Əslində qadın...

  • Qadın

Qadın bir uşaqdır əslində. Ona qarşı uşaq kimi diqqətcil olmağı istəyir. Kişinin ona bir uşağa göstərdiyi şəfqəti göstərməyini istəyir. Bir uşağı incitməkdən qorxduğu kimi kişi qadını oxşamalıdır. Amma heç bir qadın ona uşaq kimi yanaşılmasını istəməz. Söylədiyi fikirlər əhəmiyyətsiz olsa belə dinlənilməsini, diqqət göstərilməsini istəyər.Yəni bir qadının uşaqlıq eləməsinə icazə verə bilərsiniz, amma əsla ona bir uşaq olaraq baxmaq olmaz. Çünki qadın çox güclüdür əslində. Hətta bəzən kişilərdən belə daha güclüdür. Amma bu gücünü kişilərdən fərqli olaraq, hər zaman nümayiş etdirməyi sevməz. İstər ki, kişisinin gücü ona rahatlıq versin. Özü edə biləcəyi şeyləri belə, yanındakı kişinin etməsini gözləyər. Beləliklə, o həm öz qadınlığından zövq alır, həm də yoldaşının necə gücülü biri olduğunu görəcəkdir. Amma qadın gücünü göstərmək istədiyi zaman da onun qarşısını ala bilməzsiniz. Etmək istədiyi bir şey varsa, onu mütləq edəcəkdir.


Ardı →

Hər şey səndə gizli

Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən.              
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.

Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan.                                                                                                                                                                             Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!
Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!

 

 

Can Yücel

P.S:Mətni türk dilindən tərcümə etmişəm.


Davamı →