Bunları dərinə etməməlisən!

Dərin sənin ömrünün sonunacan gərəkli hissəciyindir. Buna görə ona hörmətlə yanaşıb, şükürlü davranıb, qayğısına qalmalısan.

Dəriyə qulluq bir dərya elmidir. Hazırda istehsal olunmuş qulluq vasitələrini nəzərə alsaq onu qoruyub, qidalandırmaq üçün milyon üsul mövcuddur. Bütün bu qaydaları çoxlarımız əzbər bilir, lakin hər zaman əməl etmirik. Gecə toydan yorğun gəlib dərin makiyajla yatdığımız günlər səhər vicdan əzabı ilə oyansaq da, hər dəfə bunu bir daha təkrar etməyəcəyimizə söz veririk.
Davamı →

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları

Dərinin quruluşu
İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.

Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.
Davamı →

Yağlı dəri üçün tonik


Hər dəri tipinin özünə xas xüsusiyyətləri var. Ona görə də dəriyə qulluq edərkən bu xüsusiyətləri nəzərə almaq lazımdır. Məsələn, yağlı dəri sızanaqlara və qara nöqtələrə meyilli olur. Dərinizin yağ balansını tənzimləmək üçün mütləq tonikdən istifadə etməlisiniz.

Yağlı dəri üçün ən effektli tonik resepti:
50 ml suyu qaynadın və üzərinə yarım xörək qaşığı yaşıl çay yarpağı əlavə edib 20 dəqiqə gözləyin. Daha sonra suyunu süzərək soyumağını gözləyin. Boş sprey şüşəsinə 1 xörək qaşığı gülab tökün. Daha sonra üzərinə hazırladığınız yaşıl çayı əlavə edin.
Davamı →

Zəy maskası


Zəy çox effektli kosmetik vasitədir. Zəy dərini daha sağlam və hamar edir, iltihabları azaldır, rəngini yaxşılaşdırır. Zəy maskası yağlı, məsaməli dəri üçün uyğun gəlir.

1 yumurtanın ağı (kənd yumurtasını istifadə edin) bir qədər çalınır. 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy, az miqdarda su əlavə olunur, yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Davamı →

Yağ maskaları

Yağ maskaları dərini yumşaldır, hamarlaşdırır, kiçik qırışları yox edir, rəngini yaxşılaşdırır, təravətləndirir. Bu maskalar quru, yorğun, qocalmağa başlayan dəri üçün uyğundur.

1. 2 x.q. zeytun yağı su hamamında bir qədər qızdırılır (ilıq olmalıdır). Yağda tənzif isladılır və üzə qoyulur. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

2. 1 x.q. gənəgərçək yağı və 1 x.q. küncüt yağı qarışdırılır və su hamamında bir qədər qızdırılır. Yağda steril tənzif isladılır və üzə qoyulur. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

3. 1 x.q. badam yağı + 1 x.q. ərik yağı.
Davamı →

Məsamələri daraldan maskalar

Sizə dəridə geniş məsamələri daha görünməz etmək üçün çox effektli maskaları təqdim edirik. Bu maskalar dərini daha hamar edir və rəngini yaxşılaşdırır.

Maskaları etməzdən əvvəl dərinizi skrabla yaxşı təmizləyin ki, məsamələr təmiz olsun. Daha sonra bu maskalardan istifadə edə bilərsiniz:

1. Ağ gili ilıq su ilə qarışdırın (sıyıq kimi alınmalıdır) və dəriyə qalın qatla çəkin. Maska qurumağa başlayanda ona su çiləmək lazımdır. Maskanı 15-20 dəqiqə saxlayın.
Davamı →

Dəri təmizliyində təbii vasitələr

Hindqozu yağı
Hindqozu yağı makiyaj təmizləmədə olduqca təsirli vasitədir. Bununla yanaşı, dərini nəmləndirir və istifadəsi çox sadədir. Sadəcə olaraq, pambıqla dərinizə çəkin.

Zeytun yağı
Dəriniz qurudursa, zeytun yağı ən yaxşı dostunuz ola bilər.

Qatıq
Qatıqda olan faydalı probiotik makiyajınızı təmizləyərkən dərinizi rahatlaşdıracaq. Fermentlər və laktik turşusu isə ölü dəri hüceyrələrini yox edərək, dərinin itirdiyi suyu geri qaytarır. Çətin deyil, pambığı qatığa batırıb dərinizi masaj edin.
Davamı →

Dəniz yosunları ilə maskalar

Dəniz yosunları (laminariya) çox giymətli kosmetik məhsul sayılır. Dəniz yosunları maskaları dərini cavanlaşdırır, daha elastik edir, kiçik qırışları yox edir, ağardır, iltihabı azaldır.

Belə maskaları həftədə 1 dəfə etmək kifayətdir. Maskalar dəriyə çox güclü cavanlaşdırıcı təsir göstərir.

1. 2 x.q. dəniz yosunları tozu (apteklərdə satılır) az miqdarda ilıq su ilə qarışdırılır, 1 çalınmış yumurta sarısı, 1 x.q. ayıpəncəsi yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

2. 2 x.q. dəniz yosunları az miqdarda ilıq suda həll olunur (sıyıq kimi alınmalıdır), 1 ç.q. bal, 1 ç.q. ərik yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →

Əncir maskaları

Əncir kosmetologiyada çox geniş istifadə olunur. Ənciri üz və saç üçün olan kosmetik vasitələrin tərkibinə daxil edirlər. Əncir əsasında üz maskaları dərini yumşaq edir, cavanlaşdırır, nəmləndirir, dərinin rəngini yaxşılaşdırır.

1. 1 iri əncir çəngəllə əzilir, 1 x.q. yağlı xama əlavə olunur, yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış tamponla silin.

2. 1 ənciri əzin, 1 çalınmış yumurta sarısını, 1 ç.q. gənəgərçək yağı əlavə edin, yaxşı qarışdırın, üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin.

3. 1 ənciri əzin, 1 x.q. yağlı kəsmik, 1 ç.q. limon şirəsi əlavə edin, yaxşı qarışdırın. Yuxarıda qeyd etdiyimiz kimi istifadə edin.
Davamı →

Kələm maskaları

Kələm maskaları üz dərisinə çox yaxşı təsir edir — nəmləndirir, ağardır, cavanlaşdırır, hamar və elastik edir, kiçik qırışları açır. 

— Yağlı dəri üçün maska: 1 iri kələm yarpağı, 2 x.q. yulaf yarması (gerkules), 1 ç.q. limon şirəsi. Kələm blenderdə xırdalanır, gerkules və limon şirəsi əlavə olunur, qarışdırılır. Maskanı təmiz dəriyə çəkin, 20 dəqiqə saxlayın, ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
Davamı →