Yaz fəslində dəriyə qulluq

Yaz artıq gəlib. Yazın gəlişi tezliklə  geyimlərdə də öz əksini tapacaq. Qısa ətəklər, nazik köynəklər və çimərlik mövsümünün başlaması ilə bağlı yaz, yay aylarına hazırlıq gedir. Həmin geyimlərdə ideal görünmək üçün xanımlar pəhriz saxlayır və dəriyə qulluq edir. Bu isə o deməkdir ki, havaların isinməsi və günəş şüaları öz təsirini dəridə də göstərəcək. 
Dərini günəş şüalarına hazır olub-olmadığını bilmək lazımdır. Əlbəttə ki, dəridəki ləkələri, qara nöqtələri və sızanaqları tonal kremlər və qapadıcılar vasitəsi ilə gizlətmək mümkündür. Lakin xanımlar təkcə kosmetik vasitəslərin köməyi ilə gözəl görünmək istəmir. Hər bir qadın təbii gözəlliyə və təmiz dəriyə sahib olmaq istəyər. 

Dəri hazır deyilsə və problemlər mövcuddursa, hər gün gözəl görünmək üçün makiyaj edib özünü şahzadə kimi hiss etmək mənasızdır. Həm də yaz fəsli canlanma və istirahət fəslidir. Təmiz havada dərinin yaxşı nəfəs alması üçün sadə və az makiyaj etmək məsləhət görülür. Makiyaj dəridəki problemləri gizlətməklə yanaşı, daha ciddi problemlərə yol aça və illərlə davam edə bilər. 

Yaz insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışdan yorğun çıxan dərimizin qidalanmaya ehtiyacı var. Dəriyə daxildən, həm də xaricdən qulluq yollarının sadə reseptlərini təqdim edirik. 

1. Dərinin elastikliyini təmin etmək.
Dərinin elastikliyini kollaqen təmin edir ki, bunun da əsas mənbəyi C vitaminidir. C vitamini əsasən çiyələk, naringi, limon, moruq, kivi və itburnunda olur.

2. Dərinin parlaqlığını artırmaq.
Dərinin təravətli və parlaq olmağı əsasən E vitaminindən asılıdır. E vitamini bu qida məhsulların tərkibində olur: bitki yağları, yumurta, kələm, gilas, alma və armud tumları.

3. Dodaq çatlarından qorunmağın yolları.
B2 vitamini orqanizmdə saçların, dırnaqların qorunması üçün vacibdir. Bu vitamin çatışmazlığının ilkin əlaməti dodaqda çatların əmələ gəlməsidir. Bu vitamin böyrək, ciyər, yumurta, maya və badamda daha çox olur.

4. Sızanaqların qarşısını almaq.
Bunun üçün ilk növbədə soyuqdəymədən qorunmaq lazımdır. Qarpız, pomidor, qreypfrut, tomat pastasından tez-tez qəbul etmək lazımdır. Bundan əlavə qara çörəyi, düyünü, makaronu da yeməyinizdə daha çox edin.

5.Qırışların sayını azaltmaq.
Qırmızı çaxır, üzüm, kişmiş dərinin qırışlarını azaldır, qan dövranına kömək edir.
 

0 şərh