Рейтинг
+24.75

Riyaziyyat

26 üzv, 42 topik

Pi öz sirrini saxlamaqdadır

Pi dünya riyaziyyat tarixinə təxminən e.ə. 2000-ci ildən bəri məlumdur. Ümumi olaraq onun rəqəmlə ifadəsi 3,14 kimi qəbul edilsə də, müxtəlif dövrlərdə onunla bağlı fərqli rəqəmlər səsləndirilib. Məsələn, misirlilər e.ə. 1650-ci ildə Pi-ni 3,165, çinlilər və yunanlar 3,162 olaraq hesablayıblar. Arximed isə iddia edib ki, Pi-nin dəyəri 310/71 və 31/7 arasında dəyişir.
Ancaq bununla bağlı araşdırmalar hələ də davam etməkdədir. Xüsusilə də kompyuter texnologiyasının sürətlə inkişaf etdiyi indiki dövrdə bu araşdırmalar daha da artıb. Məsələn, 2002-ci ildə Tokio Universitetində Pi-nin hesablanması üçün xüsusi kompyuter proqramı yazıblar.
Davamı →

Fəzada perpendikulyar düz xətlər. Düz xəttin müstəviyə perpendikulyarlığı

Fəzada düz bucaq əmələ gətirən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. A və b düz xətlərin perpendikulyarlığı a b kimi işarə olunur.


Fəzəda düz xəttin xaricində götürülmüş nöqtədən onu kəsən bir perpendikulyar düz xətt, düz xəttin üzərindəki nöqtədən isə sonsuz sayda perpendikulyar düz xətt keçirmək olar.

Ardı →

Ramanucan

19-cu əsrin sonunda Hindistanın cənubunda kasıb bir ailədə Srinivasa Ramanucan Ayenqor adlı bir oğlan dünyaya gəlir. Onun ailəsi zənginliyi ilə fərqlənməsə də, brahmanlar kastasına daxil idi və ənənə və dini ayinləri müqəddəs hesab edirdilər. Buna görə də gənc Ramanucanın bütün təhsil və tərbiyəsi yalnız bir şeyə gətirib çıxarırdı: O atasının yolunu davam etdirməli və məmur olmalı idi.

Lakin Ramanucanı lap kiçik yaşlarından tamamilə başqa bir şey maraqlandırırdı. O çox da təhsilli olmayan Hindistanda heç də asan məsələ olmayan rəqəm və tənliklərin həllinə maraq göstərir. Uşaq dəhşətıi dərəcədə məlumat azlığından əziyyət çəkirdi. Onun demək olar ki, riyaziyyata aid heç bir kitabı yox idi və kitab əldə etmək üçün hətta oğurluq belə etməyə hazır idi. Ramanucan hələ hənc yaşında olarkən belə bir çox teorem və düstürları kəşf etmişdir.
Davamı →

Çoxüzlü anlayışı,prizma,paraleliped

Cisim və səth
Stereometriyanın əsəs predmeti həndəsi cisimlər və onların səthidir. Həndəsi cisim və yaxud sadə cisim anlayışı həyatdan, praktikadan, təbiətdən götürülmüşdür. Həndəsi cisim-real mövcud olan fiziki cismin fəzada tutduğu hissədir. Fiziki cismin fiziki və digər xassələri həndəsi cisimdə nəzərə alınmır. Həndəsi cisim üçün mühüm keyfiyyət real fiziki cismin forması və tutduğu fəza hissəsidir.
Cismə aid olmayan nöqtədən cismin səthinin ən yaxın nöqtəsinə qədər məsafəyə nöqtədən cismə qədər məsafə deyilir.


Ardı →

Düzgün çoxüzlülər

Bütün üzləri bərabər düzgün çoxbucaqlılar olan hər bir təpəsindən eyni sayda til şıxan qabarıq çoxüzlüyə düzgün çoxüzlü deyilir.
Yaxşı tanıdığımız kub düzgün çoxüzlüdür. Çünki onun bütün üzləri kvadratdır, hər bir təpəsindən üç til çıxır.
Teorem 29.
Düzgün çoxüzlünün hər bir üzünün tərəfləri sayı 5 dən çox ola bilməz.
Əgər düzgün çoxüzlünün üzləri bərabərtərəfli üçbucaq olsa, onda onun hər bir təpəsindəki müstəvi bucaqlarının sayı 3.4 və ya 5 ola bilər.Bu zaman düzgün tetradr (dördüzlü), düzgün oktaedr (şəkkizüzlü) və düzgün ikosaedr (iyirmiüzlü) alınır.
Ardı →

Riyaziyyat haqqında deyilən məşhur sözlər

Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır.
Q.H.Hardi

İnsanlar ədədlər kimidir.O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər.
İsaak Nyuton

Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız onlara alışa bilərsən.
Con fon Neyman

Bir riyaziyyatçı fərz etməz, lakin bilər.İnandırmağa çalışmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.
Henri Poinkare
Davamı →

Fibonaççi silsiləsi

(0), 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584….

Fibonaççi İtaliyada 1170-ci ildə dünyaya gəlmiş orta əsr Avropasının ən böyük riyaziyyatçılarından olub. Əsl adı Leonardo Pizalı (Leonardo Pisanus) olan Fibonaççi əsasən “Fibonaççi ardıcıllığı” ilə tanınınır.

Leonardonun atası tacir olduğu üçün tez-tez oğlu ilə birgə Əlcəzairə səyahətlər edirdi elə orada o ərəb müəllimlərindən təhsil alırdı. Bundan sonra Fibonaççi Misirə ,Suriyaya ,Bizansa ,Sicilyaya səyahətlər etdi. O ,ərəb dilində qədim antik və hind riyaziyyatçılarının yazıları ilə tanış oldu. Bundan sonra o ilk kitabını – “Liber Abaci” yazır. Burada o romalıların çətin hesablamasının əvəzində hind rəqəmlərinin səmərəli istifadəsi və hesablanması haqda bilgilər vermişdir.
Davamı →

Qriqori Perelman

Qriqori Perelman Puankare teoreminin isbat edilməsinin müəllifi, fizika-riyaziyyat üzrə namizəddir. O Steklov adına Riyaziyyat universitetinin Leninqrad bölməsində işləmiş, ABŞ-ın bir sıra universitetlərində tədris etmişdir. Hazırda isə 2003-cü ildən etibarəndir ki, işləmir və demək olar ki, yad insanlarla ünsiyyət qurmur.

O 13 iyun 1966-cı ildə Leninqradda dünyaya gəlib. Perelman 1982-ci ildə məktəbli komandası tərkibində Budapeştdə Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib. Elə həmin ildə imtahansız Leninqrad dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul edilib. O riyaziyyatla bağlı təşkil edilən bütün olimpiada və müsabiqələrdən qalib olaraq ayrılırdı.
Davamı →