Hər şey səndə gizli
Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən.
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.
Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan. Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.
VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!
Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!
Can Yücel
P.S:Mətni türk dilindən tərcümə etmişəm.
14 şərh
Bir sozle super
Cox sevek ki eyni ile de sevilek
Can Yücelin fikirlərini çox bəyənirəm.
Bəyəndiyinizə görə sizin üçün birini də yazım (bunu da mən tərcümə etmişəm):
Düşün...kim incidə bilər səni səndən başqa?
Kim doldura bilər içindəki boşluğu sən istəməsən?
Kim xoşbəxt edə bilər səni, sən hazır deyilsənsə?
Kim yıxar, bezdirər səni sən icazə verməsən?
HƏR ŞEY SƏNDƏ BAŞLAR...SƏNDƏ BİTƏR.
Yetər ki, ürəkli ol, tükənmə, tükəndirmə içindəki həyat sevgisini.
Hər zaman xatırla: Çarəsizsinizsə, çarə SİZSİNİZ!
Can Yücelin «Bağlanmayacaksın» başlıqlı yazısı da çox gözəldir…
Düzdü onu da oxumuşam. Ümumiyyətlə Can Yücel fikirlərini çox orjinal ifadə edir.
YENE YAZIM? DERDINIZ NEDIR DEYIN DUA EDIM SIZE INWALLAH ALLAH QEBUL EDER.
Bu Can Yücelin en sevdiyim şeirlərindəndi. Bu sözləri unutmamaq üçün demək olar ki, hər gün oxuyuram.
Paylaşdığınız üçün təşəkkürlər