Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Billi Kinq

O, dünya tarixində ən məşhur tennisçilərdən biridir.
O, məşğul olduğu idman növü üzrə keçirilən beynəlxalq yarışlarda tək kateqoriyada 12 dəfə(!), qadınlar cütlüyü kateqoriyasında 16 dəfə(!) və qarışıq cütlüklər kateqoriyasında 11 dəfə (!) qalib olmuşdur.
O, ünlü “Böyük Dəbilqə” turnirində dəfələrlə qələbə qazanmışdır.
İdmanda və cəmiyyətdə gender bərabərsizliyinə qarşı mübarizədə uğurlara imza atan bu qadın, bütün dünyada həmçinin, 1973-cü ildə kişilərarası tək kateqoriya çempionu Bobbi Riqsi cinslərarası yarışda məğlub etdiyinə görə də tanınmışdır.
Bu uğurların müəllifi olan cəsur qadın Billi Cin Kinqdir! (Billie Jean King)
Ardı →

Kleopatra-qədim dövrün ən məşhur qadını

O, Misirin son kraliçası və son fironu olub.
Onun hakimiyyətə gəlişi ilə Misirdə bir çox yeniliklərə imza atıldığı kimi, ölümü də ölkəsinin yeni dönəmə keçməsini şərtləndirib.
O, Misirin (Makedon kökənli) Ptolomey nəslindən idi və bu nəsildən olub yerli dildə danışan, xalq içinə çıxan yeganə hökmdar oldu.
O, dövrünün iki ən böyük xanədanını südlə-sümüklə birləşdirməyə çalışmış, iki imperiyanın “ortaq övlad”ı Sezarionu dünyaya gətirmişdi.
Romalı ünlü tarixçi Plutarx onun haqqında deyirdi: “Səsi, istədiyi hər titrəşimi çıxarıb, istədiyi hər dili istifadə edə bildiyi çoxtelli bir musiqi aləti kimiydi… Gözəl olmaqdan ziyadə, zəki və mədəniydi..."
Bu, Ptolomey xanədanında Kleopatra adı daşıyan yeddinci qadın, gözəlliyi (ümumən şəxsiyyəti) barədə dünyanın hər yerində günü bu gün də adından bəhs etdirən, adını TARİXƏ əbədiyyən yazmağı bacarmış VII Kleopatradır! (Cleopatra VII Philopator)


Davamı →

İndira Qandi

Onun həyatı bir çox romanların və başqa janrlı əsərlərin mövzusu olacaq, qəhrəmanlar onu xatırlayacaqdı… Məsələn, siz yəqin Şaşi Tharoorun “Böyük Hindistan romanı” əsərini oxumusunuz. Əsərdəki Priya Duryodhani xarakteri İndira Qandidən başqa biri deyil.
Siyasi həyatı enişli-yoxuşlu olan İndira Qandi, ölümündən sonra populyar kültürün bir parçasına çevrildi. Adı açıqca çəkilməsə də, ünlü siyasi romanlar müəllifi Tom Klensinin “Vicdan borcu” (Debt of Honor) və “Qəti əmrlər”(Executive Orders), Rohinton Mistrayın “Mükəmməl balans” (A Fine Balance) romanlarındakı qadın qəhrəmanların da İndira Qandi olduğu iddia edilməkdədir. Amma bunlar hələ çox sonralar baş verəcəkdi… Bir ömür – qadın lider ömrü yaşandıqdan sonra!
Ardı →

Florens Naytingeyl

Onun anadan olduğu gün hər il Beynəlxalq Tibb Bacıları günü kimi qeyd edilir.
O, 1837-ci ilin fevralın 7-də “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı” yazmış, ömrünün axırlarına doğru verdiyi bir bəyanatda isə bu “dəvəti” bütün ömrü boyu dörd dəfə eşitdiyini iddia etmişdi.
O, ölümündən üç il əvvəl ingilis kralından “Britaniya İmperiyasına və Bəşəriyyətə Yüksək Xidmət medalı” almışdı. O, bu medalı alan ilk qadın idi.
O, 1907-ci ildə İngiltərənin “Böyük Xidmətə görə” (Order of Merit) medalı ilə ödülləndirildi. O, bu medalı da alan ilk qadın idi.
O, öldüyü tarixdə yalnız Amerikada onun adını daşıyan məktəblərin sayı mindən artıq idi.
O, ingilis banknotlarının üstündə şəkli olan nadir şəxslərdən biridir.
O, öz dövründə qazandığı şöhrətlə İngiltərə kraliçasını belə kölgədə qoydu.
Əslində, qarşınıza çıxan hər bir fədakar, öz işini sevən tibb bacısında bir az da onu görürsünüz. Adını tarixə əbədi yazmış bu qadın tibb bacısı Florens Naytinqeyldir.


Ardı →

Puşkin-Qonçarova dastanı

Şair onu görəndə qızın vur-tut 16 yaşı vardı. Bal rəqslərinin ilahəsi, Moskvanın zadəgan məclislərinin əvəzolunmaz iştirakçısıydı. 1828-ci ilin qışında məşhur rəqs ustası İoqelin Tver bulvarındakı evində Rusiyanın birinci şairi Rusiyanın birinci gözəlini ilk dəfə görür. 19-cu əsr uzun və soyuq maneken qadınların əsri deyildi. O dövrün standartlarına görə, bu gözəl özünün 1 metr 77 santimetr boyu ilə xeyli hündür sayılırdı, incə belliydi, adamın ağlını başından çıxaran sinəsi, mərmər kimi dərisi, ipək saçları vardı. Hələ siması… Bizimkilər demişkən, Tanrının xoş çağda yaratdığı bu qızın sifət cizgiləri məsumluq mücəssəməsiydi. Şair ona necə məftun olursa, qorxusundan dil açıb söz deyə bilmir, əlacı baş götürüb Moskvadan genəməkdə görür. Ancaq artıq dastan yazılmağa başlamışdı. Sonu faciəylə bitəcək bir dastan… Puşkin-Qonçarova dastanı…
Davamı →

Valeriya Messalina

Qədim Romanın ilk modabazı və kurtizankası
İmperiya Roması Avropa mədəni ənənəsində böyük dövlət, hərbi güclə yanaşı, mənasız dəbdəbə, cah-cəlal və açıq mənəvi pozğunluq simvoluna çevrilib. Boşuna deyil.
İmperiya böyüdükcə oraya kütləvi şəkildə başqa ölkələrdən qullar, qızıl-gümüş axmaqla yanaşı, yeni ideyalar, düşüncələr, adət-ənənələr, məişət normaları da gəlirdi. Siseron yazırdı ki, romalılar yunanları silah gücünə yendilər, yunanlarsa onları öz mədəniyyətləri ilə məğlub etdilər. Amma mədəniyyətlə yanaşı, buraya Yunanıstandan bu cəmiyyətin əxlaqsızlığı da gəlirdi.
Bunacan Roma patriarxallığın və nəfsini qorumağın simvolu idi. Camaat içinə çıxanda Roma qadınları hicab örtərdi. Hətta belə bir hadisə də olub: arvadını öz qızının gözü qabağında öpdüyünə görə Senat bir senatora cəza verib. Minilliyin qovuşuğunda isə Roma cəmiyyətinin əxlaqı heyrət doğurucu dərəcədə çökürdü.


Davamı →

Madam Pompadur

Bu qadını «ilk baş nazir» və Russo, Volter və Napoleonun xaç anası hesab eləyirlər
Maarifçi filosof bernar Le Bovye deyir ki, «Heç kim Fransanın qadınlarının ölkə üçün elədiklərini layiqli şəkildə qiymətləndirə bilməyib». Fransanın zərif yarısına yüksək qiyməti verən filosof əlbəttə ki, bu sıraya siyasətçilərin Pompadur dövrü adlandırdığı markizanı da nəzərdə tuturdu. Markiza de Pompaduru ilk qadın baş nazir də adlandırırlar.
Ardı →

Nikol Kidman

Nicole Kidman 1967-ci ildə iyunun 20-də Honoluluda (Havay ştatı) anadan olub.Onun həm ABŞ həm də Avstraliya vətəndaşlığı var. Aktrisanın biokimya sahəsində çalışan eyni zamanda psixoloq olan atası Antony tədqiqat aparmaq məqsədilə həyat yoldaşı Janelle birlikdə adaya köçür. Qızları anadan olandan sonra Antony döş xərçəngi xəstəliyinin tədqiqatı məqsədilə ailəsi ilə birlikdə Vaşinqton ştatına üz tutur və 3 il orada yaşayır. Hələ kiçik yaşlarından Nikolda aktrisalıq qabilliyəti var idi.
Onun yaratdığı ilk obraz 6 yaşında məktəbdə Milad bayramı münasibətilə səhnələşdirən tamaşada oynadığı rol olur. Ktrisa olmaq arzusuna isə Nikol heç də asanlıqla qovuşmayıb. Artıq çəkisi ucbatından yaşıdlarından böyük görünən Nikolun dostları o qədər də çox deyildi.
Frank Wedekindin “Baharın oyanışı” (Spring Awakening) adlı tamaşasında rol alan Nicole özünün səhnədə ilk öpüşünü də məhz bu tamaşada gerçəkləşdirir. Həmin tamaşada baş verən seksual repressiya qurbanlarının birinin obrazını canlandırır.


Ardı →

Ornella Muti

Ornella Muti (9 Mart, 1955) — İtalyan aktrisa. Əsl adı Francesca Romana Rivellidir. Muti, 1994-cü ildə «Class» jurnalının təşkil etdiyi bir anketdə dünyanın ən gözəl qadını seçilmişdir.Atası Neapol doğumlu italyan, anası isə Estoniyalıdır. Bacısı Claudia Mutidir. Muti iki dəfə evlənmişdir. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı vardır: Naike Rivelli (1974), anasına oxşarlığı ilə tanınan və İspan film rejissoru José Luis Bermúdez de Castro Acasodan olan qızıdır. Andrea və ikinci qızı Carolina isə ikinci əri olan Facchinettidəndir. 1998-ci ildən bəri plastik cərrah Stefano Piccolo ile birlikdə yaşamaqdadır.


Ardı →