Рейтинг
+138.94

Sevgi

97 üzv, 244 topik

Sevgidən nifrətə bir addım

  • Sevgi
İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.Bəs görəsən insan sevərkən düşünüb sevir? Əlbətdə ki,yox. Sevgi insan qəlbinə xəbər vermədən yol tapır,düşünmək üçün isə imkanın olmur.
Ardı →

Hüznlü eşq hekayəsi

  • Sevgi
Bir-birini çox sevən bir cütlük yol qəzası keçirir. Onlar yataq xəstəsi olur və eyni otaqda qalırlar. Oğlan otağın pəncərə tərəfində, qız isə divar tərəfdə yatır. Oğlan pəncərədən çölə baxır və olanları qıza danışmaqla, qız isə dinləməklə beləcə zamanları keçirmiş. Oğlan qıza çöldə olanları dayanmadan danışırmış və bu şəkildə qızın sıxılmadığını, darıxmadığını düşünürmüş. Qız isə xəstəliyinin təsiri ilə daha da pisləşmiş, heç nədən xoşbəxt olmayacaq bir vəziyyətə düşmüşdü. Ürəyində oğlanı qısqanır, «kaş ki, mən pəncərənin yanında olsaydım» deyə fikirləşir və oğlanın yerində olmaq istəyir.Bu ikilinin elə bir vəziyyəti də vardı ki, şok keçirdikləri zaman təcili müdaxilə edilməlidir. Əks tədqirdə xəstə oradaca ölər. Şok anında xəstəxanadakıları xəbərdar etmək üçün ikisinin də çarpayısının yanında xəbərdaredici düymə vardır. Əgər biri şoka girərsə, digəri düyməyə basaraq kömək çağırmalıdır.
Ardı →

Həyatda olmuş sevgi hekayəsi

  • Sevgi

Günlərin bir günü bir yetim qız və yetim oğlan bir-birlərini görür.Qızın 19,oğlanın isə 16 yaşı olur.Qız oğlandan 3 yaş böyük olur.Tale bu sevginin üzünə gülmür.Oğlanın əsgərlik vaxtı gəlib çatır və oğlan əsgərliyə gedir.Qız da özünə söz verir ki,oğlanı əsgərlikdən gələnə qədər gözləyəcək.


Ardı →

Ayrılıq məktubu

  • Sevgi
Sən getdin. Özündən sonra bir dəhşətli qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluğu geridə qoydun. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz belə söyləmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, məhv oldum. Sonsuzluqda bir insan necə olar.səsi, nəfəsi necə duyular? Əlvida eşqim. Əlvida sevgilim. Sən özünü heç belə lazımsız, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuqdur. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi kimidir.dodaqlarım möhürlənib. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlandı. Yoxluğunun qarşılığı çox ağırdır, sevgilim.
Ardı →

Bir dua,bir sevgi

  • Sevgi

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin,Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu.


Ardı →

Kişiləri əridən qadına məxsus davranışlar

  • Sevgi
Kişılərə təsir etmək üçün qadınların bildikləri bir sıra bəlli davranşılar vardır.Bunlardan başlıca olanlaq görüşlərə gedərkən təpədən dırnağa bəzənmək və ya kişilərə şirin ləqəblərlə səslənmək kimi klassik davranışlar gəlir.
Amma bir gerçək də var ki, qadınların demək olar ki, hamısı kişilərin hansı qadına məxsus davranışlardan təsirləndiyini bilmək istərlər.Elə isə aşağıdakı məsləhətlərə Siz də nəzər salın:
1.Hər nə qədər dodaq parlatıcının yapışmasından şikayət etsələr də, islaq görünüşlü parlaq dodaqlar kişiləri cəzb edər.
2.Kişilərin çoxu qadınların çantalarında daşıdıqlarına lağ etsələr də,hər ehtimala görə qadınların əşya daşımaları onların xoşuna gedər.
3.Kişilərin çoxu evlərində səliqəsiz olurlar,evlərini səliqə-səhmana salan qadınlardan onlar vaz keçməzlər.
Davamı →

14 fevral- sevgililər günü

  • Sevgi
14 Fevral Sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə sevgililər günüdür...Bəs görəsən Haradan gəlir bu Sevgililər Günü? — Sevgilər Gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Köhnə Romada 14 Fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki bu gündə Roma tanrılarının və ilahələrin kraliçası olan Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə «Lupercalia Bayramı» başlayırdı.
Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları kəskin qaydalar ilə məhdudlaşdırılmış gənclər bir-birlərini yalnız bu bayram müddətində bəyənib özlərinə partner seçə bilirdilər.
Ardı →

Niyə cütlüklər xarici görünüşdə oxşar olurlar?

  • Sevgi
Eşq çox qəribə bir hissdir. Onu ilk dəfə gördüyünüz anı yadınıza salın. Çox güman ki, əksəriyyətiniz belə düşünmüşdünüz: “Budur, mənim adamım məhz budur!” Bəlkə də bu, nə ilk baxışdan sevgi, nə də ki, kinolarda göstərilən romantik qarşılaşmaların təcəssümüdür. Bu, sadəcə olaraq sonradan səni özünə məhkum edəcək eşqin sehrli bir tilsimidir. Görəsən, niyə belə düşünürük, hə? Axı həmin anda biz o insanı tanımırdıq, nə şəxsi keyfiyyətlərinə bələd idik, nə də ki, xarici görünüşü və davranışları barədə çox da detallı incələmə etməmişdik.
Davamı →

Sevgilinizi doğru seçmisiniz?

  • Sevgi
Sevgi ən gözəl duyğulardan biri olsa da təəssüf ki, bəzən duyğular qarşılıqlı olmaya bilir və ya zamanla azala bilir. Sizin üçün doğru adam ailənizə hörmət edəcək və onları qəbul edəcək şəxsdir. Lakin unutmayın, hörmət və sevgi bir-birindən fərqli iki duyğudur.

Hər sevən insan kimi sevdiyiniz adamın yanında bir az axmaqlaya bilərsiniz. Bu hər kəsin başına gələ bilər. Lakin doğru şəxs bunu əhəmiyyətli hesab etməz və sizdən əsla utanmaz.
Davamı →

Sevginin təkamülü

  • Sevgi
Sevgi nədir – Qərb ədəbiyyatının yaratdığı bir əfsanə, yoxsa ümumbəşəri möhtəşəm bir fenomen? İnsan niyə aşiq olur? İnsan necə sevir? Sevgi zəruridirmi? Sonunda elmin əldə etdiyi nəaliyyətlərlə bu suallara dolğun cavablar vermək mümkündür.

Dilimizdə sevgini ifadə edə bilən bir neçə söz var: eşq, məhəbbət, sevda. Bu sözlər bir çox halda eyniyüklü kimi qəbul edilsə də, əslində eyni mənaları ifadə etmirlər. Ona görə belə qərara gəldik ki, yazımız boyunca sevginin müxtəlif mərhələlərindən və növlərindən bəhs etdikcə bu anlayışlara da aydınlıq gətirək.

Əgər biz insanın təkamül yolu ilə yarandığını düşünürüksə, bəs necə oldu ki, sevgi yarandı? Sevginin insan təkamülündəki yeri haradır, hansı səbəblərdən qaynaqlanır? Şübhəsiz, təkamül boyunca dəyişikliklər mövcud hansısa zəruriyyətlərdən yaranır. Məhz sevgi də belə bir zəruriyyət idi.
Davamı →