Çəmənlikdə və torpaqda ayaqyalın gəzmək faydalıdırmı?

Müasir həyat hər birimizi öz gərgin axınına salıb aparır. Və bu gərgin axından can qurtarmaq, biraz ruhumuzu, beynimizi sakitləşdirmək üçün yollar axtarırıq. Bu yollardan biri də təbiətdə gizlənib. 

Həftəsonlarında istirahət etmək məqsədilə ticarət mərkəzlərinə, beton göydələnlərə qaçmaqdansa təbiətə doğru qaçın. 
Yam-yaşıl bir çəmən, günəşdən qızmış torpaq varsa deməli istirahət və rahatlıq üçün hər şeyə sahibsiniz. Tez ayaqqabılarınızı və corablarınızı çıxarıb ayaqlarınızla təbiətə toxunun. 
Bu hiss insana inanılmaz rahatlıq və saktlik gətirir. 
Bəs görəsən bu rahatlığın bizə fiziki baxımdan faydası varmı?



Yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxusuzluqla mübarizə aparırsınızsa, torpaq sizin dərmanınız ola bilər! Çılpaq ayaqla torpaqda, çəmənlikdə gəzmək, stresinizi və mənfi enerjinizi uzaqlaşdırdığı üçün rahat yatmağınıza kömək edir. Bədəninizdə stress hormonu olan kortizol səviyyəsini azaldır və yuxu keyfiyyətinizi yaxşılaşdırır.

Məşqdən sonra əzələ ağrılarını aradan qaldırır
Əgər ilk dəfə idman edirsinizsə və ya uzun fasilələrdən sonra idmana qayıdırsınızsa, başlanğıcda ciddi əzələ ağrıları yaşayacaqsınız. Xüsusilə stress səbəbiylə gərginlik yaşayan fərdlər torpaqda gəzərək rahatlaya bilərlər. Təbiət qoynunda ayaqqabısız gəzmək, qan axınını sürətləndirməyə kömək edir. Beləliklə intensiv məşqdən sonra əzələ ağrısını aradan qaldırmağa yardım edir.

Premenstrual sindromun qarşısını alır
Premenstrual sindrom olan PMS ilə mübarizə üsullarından biri də ayaqyalın torpaqda gəzməkdir! Çəmənlikdə, torpaqda gəzmək, kortizol hormonunun səviyyəsini aşağı saldığı üçün menstruasiya öncəsi sindromunuzun öhdəsindən gəlməyə kömək edə bilər.

Psixikanıza müsbət təsir edir
Gaetan Chevalier-in araşdırmasına görə, gün ərzində ən azı bir saat yerdə ayaqyalın vaxt keçirənlər, olmayanlara nisbətən özlərini mənəvi cəhətdən daha rahat hiss edirlər. Gün ərzində ayaqyalın atacağınız bir neçə addım stres və narahatlıq kimi bir çox problemin alternativ müalicəsi olaraq görülə bilər.

Qırmızı qan hüceyrələrinin axını sürətini orta hesabla 280% artırır.
Yerdə ayaqyalın gəzmək qırmızı qan hüceyrələrinin axınının sürətini 280% artırır. Bu yolla toxumalara daha çox oksigen daşına bilər və infarkt, insult, Alzheimer və xərçəng kimi bir çox xəstəliyin altında yatan iltihabın daha da azalmasına töhfə verir.

 

0 şərh