Güclü sağlamlıq iksiri

Bu güclü sağlamlıq iksiri hər evdə olan adi məhsullardan hazırlamaq olar.
Bu təbii vasitə immun sistemini gücləndirir, damarları təmizləyir, təzyiqi tənzimləyir, orqanizmdə iltihabları azaldır, orqanizmin tonusunu qaldırır, gümrahlıq verir.
Bu resept tanınmış rusiyalı fitoterapevt, akademik Karp Treskunovun kitabından götürülüb.
Güclü sağlamlıq ikisiri
Bizə lazım olacaq:

  •   5 limon
  •   1 baş sarımsaq (orta ölçüdə, yerli olmalıdır)
  •   2 x.q. təbii bal
  •   1 ç.q. sarıkök
  •   1 ç.q. zəncəfil (üyüdülmüş)
  •   1 ç.q. darçın

Hazırlanması:
Limonu doğrayın, çəyirdəkləri çıxardın. Sarımsağı təmizləyin. Limonu sarımsaqla birlikdə blenderdən keçirin. Kütləyə sarıkök, zəncəfil, darçın və bal əlavə edin, yaxşı qarışdırın.
Bu iksiri gündə 1 dəfə yeməkdən 30 dəqiqə sonra 1 x.q. olmaqla qəbul edin. Müalicə kursu 14 gün.  

Mənbə: Saglamolun.Az
 

0 şərh