Şirin Bananın Acı Ziyanı

Yaşından asılı olmayaraq çoxumuz bananı sevirik. Həm doyurucu, həm rahat yeyilən, həm də ləzzətli olan bu meyvənin faydaları saymaqla tükənməz. Bəs istər meyvə kimi, istər yeməklərdə, istərsə də salat və şirniyyatlarda istifadə etdiyimiz bananın zərərlərindən xəbərdarıqmı ? 
Kmə necə ziyanı var? Hansı xəstəliklərə səbəb ola bilər ? Bu və bu kimi suallara Kayzen.az ilə cavab tapacağıq. 

Banan praktiki olaraq zərərsiz bir meyvədir. Amma yenə də bəzi məqamlar var ki, onlara diqqət etməliyik. Problemlər yalnız sui-istifadə edildikdə və müntəzəm olaraq həddindən artıq banan yeyildikdə yarana bilər.

İlk olaraq digər tropik meyvələr kimi bananı 3 yaşına qədər uşaqlara vermək məsləhət görülmür. Yaşlı insanlarda qida (banan) tez həzm olunur, lakin uşaqlarda alergik reaksiyaya səbəb ola bilər.

Banan bədən çəkisi (kalorisi) yüksək olan insanlar üçün zərərlidir. Bu o demək deyilki, banandan istifadə etmək olmaz. Sadəcə olaraq həkim məsləhətindən sonra banandan istifadə etmək daha məsləhətlidir. Qan təzyiqi yüksək olanlara, ürəyi xəstə olanlara banan yemək məsləhət görülmür. Bu onunla əlaqədardır ki, banan orqanizmdən mayeni çıxararaq qanın laxtalanmasına səbəb olur və nəticədə bu, vəziyyəti ağırlaşdıra bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, vəziyyətdən asılı olaraq məhsulun xüsusiyyətləri müsbət və mənfi rol oynaya bilər.
Bundan əlavə, artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkən insanlara da banan məsləhət görülmür.
İnfarkt, ürəyin işemik xəstəliyi və tromboflebit zamanı da banan məsləhət görülmür. Bəzən isə banan qarında köpə də səbəb olur.

Qəbizlik
Həddindən artıq yeyilən banan qəbizlik yarada bilir. Xüsusilə, pəhriz və idman insanlar bu meyvənin qəbulunda ehtiyyatlı olmalıdır.

Alergiya
Banan yedikdən sonra ürək bulanma və ya dəridə qızartı görülsə alergiyanız ola bilər. Həkimə gedərək alergiyanızın olub-olmadığını öyrənə bilərsiniz.

Diabet
Tərkibində bol miqdarda şəkər olan bu meyvə, diabet xəstələrin yeməməli olduğu qidalardandır.

Çəkini artırır
Xəmir yeməkləri ilə eyni kaloriyaya malikdir. Buna görə də, həddindən artıq banan yemək kökəlməyə səbəb olur.

Banan sağlamlıq üçün çox ziyanlı deyil. Sadəcə digər meyvələr kimi, bananı da həddən artıq qəbul etmək olmaz. Mütəxəssislərin fikrinə görə gün ərzində 1 banan qəbul etmək daha uyğun sayılır. Çünki daha artıq banan qəbulu müəyyən problemlərə səbəb olur.

Banan çipsi və xəmir xörəkləri kimi kalorili olduğu üçün normadan artıq qəbul etmək kökəlməyə səbəb olur. Mütəxəssislər mədə problemi olan şəxslərin xüsusən bu məsələdə ehtiyatlı olmalı olduqlarını bildiriblər.

Yaşlı insanlarda həddən artıq banan qəbulu ürək xəstəliyi və nəbzin sürətlə vurması kimi problemlərə səbəb ola bilər.
Dişlərində problem olanlar da normadan artıq banan qəbul edəndə diş çürüməsi ilə üz-üzə qala bilərlər.
Ac qarına banan qəbul edən fərdlərdə gün boyunca keylik, yuxuya meyillilik və halısızlıq ortaya çıxa bilər.

Unutmayın, banan qidalı və faydalı tropik meyvədir. Banan qəbul etmək insana vitaminlər və minerallar arasında orqanizmin balansını dəstəkləməyə imkan verir. Amma əgər sizin sağlamlığınızla bağlı probleminiz və ya tərəddüdünüz varsa və yuxarıda qeyd olunan alergiya göstəriciləri varsa bananı yeməzdən öncə mütləq həkimlə məsləhətləşin.
 

0 şərh