Vitamin çatışmazlığının həlli

Mən bu resepti bir sağlamlıq verilişində eşitdim, tez yazdım və sizinlə paylaşmağa tələsdim. İnanın ki, çox effektlidir. Mən bu reseptin bir başqa formasından istifadə edirəm. Yəni mənim reseptimdə qara gavalı yoxdur, amma fındıq var. Hərəsindən 200 qramdır. Bir də ki, mən bunu səhərlər boş mədəyə qəbul edirəm. Ən geci bir ay ərzində immuniteti elə gözəl və sağlam yolla qaldırır ki, inanılmazdır!

Sizinlə paylaşmaq istədiyim bu resepti mart-aprel aylarınadək qəbul etmək lazımdır. Bu qarışım vitamin çatışmazlığı zamanı çox böyük dərmandır. Bundan əlavə, hamiləlik dönəmində də istifadə etmək olar. Bu zaman uşaq ana bətnində bu vitaminlərlə qidalandığı üçün onda raxitlik əlamətlərinin büruzə verməsi faizi aşağı düşür.


Davamı →

Sodanın inanılmaz faydalı xüsusiyyətləri

Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin sodanı bir çox sahələrdə də istifadə etmək olur. Soda məişətdə də çox effektli yuyucu vasitəsi kimi istifadə olunur. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə allergiyası olan xanımlar üçün vacibdir. Soda allergiyaya səbəb olmur.

  • Soda qıcqırma və gəyirmədə tez köməkçi olur. Bunun üçün

Davamı →