Vaqif Səmədoğlu şeirləri

 

 

Vaqif Səmədoğlunun müəllifi olduğu 10  mənalı şeir.

 

1️⃣ Deyərmi şeiri
Quşlar bağça-bağa girməzdən qabaq,
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə,
Dumana elçilər heç göndərərmi?

 

Göy çəmənə yağış yağanda səhər,
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə,
Qara gözlərinə baxım deyərmi?

Qışı əridəndə hər yanda günəş,
Gəlim, ya gəlməyim soruşmaz bahar.
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar…

 


Vaqif Səmədoğlu şeirləri vaqif semedoglu seirleri

2️⃣ Nələr yaratmadı kişi şeiri
Nələr yaratmadı kişi
qadından ötrü ?
Xalqlar,dillər,
qəbilələr, ölkələr.

 

Sərhədlər çəkib,
müharibəni qoydu
onların keşiyində.

 

Bu bir qadın uğrunda
gedən savaşda
udduğumuz
bir şeir,bir musiqi oldu…

 


 

3️⃣

Bir şeir yaz mənim yerimə
gün işığı.
Qafiyəm ol,
uşaq təbəssümü.

 

Bir nəhəng
sevincə dön, keçmişim,
sən də
bir nağıl danış o keçmişdən,
gələcəyim…

 


 

4️⃣ Mən sənin yuxularına şeiri

Mən sənin yuxularına
uzaq, lap uzaq
ya tropik, ya buz bağlamış
torpaqlarda girmək istəyirəm.
Mən səhər tezdən,
saat təxminən dörddə
girmək istəyirəm yuxuna.

 

Taiti adalarından
balıqçı qayıqları
okeana çıxan vaxt.
Ora vaxtıyla, duman içində…

 


 

5️⃣
Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə…
Bu dumana qapımdan,
çıxan kimi azmışam
yenə şeir yazmışam,
heç kəsə demə…
Daş evlər arasında
neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
heç kəsə demə…

 


 

6️⃣

Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək

 

Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək

 

Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı

 

Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…

 

7️⃣ Kölgə qadın şeiri
Salam
qaranlıqda rastlaşdığım,
ədalarından çaşdığım
qadın,
İri,
zövqsüz saatın
gündüzlər kölgə saldığı yerdə
dayanmışdım.
Kölgə qadın.
kölgə insan,
Yadındamı?
Yadındamı əlini sıxdığım o gecənin adı?
Sarılma həvəsi,
taksi,
konyak qoxuyan insan nəfəsi.

 


 

8️⃣Azadlıq həsrəti var şeiri

Azadlıq həsrəti var
Yenə titrək səsində.
Neçə quş dustaq qalıb
Köksünün qəfəsində,

 

Burda yurd salma, gülüm,
Bura vətən yeridir.
Üfüqə gedənlərin,
Gözdən itən yeridir...

 


 

9️⃣

Bu payız da başlandı,
Bu yağış da…
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm…
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək

 


 

 

0 şərh