Velosiped sürməyin faydaları

Velosiped sürməyin faydaları

Velosiped idmanının ağlınıza gəlməyəcək qədər xeyri olduğunu bilirdinizmi? Sadəcə idman deyil, həm psixoloji baxımndan zehninizə və ruhunza müsbət təsir etdiyinin, texnologiyadan uzaqlaşdığınızın, təbiəti qoruduğunuzun bəlkə də fərqində deyilsiniz.
Bizə asan görünən bu idmanın hansı xeyirləri var, bilmək istərdinizmi? Bu yazımız elə sizin üçündür:

Ürək damar sisteminizin dostu

Mütəxəssislərin dediyinə görə, həftədə 30-35 km velosiped sürmək infarkt riskini 50 % azaldır. İngiltərədə velosipedlə işə, dərsə gedib gələnlər arasında aparılan araşdırmalara görə, bu idman insanları xərçəng və ürək-damar sistemi xəstəliklərinə qarşı qoruyur.

İmmuniteti qüvvətləndirir

Velosipedə minmək immunitetinizi gücləndirir. Beləliklə, soyuqlama və infeksiya kimi narahatlıqlarla mübarizə apara biləcəksiniz.

Ekonomiya

Velosiped gələcək üçün pul toplamağınıza kömək edəcək. Bu, sizi yol pulu, taksi pulu, benzin pulu və s. kimi xərclərdən azad edəcək.

Avtomobilnizin ömrünü uzadır

Velosipedə minirsinizsə avtomobilinizdən daha az istifadə etməli olursunuz. Bu da, maşınınızın ömrünü uzadır. Həmçinin təmir xərcləriniz də az olacaq və satmaq istəsəniz dəyərini daha az düşürmüş olacaqsınız.


Bədəninizi D vitamini ilə təmin edir

Velosiped idmanı edərkən istər-istəməz günəş altında olursunuz, bu da bolluca günəş şüası və D vitamini almağınıza səbəb olur.

Velosiped enerjinizi artırır

Qaçan insanların enerjilərinin daha yüksək olduğu məlumdur. Lakin sadəcə qaçmaq deyil, velosipedə minmək də enerjinizi artırır. Qaçışda olduğu kimi, velosiped idmanı zamanı faydalı kimyəvi maddələr ifraz edir. Bu zaman özünüzü həm yaxşı hiss edəcək, həm də daima bunu etmək istəyəcəksiniz.

Yaşadığınız yeri çox yaxşı tanıyacaqsınız

Yaxın bir yerə getmək üçün, məhlənizin içində velosiped sürmək sizə yaşadığınız yeri tanıtdıracaq. Həm lokal həyatın dadını çıxaracaq, həm də yeni insanlarla tanış olacaqsınız.

Artıq çəkilərdən azad olacaqsınız

Pedal çevirmək saatda 600 kalori yandırmağınıza kömək edir. Bunun sayəsində siz sadəcə çəki itirməyəcəksiniz. Əzələləriniz daima hərəkətdə olduğu üçün çəkiniz də artmayacaq.

Sosial mediadan uzaqlaşacaqsınız

Velosipedə minəndə telefondan daha az istifadə eəcəksiniz. Yəni sosial şəbəkələrdən də bir müddət uzaq qalacaqsınız. Bu isə sizi ruhən sakitləşdirəcək və daha yaxşı düşünməyinizə səbəb olacaq.

Təbiətə daha az zərər vermiş olacaqsınız

Təbii ki, bu idmanın ən gözəl tərəflərindən biri təbiətə daha az zərər verməyimizdir. Mühərriklərdən çıxan dumanlar, yüksək desibelli səs-küy və s. bunun kimi zərərlərdən həm uzaq duracaq, həm də bunun bir parçası olmayacaqsınız.
 

0 şərh