Hialuron turşusunun dəriyə təsiri

Məlumdur ki, hialuron turşusu dərinin əsas tərkib hissələrindən biri olub dəriyə həcm verir və onun hidratasiyasını (mayeni ozündə saxlama qabilliyətini) təmin edir. O, orqanizmdə hialuronidaza fermentinin və sərbəst radikalların təsiri altında metobolizmə uğrayanda karbon qazı və suya parçalanır.

Hialuron turşusu öz ölçüsündən 700 dəfə çox su molekullarını tutub saxlamaq qabiliyətinə malikdir. Bu dəriyə həm nəmlilik, həm də həcm verir.

Hialuron turşusu biotexnoloji yolla streptokokların fermentasiyasından alınır. Bu yolla alınan hialuron turşusu özündə zülal saxlamadığı üçün orqanizmdə heç bir allergik reaksiyaya səbəb olmur və dərinin komponentlərinin kimyəvi tərkibinə tam uyğundur. 

Hialuron turşusu tərkibli preparatlar qırışların korreksiyandan tutmuş üzün ovalının düzəldilməsinə qədər müxtəlif problemlərin həlli üçün istifadə olunur. 

Prosedurun effekti 6 — 12 ay qalır və bundan sonra onu yenidən təkrarlamaq lazım gəlir. Beləliklə, hialuron turşusu tərkibli preparatlardan göz və ağız bucağı ətrafı səthi və dərin qırışların korreksiyası, dodağa həcm vermək, dərini nəmləndirmək və onun elasikliyini təmin etmək üçün istifadə olunur.
 

0 şərh