Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Dalida

DalidaƏsl adı İolanda Cilyotti olan məşhur muğənni Dalida…
Bəziləri onun misirli olduğunu düşünsə də, Dalida 1933-cü ildə immiqrant italyan ailəsində dünyaya gəlib. Muğənninin uşaqlıq və gənclik illəri Qahirədə keçib.

Dalida böyük səhnələri fəth edir. İstəyi bu idi — ulduz olmaq… Ancaq “ulduz”luğu ondan çox şey alır, sənətinə görə analıqdan da imtina edən Dalida sonralar buna görə peşman olmuşdu, ancaq təəsüf ki, insan peşmançılıq hissini artıq heç nəyi düzəltmək mümkün olmadıqda keçirir..

Ta əvvəldən başlayaq...muğənninin uşaqlığından… Artıq 10 yaşında ikən göz xəstəliyi keçirir, həkimin “güclü” məsləhəti uşağın gözünü bir neçə gün sarıqda saxlamaq olur, bu səbəbdən gözdəki infeksiya daha da yayılır, nəticədə körpəyə konvergent çəpgözlük diaqnozu qoyurlar. Sonrakı illər bir neçə cərrahiyyə əməliyyatı keçirir, ancaq cüzi çəpgözlük Dalidada ömürlük qalır.

12 yaşında Dalida sevimli atasını itirir. Bu itkini gənc qız ağır keçirir… Başsız qalmış ailə çətin günlər yaşamalı olur.
Ardı →

Misiri dəyişdirən qadın - Nefertiti

 Nefertiti haqqında heç kim heç nə bilmirdi. Onun sirri 1858-ci ildən sonra açıldı. I Dünya müharibəsi ərəfəsində, alman arxeoloqları Misirdə qazıntılar zamanı bir neçə qədim predmet tapıb, alman muzeylərinə tədqiqat üçün göndərdilər. Onların içində qutu kimi daş lövhə var idi. Berlində bu lövhə birdən-birə dönüb Nefertitinin büstünə çevrildi. Sən demə, bic arxeoloqlar şübhə doğurmasın deyə, büstü gümüşü kağıza büküb üstünü gipsləyiblər ki, diqqət çəkmədən onu Misirdən çıxarsınlar. Bu fakt aşkar olunan kimi böyük qalmaqal qopdu və almanlara Misirdə qazıntı aparmaq qadağan olundu. Amma, dəyərli sənət incisi, e.ə. XV əsrdə usta Tutmesin hazırladığı büst hər cür tərifə və qurbanlara laiq idi. Nefertitinin zərif, irəli çıxmış incə buxağı, sivri burnu, qeyri-adi uzun boğazı bəşəriyyətə yeni gözəllik etalonu gətirdi: Nefertiti gözəlliyi.


Ardı →

Sofi Loren

«Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir». Bu sözləri ona uşaqlığı yanında keçən qapı qonşuları deyirdi. Axı, dəniz kənarında yerləşən köhnə dar bir daxmada hansı xoşbəxtliklərdən danışmaq olardı ki?! 1934-cü il sentyabrında Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn Sofiya Şikollone sonradan məşhur aktrisa, gözəlliyi ilə dünyanı valeh edən Sofi Lorenə çevrilir.

O, mühəndis Ricardo Şikollone və fortepiano müəlliməsi, üstəlik uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Sofiyanın səyyar teatr aktyoru olan atası daim arvadı və uşaqlarına qayğı göstərməkdən bezərək ən «doğru» addımı atır və köməksiz ailəsini atıb gedir. Anası ilə Sofiya və kiçik bacısı həyatın ən yoxsul və zalım üzünü görürlər. Onlara baş çəkən qonşu hər dəfə Sofiyaya baxanda «Nə olaydı bu qız öləydi. Belə yoxsul dünyada yaşamaq nəyinə lazımdır axı?» — deyirdi.
Davamı →

Fərəh Pəhləvi

Şahbanu Fərəh Pəhləvi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç xanımı arasında şahbanu titulunu alan yeganə xanım olub. Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Təbriz şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib.
Qızlıq familiyası Fara Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh arxitektura ilə məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.
Ardı →

İndira Qandi

İndira Qandi Brejnevlə dostluq edirdi, Mao ilə münasibətlərdə isə soyuqluq yaşanırdı. Səbəb Çindəki qeyri-demokratik ab-hava, üstəlik, çinlilərin Tibeti işğalı nəticəsində, Hindistana axışan qaçqınlar idi...
Və Atom boması – bəli, atom bombası İndiranın ideyası idi. Pakistanla münasibətlər gərgin həddə çatmışdı. Qandi müdafiəyə inanılmaz pullar xərcləyirdi...

Bəs İndira Qandinin ən böyük səhvi hansı idi? Qərb iki milyon kasıb hindunun dölsüzləşdirilməsini faşist aksiyası kimi dəyərləndirdi. Bəli, bu xanım siyasətçinin ən böyük yanlış addımı idi. Bunu etmək lazım deyildi. Amma siyasi liderlər tərəfindən təzyiqlər edilirdi, həmçinin, İndiranın oğlu da kasıb kişilərin dölsüzləşdirilməsinin yoxsulluğun artmasının qarşısını alacağına ümid bəsləyirdi. Hökümət milyonlarla ac uşağın öldüyünü görürdü, odur ki, konkret addımlar atmaq lazım idi…
O yalnız Hindistanda deyil, bütün dünyada əfsanəyə çevrilməyə bacardı. Qadın siyasətçi, amma ilk növbədə, qadın…
Davamı →

Qreta Qarbo

Qısa zaman ərzində gözəlliyi və oynadığı rolların bənzərsizliyi ilə bütün Amerikanı fəth edən aktrisa Qreta Qarbo 18 sentyabr 1905-ci ildə İsveçrənin Stokholm şəhərində tualet təmizləyicisi Karl Alferdin və Anna Qustafson ailəsinin üçüncü uşağı olaraq dünaya göz açır. Əsl adı Qreta Luiza Qustafson olan aktrisa evdə Qreta Luiza və ya Keta adı ilə əzizlənir. Valideynlər çox kasıb olsalar da, çox böyük əziyyətlə Qretanı orta məktəbə yazdıra bilirlər. On dörd yaşı olanda çox sevdiyi atası vərəm xəstəliyinə tutulur. Onsuz da maddi vəziyyəti yaxşı olmayan ailənin atanı sağaltmaq imkanı olmur. 1920-ci ildə gələcək aktrisanın atası dünyasını dəyişir. Bu itkidən sonra dolanışıqlarına kömək üçün Qreta həm məktəbdə oxumaq, həm də işləmək məcburiyyətində qalır.

Sonralar uşaqlıq illərini xatırlayarkən aktrisa bunları yazırdı: «Mən çox qəribə uşaq olmuşam. Gecələri demək olar ki, yatmayıb, evdə gəzirdim. Heç vaxt özümə arxayın deyildim. Həmişə elə hiss edirdim ki, indicə nə isə bədbəxt bir hadisə baş verəcək». Atasını itirdikdən sonra aktrisa özü üçün qəti and içdi: «O, özünə elə bir həyat quracaq ki, heç vaxt heç kimin güzaranına baxıb köks ötürməyəcək.» O, bu andını düz iyirmi il sonra gerçəkləşdirməyi bacarsa da, dünyanın ən varlı qadını olan Qreta Qarbonun qadın xoşbəxtliyi olmur.
Davamı →

Penelope Kruz

Karyerası: Aktrisa 
Boyu: 1.68 m

Doğum tarixi: 28 aprel 1974-cü il
Doğulduğu yer: Madrid, İspaniya

Bürcü: buğa
Atası: Eduardo Krus

Anası: Enkarna Sançes
Bacısı: Monika Kruz- aktrisa və rəqqasə

Qardaşı: Eduardo Kruz –məşhur İspan müğənnisi və bəstəkarı
Janrı: komediya, drama, melodrama

Cəmi filmləri: 97
İlk filmi: 1986-cı il

Sonuncu filmi: 2011-ci il
Məşhur filmləri: “Bu yalandır”, “ Eleqiya”, ”Darvinin Missiyası”, ”Əsrin şousu” və s.
Ardı →

Beyonce

Beyonce Giselle Knowles – hamı onu qısaca olaraq Beyonse çağıır. Məşhur müğənni, bəstəkar, aktrisa, rəqqasə, dizayner olan Beyonse 1981- ci il sentyabrın 4-də ABŞ-ın Hyuston şəhərində dünyaya gəlib.

Uşaqlığında çox utancaq olan, öz yaşıdlarından seçilməyi xoşlamayan, daim yerə baxan 6 yaşlı kiçik qızın istedadlı olduğunu başa düşən valideynləri onu rəqsə qoyurlar. Rəqs məktəbində Beyonsun xoreoqraf müəllimi olan miss Darlett onun müsabiqədə iştirak etməsini məsləhət görür.

Beyonse müsabiqədə ilk mahnısı olan Con Lennonun repertuarından “İmagine” mahnısını oxuyur. Müsabiqədə qalib gələn Beyonse hər kəsi, o cümlədən valideynlərini heyran edir. O gündən bəri Beyonse 30-a yaxın gənclər arasında müsabiqənin qalibi olub.

Qalib gəldikdən sonra Beyonsun atası Girls Time (sonralar qrupun adı Destiny`s Child oldu) adlı qrup yaradır.

Seçimlərə Beyonse özü və atası münsiflik edirdilər. Qrupa qohumları olan Kelli Rounlend və 4 qız da seçilir. O gündən sonra qrup oxumağı, rəqs etməyi öyrənir, boş vaxtlarında isə Beyonsun anasının gözəllik salonunda, müştərilərin qabağında çıxış etməyi öyrənirlər.
Ardı →

Mila Kunis

Mila   KunisYəhudi əsilli, Ukrayna doğumlu, amerikalı aktrisa. Məşhur kişi jurnalı FHM 2013-cü ilin ən cazibədar qadınlarının siyahısını açıqlamağa hazırlaşırdı. Siyahıda Beyons, Rihanna, Kim Kardaşyan kimi məşhurların olmasına baxmayaraq, nəticə hər kəsi təəccübləndirdi. Birinciliyi gənc və gözəl aktrisa Mila Kunis əldə etmişdi.

Yəhudi əsilli Mila Kunis 1983-cü ildə Ukraynanın Çernivits şəhərində mühəndis ailəsində dünyaya gəlib. Anası Elvira fizika müəllimi, atası Mark isə mühəndis-mexanik olan Mila 8 yaşına qədər Ukraynada yaşayır. 1991-ci ildə Ukraynada getdikcə vüsət alan antisemitzm Kunis ailəsini Amerikaya immiqrant olaraq köçməyə vadar edir. Bununla da, ailənin və Milanın çətin günləri başlanır.

Mila müsahibələrinin birində belə deyir: “Əgər mənə sual versələr ki, həyatınızın hansı illərini silmək istərdiniz? Mən tərəddüd etmədən deyərdim ki, Amerikaya köçdüyümüz ilk 1 ili. Çünki mən hər gün ağlayırdım. Mən mədəniyyət başa düşmürdüm. Mən insanları başa düşmürdüm. Mən dili başa düşmürdüm. Mən kollecə daxil olarkən, yazdığım ilk essenin ilk cümləsi belə olmuşdu: 7 yaşında özünü kor və kar hiss etmək”
Ardı →

Anne Hathaway

Anne Hathaway1982-ci il noyabrın 12-də Bruklində (Nyu York) anadan olan Enin atası Cerard Hatuvey vəkil, anası Keyt Makkalay isə aktrisadır. İki qardaşı da var- Maykl və Tomas. En adını valideynləri ona Şeksprin xanımı şərəfinə veriblər. “Millburn High Scholl” məktəbindən məzun olan En, uşaqlıqda teatr tamaşalarında rollar alıb.

Böyük kinoya gəlişi əksər hollivud ulduzları kimi serial vasitəsi ilə olub. Belə ki, 1999-cu ildə “Özün ol” serialında çəkilən Enin aktrisalıq istedadı produserlərin gözündən yayınmadı. 2000-2001-ci illər ərzində “Disney” şirkətinin uşaqlara aid çəkdiyi filmlərdə rol alan En Qari Marşallın “Şəhzadənin gündəliyi” filmi ilə geniş tamaşaçı simpatiyası qazandı. Onu Odri Hepbern, Culia Roberts kimi ünlü aktrisalarla müqayisə etməyə başlamışdılar. Həmin illərd En vaxt tapıb, bir neçə semetr Vassar (Vassar College) kollecində də təhsil aldı.

2002-ci ildə Hiroyuki Moritanın “Pişiyin dönüşü” animasiyasında rol səsləndirdi. Elə həmin il aktrisa rejissor Duqlas Makqretanın Çarlz Dikkensin eyni adlı əsəri əsasında ekranlaşdırdığı “Nikolas Niklbi” filmində rol aldı.
Ardı →