Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Bədənimizə aid 16 işarə

Sağlam həyat mövzusunda bir çox tədqiqatlar aparan King Collage Xəstəxanasının Elmi Tədqiqat İnstitutunun araşdırmalarına rəhbərlik edən professor Robert Wale, “Sadəcə barmaqlarımızın uzunluğu belə, sağlamlığımız haqqında vacib məlumata sahib olmağımıza şərait yaradır. Siz də öz orqanizminizlə bağlı önəmli detallara fikir verərək, sağlamlığınızı qoruya bilərsiniz.”- deyir. Professor onu da əlavə edir ki, “Orqanizminiz siz fərqinə varmasanız da, sağlamlığınızla bağlı vacib xəbərdarlıqlar edir.” Professor Waleyə görə, dırnaqlardan gözlərə qədər, doğulduğumuz çəkidən  ovcumuzun içinə qədər orqanizmimizdəki hər bir şey nəyinsə göstəricisidir. Professorun “Həyatınız xilas edəcək 16 işarə” dediyi test aşağıdakı kimidir:


Ardı →

Yuxu haqqında

Yuxu insan həyatında ən önəmli sakitləşdirici təsiri olan yorğunluqdan ruhu xilas edən real həyatdan müvəqqəti ayrılıqdır. 8 və ya 10 saatlıq yuxu insanı enerji dolu olacağına zəmanət verməz. İnsan az yataraq da daha çox işlər görə bilər, daha uğurlu nəticələr göstərə bilər. Fakt olaraq qeyd edək ki, alimlər, elm xadimləri gündə yalnız 4 saat yatırlar və bunu qarşılığında uğurlu fəaliyyət göstərirlər. Daha çox yatmaq daha çox yorğunluğu hiss etməkdir. Az yatmaq nəyisə etməyinə şans yaradır.
İnsan ən çox yuxusuz 18 gün, 21 saat, 40 dəqiqə ayaqda dura bilir.
Davamı →

Yay dövründə orucla bağlı həkim məsləhətləri

Artıq məlum olduğu kimi, bu ilki mübarək Ramazan ayı yay mövsümünə təsadüf etmişdir. Nəticədə oruc tutma müddəti 16-17 saata qədər davam edir. Bununla əlaqədar olaraq həkimlərin bir neçə özəl məsləhətləri vardır.

Həkimlərin xüsusi tövsiyəsi olmuşdur ki, bu müdət ərzində bədənin tələb etdiyi minimum su balansının qorunması üçün imsakdan yarım saat öncə və iftardan bir saat sonra çoxlu maye qəbul edilsin. O cümlədən, həkimlər məsləhət görür ki, çox tünd çaydan, kofedən və kakaodan çəkinmə məqsədəuyğundur.

Barak Obama doktor kimi

Bununla yanaşı, obaşdan zamanı göyərtinin, meyvənin yeyilməsi məsləhətə uyğundur. Və bu gün ərzində insan bədənində mayenin qorunmasına köməkedici amillərdəndir. Həmçinin, həkimlərin yay mövsümü zamanı tövsiyəsi budur ki, imsak zamanı qızardılmış, çox yağlı, şirin, ədavalı yeməklərdən çəkinilsin. Belə ki, bunlar susuzluğa səbəb olan başlıca amillərdəndir.
Davamı →

Beyni işlədən qidalar


Bir imtahana girməmişdən əvvəl, ya da düşünmək istədiyiniz vaxtlarda şəkərli qidalar yeyirsinizmi?  Gecələr istədiyiniz zaman fikrini toplamaq üçün qəhvə içirsinizmi? Bəzimiz bu cür tədbirlərin psixoloji olduğunu düşünsək də aparılan təhqiqatlar bir çox qidanın beynin beynin işləməsinə birbaşa təsir etdiyi göstərməkdədir.
Beyin mükəmməl bir idarəçidir. Sanki bir dirijor kimi bədənimizdəki sinir məlumatlarınım bir hüceyrədən digərinə daşınmasını idarə edir. Bunu yerinə yetirərkən sinir məlumatçısı adlanan kimyəvi maddələr ifraz edir. Vücudumuzda milyardlarla sinir hüceyrəsi var. Beynimiz bədəni duyğu və davranış mövzularında bütün məlumatları bu kimyəvi maddələr vasitəsiylə əlaqədar hüceyrələrə göndərir. Ancaq bu vəzifəni yerinə yetirmək üçün beynin qidaya ehtiyyacı var.
Yediyimiz hər şeyin qida dəyəri qan yolu ilə bütün vücuda yayılmadan əvvəl birinci beyinə gedir. Beyin hansı qidanın nə qədər faydalı olacağını bildiyi üçün seçici kimi hərəkət edir.

Davamı →

Qidalanmada nəyə daha çox diqqət edək?


Beynin fəaliyyəti üçün ən vacib səhər yeməyidir. Belə ki, hər gün müntəzəm səhər yeməyi yeyən insanların digərlərinə nisbətən daha müvəffəqiyyətli və səmərəli olduqları müşahidə edilməkdədir. Səhər yeməyi yemə adəti olmayan insanlarda fikrini cəmləmə itkisi çox olur. Sadəcə qəhvə içmək yuxunu açsa da, vücuda enerji və qidanı təmin etmir. Üstəlik qəhvə, daha sonra qəbul edilən bəzi qidaların vücudda istifadə olunmasına mane olur. Beləliklə insan bir müddətdən sonra özünü yorğun hiss etməyə başlayır. Bundan başqa qəhvə riyazi və məntiqi qabiliyyətlərə də mənfi təsir edir. Gərgin bir günə başlayarkən: pendir, süd, yumurta kimi tərkibində protein olan qidalardan ibarət bir səhər yeməyi, şirin çay və küncütlü kömbədən ibarət səhər yeməyi ilə müqayisədə daha yaxşı nəticə alınmasını təmin edir.


Davamı →

Yüksək səslə musiqi dinləmənin zərəri

yüksək səslə musiqi dinləməyin


Yüksək səslə musiqi dinləmək qalıcı eşitmə problemləri meydana gətirir. Eyni zamanda yüksək səs insanları əsəbi və agresif bir görünüşə bürüyür.


Gənclər hər yerdə qulaqlıqla gəzir; ancaq unudulmamalı ki yüksək səslə musiqi dinləmək qalıcı eşitmə problemləri meydana gətirir. Eyni zamanda yüksək səs insanları əsəbi və agresif bir görünüşə bürüyür.


Ardı →

Hemofiliya

Qanda Faktor 8 və faktor 9 adlı iki zülal olur. Hemofiliya vəziyyətində bunlar qanda əskikdir. Bu iki zülalın qanda olmaması, miqdarının azalması ya da funksiyasının pozulması vəziyyətində, qan laxtalana bilməz və qanamağa səbəb olar.
İlk olaraq 1920-ci ildə təyin olunan hemofiliya, irsi faktorlara (soyaçekim) bağlı olaraq inkişaf edən ciddi qanamalara yolaçan bir xəstəlikdir. Lakin Hemofiliya xəstələrinin təxminən %30 unun ailəsində Hemofiliya yoxdur. Çünki genlərdə meydana gələn mutasiyalardan qaynaqlanar. Hemofilide problem qanamada deyil qanama müddətinin uzanmasında yəni qanın daha keç laxtalanmasındadır.
Davamı →

Əzəmətli üçlük: işıq, hava və su

İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır. İnsanı soyuqdan, yad gözlərdən qoruyan paltar eyni vaxtda bizi enerji daşıyıcılarından təcrid etdirər. Nəticədə bədəndə karbon oksidi yaranır. Bunun qarşısını almaq mümkündür. K. Nişi təklif edir: hər gün azı 2 dəfə kontrast hava vannası qəbul etmək; gah istia paltarla bədəni qızdırmaq, gah da 12-15 dəq. lüt qalmaq. Bu prosedura dərinin nəfəs almasını gücləndirir, orqanizm bol-bol oksigen qəbul edir, bu da karbon oksidini öldürür, orqanizmin xəstəliklərə qarşı immunitetini gücləndirir. İnsan soyuğa və xəstəliklərə qarşı, o cümlədən xərçəngə qarşı davamlı olur. Nəticə: dərinizə mümkün qədər çox hava dəyməlidir.



Ardı →

Duz var dağıdır, duz var qurur

Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Xörək duzunun və şəkəri “ağ ölüm” adlandıran həkimlər çox haqlıdılar. Amma elə duzlar da var ki onlarsız yaşamaq mümkün deyil. Belə duzları tanımağımız vacibdir.


Kalsium duzu.
Qan yaratmaq, maddələr mübaddiləsini yaxşılaşdırmaq, mikrobların damaralara daxil olaraq, qanı çirkləndirməsinin qarşısını almaq, sümüklərin (skeletin və dişlərin) normal inkişafını təmin etmək üçün xidmət göstərir. Əsəb sisteminə yaxşı təsir edir. Soyuqdəyməyə mane olur. Hava dəyişərkən orqanizmi tənzimləyir. Bədənində kifayət qədər kalsium olan şəxs nə kəskin hava dəyişkənliyindən qorxur, nə infeksiyadan, nə də epidemiyadan.
Əsas mənbə: bütün meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxudlar, mərci, soya, paxlalı bitkilər, lobya, kök, turp, ərik, alma, albalı, çiyələk, kələm, kartof, qara qarağat, yumurta, xiyar, portağal, ananas, üzüm, şaftalı, göy-göyərti, turpun, kökün və çuğundurun yaşıl hissələri, cücərmiş buğda, yulaf yarması, soğan, badam, çuğundur, böyürtkən, qatıq məhsulları.



Ardı →

Az yatmaq piylənməyə səbəb olur

Bəşəriyyət işləmək, televizora baxmaq və yaxud internetdə oynamaq naminə gecə yuxusundan oğurlayaraq, getdikcə daha az yatır. Cəmiyyətimiz yuxuludur və yatmaq arzusu getdikcə fövqəladə vəziyyətə çevrilir. Ekspertlərin fikrincə, yuxusuzluq gizli epidemiya miqyası alır.

Halbuki, yuxu mütləq zərurətdir və az yatmağın nəticələri sağlamlığa təsir göstərərək xərçəng, ürək-damar patologiyaları, şəkərli diabet və hipertoniyadan tutmuş müxtəlif xəstəliklərə səbəb olur. Son tədqiqatların nəticələrindən belə məlum olur ki, artıq çəki problemi də yuxusuzluqla bağlıdır.


Ardı →