Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi

Yaddaşınıza birdəfəlik həkk edin- Azərbaycandan, Türkiyədən, Britaniyadan, Belçikadan ABŞ-a ünvanlanmış məxfi informasiya ümumi, adi axarla deyil, ayrıca tam məxfi xətlə ötürülür.
İnformasiya Amerika Federal Tədqiqatlar Bürosundan (FTB), Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ), bəzən hətta Ağ Evdən də yan ötür. Məlumatların əsas alıcısı, istifadəçisi Pentaqondu. Daha dəqiq desək, Pentaqonun “Defense Intelligence Agency” adlanan Kəşfiyyat İdarəsi.

Davamı →

Mircəfər Bağırovun xəstə sevgisinin qurbanı Xədicə Qayıbova

1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın birinci bölməsi üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
«Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir».

Davamı →

Həmidə Cavanşir

1907-ci il fevral ayının 21-də Bakıda həm aclıq, həm də ermənilərlə azərbaycanlılar arasında sülh yaratmaq məsələlərini müzakirə etmək üçün xüsusi konfrans çağırılır. Teleqram vaxtında çatmadığı üçün Həmidə xanım tədbirə bir neçə gün gecikir. O, Bakıda olarkən xəbər tutur ki, demə, ruhanilər və Qarabağ bəylərinin bir hissəsi onun konfransda iştirakına qəti etiraz ediblər. Etirazın səbəbi isə bir qadının belə bir tədbirdə iştirakının şəriət qaydalarına, adət və ənənələrə zidd olduğu olub...

Davamı →

Tarixin məşhur feministləri – Mariya Trubnikova

Deyilənə görə, Çernışevskinin “Nə etməli” romanındakı Vera Pavlovna Mariya Trubnikovanın obrazı idi.
O, sürgündə yaşayan dekabrist Vasiliy İvaşevin ailəsində, 1835-ci ildə dünyaya gəlmişdi. Fransız anası Kamilla Le-Dantü sürgünə göndərilən ərinin ardınca getmişdi. Zadəgan nəslindən olan atasının maddi problemləri yox idi, çarın əmri ilə İvaşovların var-dövləti özlərinə qaytarılmışdı. Amma Mariyanın cəmi beş yaşı olanda əvvəl anası, sonra da atası xəstəlikdən vəfat edir və dekabristin uşaqlarına icazə verilir ki, sürgündən xalasının, knyaginya Xovanskayanın yanına qayıtsınlar.

Davamı →

Frida Kahlo kimdir?

Əsil adı Magdalena Carmen Frida Kahlo Calderon olan Meksikalı rəssam 1907-ci ildə anadan olub və 1954 – cü ildə 47 yaşında vəfat etmişdir. Sadəcə sənəti ilə deyil, şəxsi həyatı və siyasi baxışları ilə də tanınan Kahlo acılarla dolu bir həyat sürmüşdür. Yaşarkən məhşur olan nadir rəssamlardan biri olan Kahlo üçün Picasso ” biz onun kimi insan üzü çəkməyi bilmirik” demişdir.  Bu məhşur qadının həyatı 2002-ci ildə Firda adı ilə böyük ekrana uyğunlaşdırıldı və ən yaxşı tərcümeyi hal filmləri siyahısının vazkeçilməzi oldu. 

Davamı →

11 yaşında həyat yoldaşı seçən, 3 milyarder anası Mey Maskın həyat hekayəsi

Son vaxtlar hətta mətbəximizdəki soyuducunun, küçədə gəzişən səfil pişiklərin belə tanıdığı bir ad var –
İlon Mask… Amma bu fantastik insanın ikiqat fantastik anasını çox az adam tanıyır.
Necə düşünürsünüz, 70 yaşlı qadın gözəlliyi və zərifliyi ilə gənc modellərə meydan oxuya bilər? Təbii ki, bəli. Axı qəhrəmanımız ikiqat fantastik qadındır. Planetin başını öz oxu ətrafında döndürən milyarder, günümüzün biznes əfsanəsi İlon Maskı dünyaya gətirən, onun milyardlar qazanmasında danılmaz əməyi olan mükəmməl ana Mey Maskdan danışacam sizə. Amma nə dərəcədə mükəmməl olduğuna sonda qərar verəcəyik.

Davamı →

Asya Axundova

2020-ci il. Talassemiya bir xəstəlik kimi hələ də Azərbaycan üçün ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. Üzücüdür ki, ölkədə hər il 500-ə qədər anadangəlmə talassemiyalı uşaq doğulur, 1 milyondan çox insan isə talassemiya daşıyıcısıdır. Azərbaycanda əhalinin 7-10%-dən çoxunda heteroziqot beta-talassemiyanın müşahidə olunduğu xəstəlik ocaqları var.

Davamı →

Klara Setkin-gənc yaşlarından ipə-sapa yatmayan qadın

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində İlk Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd olunması təklifini verdi və təklif qəbul edildi.
Beynəlxalq Qadınlar Günü ideyasının müəllifi olan bu xanım inqilab ideyalarının qorunmasında kompromisə getməməsinə və sərt xasiyyətinə görə “Vəhşi Klara” ləqəbini alıb. Lakin sosializmin qələbəsi onun yeganə arzusu deyildi. «Qadın məsələsinin» həllində radikallığı ilə seçilən aktivist xanım azad sevgi uğrunda mübarizə apararaq, bu ideyaları öz həyatında da yaşayır.
Davamı →

Biznes ledi Christine Lagarde

Christine Lagarde Forbes jurnalına əsasən 2018-ci ildə dünyanın 3-cü ən nüfuzlu qadınıdır. Fransız əsillidir, 2 övladı var, 63 yaşı var.
Christine Lagarde 2011-ci ildən bəri BVF-yə sədrlik edir. O, fondun Çin, Rusiya və Birləşmiş Krallıq daxil olmaqla 189 üzv ölkəsində maliyyə nəzarəti və rəhbərliyi həyata keçirir. Onun sədrliyi dövründə, BVF avrozonanı borc böhranından çıxartmağa, həmçinin ABŞ və Çin arasında ticarət müharibəsi təhdidi, inkişaf edən bazarların risklərini aradan qaldırmağa müəssər olub.

Davamı →