Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Orqanizmin bioloji saatı

İnsan orqanizminin fəaliyyəti həyatla sıx bağlıdır. Bu, yeni elmi kəşf deyildir. Qədim Şərqin peşəkar həkimləri və xalq loğmanları hələ bir neçə əsr əvvəl bu qanunauyğunluğu dərk etmiş, xəstələri vaxtın əlverişli anından asılı olaraq müalicəyə çalışmışlar.
Müəyyən olunmuşdur ki, maqnit sahəsinin mənfi təsirinin dərəcəsi insan orqanizminin gün ərzində fəaliyyəti ilə bağlıdır. İnsanın əhvalı və iş qabiliyyəti vaxt anomaliyasından asılıdır.
SAAT:
1.00. Adamların çoxu artıq 3 saata yaxındır ki, yatıb. Yuxu dərin deyil. Bu dövrdə orqanizm ağrıya çox həssasdır.
2.00. İnsan orqanizminin qa­ra ciyərdən başqa bütün orqanları ritmik olaraq fəaliyyətini yavaşıdır. Qara ciyər isə toksik maddələri qüvvətlə dağıdır və onları orqanizmdən çıxarmağa kömək edir.
3.00. Bütün orqanizm dincəlir. Əzələlər tam boşalır. Nəbz və tənəffüs tezliyi azalır.
4.00. Qan təzyiqi aşağı səviyyədədir. Buna müvafiq ola­raq beyin maddələri qanla kifayət qədər təmin olunmur. Xəstələrin çoxu məhz bu saatda dünyalarını dəyişir. İnsan duyumu bu dövrdə çox həssas olur.
5.00. Böyrəklər sidik ifrazını dayandırır. Yuxu dərin və eyni zamanda oyanmağa yaxındır. Əgər adam oyanarsa, özünü gümrah hiss edər.


Ardı →

Yuxusuzluq yaxud insomnia

Yaşlı insanların 30 faizi pis yatır
Faina Georgiyevna Ranevskaya bunları xatırlayır:
«Yuxu dərmanı qəbul edib, uzanmışam. Gah sağ böyrü, gah da sol böyrü üstə dönərək, «yat» deyə özümə əmr edirəm. Heç nə alınmır. Bir saat uzandıqdan sonra mətbəxə keçib, daha bir həb içirəm. Puşkinin şerlərini oxuyaraq, yuxuya gedəcəyimi gözləyirəm. Ən nəhayət, yatıram. Yuxumda Puşkini görürəm. Mən onun ardınca qaçaraq, qışqırıram: «Siz mənim ən çox sevdiyim şairsiniz». О isə cavabında üzünü mənə tutub deyir: «A qoca kaftar, heç bilirsən məni necə təngə gətirmisən!».
Həkimlər ya həyat yoldaşı ilə, ya da iş yerində baş verən mübahisədən bir gün sonrakı gecə yuxusuz qalan insanın durumunda qorxulu heç nə görmürlər. Bütün bunlardan savayı, bəzən toy və digər xoşbəxt hadisələr ərəfəsində də yuxusuzluq müşahidə olunur. Lakin hər gecə, yaxud bir gecədən bir istirahət etmək mümkün olmadıqda, bu hal, daimi yuxusuzluq he­sab olunur.


Ardı →