalıdır. Xüsusən, bilinməsi vacib olan məqam, hamilə bir qadının çox həssas olmasıdır. Ən xırda məqamları böyüdə bilər, hər şey ona təsir edə bilər. Hamilə qadın kiçik şeyləri böyütdüyünün fərqində olsa da bu hissləri idarə edə bilməz və qeyriixtiyari duyğuları ən pik həddə yaşayar. Unudulmamalıdır ki, hamiləlik, doğum və analıq, hər qadının yaşamaq istəyəcəyi bir duyğudur.
 

0 şərh