Körpələrdə gec yerimə

Daim ac qaldığını düşünərək nizamsız qidalandırdığınız körpənizin gec yeriməsinin səbəbi həddindən artıq kök olduğuna görə pozulan orqanizm sistemi olduğunu bilirsinizmi?
Sağlam uşaqlarda yerimə yaşı 12 -18 aylar arasında olur, bəzi körpələr 12-ci aydan da əvvəl yeriyə bilər. Uşağın yerimə yaşı onun zəkası ilə bağlı deyil. Orqanizmə görə uşaqlarda inkişaf fərqli ola bilər. Yaşıdlarından daha əvvəl köməksiz oturan,iməkləyən və ya yapışaraq ayağa qalxan uşaqlar adətən daha tez yeriyirlər. Yerimə gecikmiş isə digər inkişaf mərhələlərinə da baxılmalıdır.
Körpənin 18-ci aya qədər 5-10 kəlməni anlamlı olaraq söyləməsi, istədiyini işarə etməsi, deyilənlərdən öz yaşına uyğun olanlarını anlaması, istədiyi şeyi barmaqla göstərməsi də lazımlıdır. Əgər bu mərhələlərdə problem varsa mütləq uşaq nevroloji həkiminə aparılmalıdır.

Vücud hərəkətlərində gecikmə olur

Uşağın çox sürətli iməkləməsi körpənin yeriməyə həvəsini azaldır. Yerimə yerinə iməkləmək ilə hər yerə rahatlıqla çata biləcəkdir. Uşağın həddindən artıq çəkili olması; Uşağın yeriməsi,iməkləməsi və dönməsi kimi digər hərəkətlərinin yaranmasında gecikməyə səbəb olur.

Uşağın oturduğu yerdə davamlı istədiklərinin önünə qoyulması, motivasiya çatışmazlığına səbəb olur. Nevroloji sistem ilə əlaqəli bu xəstəliklər, daha əvvəldən özlərini göstərirlər. Körpə 3-cü ayda başını saxlaya bilmirsə, 6 – 7-ci aylarda dönməyə başlamırsa, 8-ci ayda köməksiz oturmayıb..sa bu mərhələlərdə araşdırılması lazımlıdır.



Həkim nəzarətinə olmalıdır
Ata və anaların uşaqlarından şübhələnməsi halında dərhal həkimə müraciət edilməlidir.Uşağınız 18 aylıq olduğu halda yerimirsə, uşağınız yalnız barmaq uclarında yeriyirsə, körpənizin digər inkişaf mərhələləri ilə bağlı bir problemi varsa, uşağınız bir ayağından daha çox istifadə edirsə, bədən hərəkətlərində sağ-sol arasında fərq varsa mütləq həkimə müraciət edin.
Təkrar vurğulamaq lazım gələrsə yeriməyən bir uşaqda digər inkişaf mərhələlərində bir gerilik yoxdursa və həkimin apardığı fiziki müayinə və nevroloji müayinənin normal olması şərtilə, 18 aya qədər narahat olmadan gözlənilə bilər. Ancaq uşağınızı nəzarət altında saxlayan həkimin bir şübhəsi varsa və ya digər inkişaf mərhələlərində də gerilik varsa çox daha erkən araşdırma aparmaq lazımdır.

Körpə yeriməyə həvəsləndirilməlidir

Uşağın yeriməsi üçün edilməsi lazım olanları belə sıralaya bilərik:Altda yatan bir sağlamlıq problemi olmadığı halda valideynlər uşaqlarının yeriməyə başlaması üçün körpə yerimək üçün yönləndirilməlidir, əlindən tutularaq yeriməsi üçün imkan yaradılmalıdır.
Ancaq daha ayaqda dura bilməyən uşağı yeritməyə çalışmaq budda zədə yarada bilər. Tutduğu əşya möhkəmləndirilməli və yapışaraq ayağa qalxmasına maneçilik törədilməməlidir.
Gün ərzində çox oturdulmamalı, evdə və bayırda yerimə məşqləri aparılmalıdır. Ayaq əzələlərinin güclənməsi üçün ev içərisində çılpaq ayaq və ya sürüşməyən corabla gəzməsinə icazə verilməlidir. Ayaq sağlamlığı baxımından uyğun olmayan, dar və ya geniş, ağır ayaqqabılar geyindirilməməlidir.
Yerimə cəhdi göstərildiyində bir oyuncaq uzadaraq motivasiyası pozulmamalıdır və oyuncağı əldə etməsi təmin olunmalıdır.

 

0 şərh