Рейтинг
+138.94

Sevgi

97 üzv, 244 topik

Sevgi şəhərləri

  • Sevgi
Venesiya elə bir yerdir ki, gənc ər dözə bilməyib, hətta ətrafdakılara gülünc görsənməkdən qorxmayaraq mütləq öz sevgilisi qarşısında serenada oxuyacaq. Fevralın 6-dan 16-na kimi Venesiyada artıq doqquz əsrdir ki, hər il karnaval keçirilir. Orta əsrlərdə karnavala sevgi macəraları üçün tələsirdilər, sevgililər üçün isə belə karnavallar heç bir şahid olmadan görüşmək üçün əsl bəhanə idi. Doj Sarayındakı Tribunal və Yeni dustaqxanaları birləşdirmək üçün 16-cı əsrdə tikilmiş Ah-nalə Körpüsü də çox məşhurdur. Hal-hazırda burada sevgililər gəzməyi çox xoşlayırlar. Amma nə vaxtsa dustaqlar sahili yuyan dəniz səthinə sonuncu nəzərlərini tuşlayıb köks ötürərdilər.
Ardı →

Axtardığımız sevgi niyə tapılmır?

  • Sevgi

Arxanızca əli bıçaqlı bir qatıl gəlirmiş kimi tələsdiyiniz üçün.

Həmişəki kimi ananıza qulaq asmadığınız üçün. 

Sevgidən söhbət gedirsə, baş yerinə boş bir saxsı daşıyırmış kimi davranırsız. Bir az ağıl, məntiqə ehtiyac var.

Keçmiş sevgilinizdən əvəz çıxmağa çalışdığınız üçün.

Dərhal yaranıza məlhəm axtardığınız üçün. Bir az ara verib yas tutsanız, hər şey keçər.

Sevməyə yanlış kişi, qadın seçdiyiniz üçün.

Tayınızı tapa bilmədiyiniz üçün. “Qapaq yuvarlanıb qazanını tapar”, — siz hələ qazanı tapmamısız.  

Dilinizdə “saf sevgi istəyirəm” desəniz də, sevgidən başqa hər şey istəyirsiz.  “Sevir, ancaq hədiyyə almır. Hədiyyə alır, ancaq gündə 20 mesaj yazmır...”


Ardı →

Məşhurların ayrılıq məktubları

  • Sevgi

ayrılıq məktubuHər eşq əbədi davam edəcək deyə bir qayda yoxdur. Təəssüf ki, ayrılıq qaçılmazdır. Ancaq yollar ayrılarkən bunu da doğru düzgün edə bilmək özü yaxşı bir örnək ola bilər. Sevdiyimiz yazıçıların ayrılıq məktubları bəlkə kiməsə yol göstərər bir az, heç olmasa birlikdə keçən gözəl günlərin xətrinə ya da bir-birini incitməmək üçün.

Simona de Bovuarın Nelson Alqrenə məktubu. 1950
Simona de Bovuar Alqrenlə 1947-ci ildə Çikaqoda tanış olublar. Bu cütlük bir neçə il münasibətlərini uzaqdan uzağa davam etdirdilər. Ancaq Alqren üçün məsafə böyük bir problem olmuşdu. De Bovuarı daha çox görmək istəyirdi. Simona de Bovuar bu məktubu sevgilisini görmək üçün Parisdə gedib qayıdandan sonra yazmışdı.


Ardı →

Virtual sevgi

  • Sevgi

Mütəxəssislər bəyan edir: Əsl sevgi üçün zaman və məkan fərqi yoxdur.
Mentalitetə zidd sayılsa da dini inanclara əməl edilirsə virtual sevgi haram sayılmır.

Bu gün sosial həyatın bütün sahələrinə sirayət edən yeni texnologiyalar mənəviyyat məsələlərinə də təsirsiz ötüşməyib. Qloballaşan dünyada mənəviyyatın belə virtuallaşması artıq heç kimdə təəccüb doğurmur. Demək ki, yeni texnologiyalar tək yeni termin və yeni inqilabi dəyişikliklərlə yadda qalmır, onlar həm də yeni hisslərin fomalaşmasına zəmin yaradır.


Ardı →

Məhəbbət düsturu

  • Sevgi

Oxşardır sevginin tarixçələri.
Yatmışdıq yuxudan ayıldıq,əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq,çıxaq məhəbbət.


Ardı →

Sevgiyə səbəb lazımdırmı?

  • Sevgi
Bir gün sevgilisi ile söhbet edən qadın ondan belə bir sual soruşur:
Qadın: Məni niye çox istəyirsən?.. Məni niye sevirsen?...
Kişi: Mən sənə səbəb deyə bilməyəcəm… amma mən həqiqətən də səni… sevirəm
Qadın: Sən heç səbəbini də bilmirsən, bəs necə deye bilirsən ki, məni çox istəyirsən, məni çox sevirsen?
Ardı →

"Mən"çil yoxsa, "Mən"çi

  • Sevgi

Bir çox insan özünü sevmənin məncillik olduğunu düşünür. Özünü sevməyi, özündən razılıqla qarışdırır. Özündən razı insan məncildir, mən mərkəzlidir. Əslində, gerçək anlamda nə özünü sevə bilər, nə də başqalarını. Çünki təkəbbürün olduğu yerdə sevgi ola bilməz.

Məncillik və sevgi bir yerdə ola bilməz. Çünki sevən insan məncil olmaz. Çünki özünü sevən insan nəfsinə qalib gəlməyi bacarmışdır. Özünü sevmək, narsizmdən fərqlidir. Narsizm bir xəstəlikdir, özünə müsbət olmayan bir şəkildə vurğunluqdur. Halbuki, özünü sevmək, özündən başlayan bir sevgi ilə ətrafa açılmaqdır. Onda qarşılıq yoxdur. Özdən gəldiyi üçün təmənnasızdır. Özünü sevən insan özü ilə barışıq olan insandır.

Özünü sevən insan, sadəcə öz içindəki yaxşını yox, başqalarının içindəki yaxşını ortaya çıxara bilən insandır.
Müsbət və mənfi tərəflərini obyektiv bir təvazökarlıqla dəyərləndirə bilən və davamlı olaraq inkişaf etmək arzusu duyan insandır. Ancaq özümüzdə olanı başqalarına verə bilərik. Özümüzə sevgi duyduğumuz zaman bu sevgini başqalarına da verə bilərik. Özünü sevən insan, sadəcə öz içindəki yaxşını yox, başqalarının içindəki yaxşını ortaya çıxara bilən insandır. Özünü sevən insanın yanında başqa insanlar da özləri kimi olar və özlərini daha çox sevərlər.


Ardı →

Sevgidə hər zaman ümid var

  • Sevgi

Bir gün bir oğlan başqa bir şəhərə gəlir. O çox yaraşıqlı, tərbiyəli və varlıqlı ailədən idi. Bir gün yüksək mərtəbəli binanın yanından keçərkən həmin binanın ikinci mərtəbəsində sakitcə öz-özünə mahnı oxuyan bir qız görür, həmin qız başını aşağı əymiş və sanki uzaqlarda olan biri haqqında oxuyurdu. Oğlanı qızın gözəlliyi heyran edir. O, uzun müddət yerindən tərpənə bilmir. Nəhayət qızda onu görür və birdən oxumağı dayandırır. Qız utanır və tez qaranlıq otaqda itir. Sonrakı gün həmin oğlanın ayaqları istər istəməz onu həmənki evin qarşısına gətirib çıxardır. Və o, dünən gördüyü qızın yenədə aynaya çıxması ümidi ilə gözləyir. Amma o qızı görmür. Beləliklə o hər səhər həmin yerdə gəlib dayanır və hərdəfə də o gözəl qızı yenidən görəcəyinə ümid edir amma hər dəfəsində də görmədən başı aşağı geri dönur.


Ardı →