Hər şey səndə gizli

Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən.              
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.

Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan.                                                                                                                                                                             Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!
Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!

 

 

Can Yücel

P.S:Mətni türk dilindən tərcümə etmişəm.

 

14 şərh

rezerv

Bir sozle super

_BUMERANQ_
Qiymətləndirdiyiniz üçün minnətdaram.
rezerv

Cox sevek ki eyni ile de sevilek

Rene
Can Yücel çox gözəl yazıb… Zəhmət çəkib tərcümə edib, bizimlə paylaşdığın üçün çox sağ ol.
_BUMERANQ_

Can Yücelin fikirlərini çox bəyənirəm.

Bəyəndiyinizə görə sizin üçün birini də yazım (bunu da mən tərcümə etmişəm):
Düşün...kim incidə bilər səni səndən başqa?
Kim doldura bilər içindəki boşluğu sən istəməsən?
Kim xoşbəxt edə bilər səni, sən hazır deyilsənsə?
Kim yıxar, bezdirər səni sən icazə verməsən?
HƏR ŞEY SƏNDƏ BAŞLAR...SƏNDƏ BİTƏR.
Yetər ki, ürəkli ol, tükənmə, tükəndirmə içindəki həyat sevgisini.
Hər zaman xatırla: Çarəsizsinizsə, çarə SİZSİNİZ!

Rene
Allah razı olsun, bu dəqiqə bu cümlələrə çox ehtiyacım var idi, bəlkə də Allahdan bir işarətdi bu… Çünki tükənmək üzrəyəm :)
Can Yücelin «Bağlanmayacaksın» başlıqlı yazısı da çox gözəldir…
_BUMERANQ_
Allah cümləmizdən razı olsun. Probleminiz nədi bilmirəm, amma inşallah ən xeyirli şəkildə həll olar. Allah köməyiniz olsun.
Düzdü onu da oxumuşam. Ümumiyyətlə Can Yücel fikirlərini çox orjinal ifadə edir.
AMIKO
ALLAH RAZI OLSUN SIZDEN AMIN!
 
asel
ELE EHTİYACIM VARDI Kİ.................COOOOOOOOOOOX SAĞ OL
AMIKO
ALLAH SIZI,SEVDIKLERINIZI VE EZIZLERINIZI  QOROSUN, ALLAH UREYINIZDEKI BUTUN XOW ARZULARI-NIYYETLERI TEZLIKLE HEYATA KECIRSIN INWALAH......AMIN
YENE YAZIM? DERDINIZ NEDIR DEYIN DUA EDIM SIZE INWALLAH  ALLAH QEBUL EDER. 
asel
COX SAĞ OL.ALLAH RAZI OLSUN
Medikamentoz
Maraqlıdır,amma hamıya şamil edilə bilməz,romantikadan sadəcə xoşum gəlmir.
error
Can Yucelin en cox sevdiyim seiri.tercume olunmus formada ilk defedi oxuyurdum.yaxsi alinib.sagolun,BUMERANQ
heyatin-ellerinde

Bu Can Yücelin en sevdiyim şeirlərindəndi. Bu sözləri unutmamaq  üçün demək olar ki, hər gün oxuyuram.

Paylaşdığınız üçün təşəkkürlər