Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 659 topik

Ağardıcı maska

Düyü suyu ilə dərinizi ağardın
Düyü tozu bişməmiş düyülərin üyüdülməsi ilə meydana gəlir. Üyüdülmüş düyülərə süd və ya su əlavə edilərək qatı hala salınır. Bu qarışıq üz maskası kimi istifadə edilir. Düyü suyu isə olduqca dəyərli bir sudur. Bunu hazırlamaq üçün üyüdülmüş düyüyə su qatıb, bir müddət gözləmək lazımıdr.

Düyü tozu dərini necə ağardır?
Düyü çoxlu miqdarda PABA deyilən bir maddə ilə zəngindir. PABA, yəni “para aminobenzoik asid” dərinin günəşdən qorunmasına kömək edir. Bu ferment C vitamini ilə zəngindir və bu da dəriyə yaxşı təsir göstərir.

Düyü suyu eyni zamanda digər 2 günəş qoruyucu maddədən ibarətdir: ferulik asid və allantoin. Ferulik asid antioksidan bir maddədir. Mütəxəssislər  ferulik asidin C və E vitamininə əlavə olunduqda günəş qoruma tutumunun 2 qat artdığı ortaya çıxmışdır. Allantoin isə anti-enflamatuar özəlliyə sahibdir. Allontoin günəş yanıqlarını azaldır və dərinin yaxşı qalmasına kömək edir.

Evdə düyü suyu təmizləyicisi hazırlamaq üçün:
1.Təmiz bir kasanın içərisinə bişməmiş düyüləri qoyun və su əlavə edin.
2.Suyu barmaqlarınızla qarışdırın.
3.Su yavaşca həlim bir hal alacaqdır. Kasadakı suyu başqa təmiz bir kasaya boşaldın.
4.Əldə etdiyiniz düyü suyunu üzünüzə bir neçə dəfə vuraraq yuyun. Daha aydın nəticələr üçün üzünüzü dəsmal ilə qurulamaq yerinə öz-özünə qurumasını gözləyin.

Müəllif: Səbinə
Davamı →

Lavanda maskası

Qırışlardan və sızanaqlardan xilas olmağın ən təbii yolunu öyrənmək istəyirsiniz? Türkiyənin tanınmış mütəəxssisi Ender Saraç, evdə rahat hazırlanan lavanda maskasının tərkibi deyib. 

Ərzaqlar: lavanda
1 stəkan portağaı suyu 
1 stəkan lavanda gülü 
2 dilim qabıqsız xiyar 
1 yumurta sarısı 
Qarğıdalı unu 
Təmiz bal 

Hazırlanması: 
Lavanda çiçəklərini və portağal suyunu bir qabda qarışdırın. Yaxşıca əzilmiş və qabığı soyulmuş xiyarı da onun üzərinə əlavə edin. Digər ərzaqları da üzərinə əlavə edin və macun halına gələnə qədər qarışdırın. Soyuducuda 3 saat gözləyin. 
Ardı →

Qara nöqtələr üçün maskalar

Üzdəki qara nöqlərdən sıxmaqla qurtulmaq çox böyük bir səhvdir. İlk növbədə kosmetoloq tərəfindən qara nöqtələrin mütləq təmizlənməsi lazımdır.
Qara nöqtələr daha sonra üzdə meydana gələcək sızanaqlarının xəbərçisidir. Yəni qara nöqtə yoxdursa, sızanaq da yoxdur.

Qara nöqtələri dırnaq ilə sıxmaq qətiyyən olmaz. Dərilərində qara nöqtələr olanlar, üzlərini on dəqiqə dəsmal altında buxar duşu etsələr faydalı olar.
Həmçinin qara nöqtələrdən qurtulumaq üçün sizə bir neçə maska resepti təqdim edirik.
Ardı →

Saç problemləri

Bayırda olarkən saçlarıma pis qoxular hopur
İşləyən qadınlar belə bir problemlə qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində saçlara bu qoxunun hopmaması qeyri-mümkündü. Ancaq bu qoxunu yox etmək mümkündür. Saçınızı bir az isladın, sonra güclü bir şəkildə darayın. Saçınızı yaxşıca havalandırdıqdan sonra bir az ətir vurun.

Saçlarım çox uzundur və heç bir şəklə girmir
Uzun saçlara forma vermək çətindir. Bir az daha həcmli və dalğalı görünməsini istəyirsinizsə saçlarınızı yuyub nəmini aldıqdan sonra bolluca muz vurun. Ardından qalın bigudilərlə saçınızı sarıyın.Yarım saat gözlətdikdən sonra bigudiləri açın və barmaqlarınızla düzəldin.
Ardı →

Çay gözəlləşdirir

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.
 
Çində çay 4 il əvvəl də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı  təsirlərə malik olduğunu deyirlər.
Çayda olan vitaminlər və yod insana uzun müddətli yaşama özəlliyi qazandırır. Çaydakı tein qan damarlarını genişləndirib, dövranı möhkəmləndirir, orqanizmin enerjisini qoruyur. Hətta çay ürək və mədəni gücləndirir, kollestrol  səviyyəsinin yüksəlməsinin qarşısını alır.
 
Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır? Bunun üçün aşağıdakıları diqqətlə oxumağınız daha msələhətlidir.
 
Ardı →

İncəbel olmaq üçün


İncə bel hər bir qadının xəyalıdır. Sahib olmaq isə imkansz deyil...

İncə belə sahib olmaq üçün sadəcə sağlam qidalanmaq lazımdır. Yeməkdən əvvəl bir stəkan su içməyi vərdiş halına gətirin. Suyun verdiyi toxluq hissi sayəsində porsiyonlarınızda azalma meydana gələcək. 
Ardı →

Gözlərdən makiyajın silinmə qaydası


Gözlərdən makiyajı silmək bildiyimiz qədər də sadə və asan iş deyil. Kosmetikanı tez və dəriyə ziyan vermədən silmək üçün bu məsləhətləri yadda saxlayın.
Siz əgər bir və ya ikifazalı vasitələr arasında seçim edə bilmirsinizsə, onda bizim məsləhətdən yararlanın.

İkifazalı vasitələr makiyajı daha tez və effektiv təmizləyir. Amma onlar kirpiklərdə yağlı təbəqə saxlayır və gözləriniz çox həssasdırsa, hətta allergik reaksiya yarada bilər. 
Ardı →

Qırış əlehinə ən ideal üsullar

Düz  yatın 
Amerikanın Dermatoloji Akademiyası gecələr necə yatmağın dəriyə də təsir etdiyi açıqlayıb. Gecələr yatma formanızdan asılı olaraq üzünüzdə cizgilər yarana və səhər yuxudan qalxdıqdan sonra qırış yarana bilər. Yan yatmaq çənə və yanaqdakı qırışları artırır, üzüstə yatmaq isə üzdə qırış yaradır.  Qırışların yaranmaması üçün alimlər düz yatmağı məsləhət görür. 

Daha çox balıq, xüsusən də somon balığı yeyin 
Somon (və digər balıqlar) balığının tərkibində protein boldur. Dərinin sağlam və sıx qalmasını təmin etməklə yanaşı, Omega-3 kimi tanınan yağ turşuları ilə zəngindir. Mütəxəsisslər lazım olan yağ  turşularının dərini qidalandırdığını, dolğun və gənc göstəridiyini deyib. Qırışları da azaldır. 

Gözlərinizi yığmayın və eynək alın 
Gözlər yığaraq nəsə oxuyarkən üz əzələləri daha çox işləyir və dərinin altında boşluqlar əmələ gəlir. Gözləriniz zəif görürsə, mütləq eynək alın. Beləcə gözlərinizin ətrafı günəşdən və digər mənfi təsirlərdən qorunmuş olacaq. 

Alfa hidroksi turşularından bol istifadə edin
Təbii meyvə turşuları dərinin üstündəki ölü hüceyrə təbəqəsini qaldırır, göz ətrafındakı incə cizgi və qırışları azaldır. 

Ardı →

Doğru saç rənginizi seçin


Hansı dəriyə hansı saç yaraşır?

Saçınızı boyamadan öncə dərinizə hansı rəngin yaraşdığını bilmək vacibdir.

Açıq dəri: Üzünüzdə,  yanaqlarınızda qırmızılıq varsa, saç rənginizlə dərini tarazlaşdırmaq lazımdır. Kül rəngi və o tonlarda olan bütün soyuq rəngləri seçə bilərsiniz. 

Buğdayı dəri: Buğdayı rənginin alt tonları yaşıldır.Qızılı rəngin bütün isti tonları belə dərilər üçün ideal seçimdir.

Tünd dəri: Əsmər rənglərin alt tonları boz rəngləridir. Tünd dərili xanımlar da qızılı rənginin bütün çalarlarından istifadə etsələr yaxşı olar. Qumral xanımların saçlarını tünd rəngə boyaması məsləhətdir. Ala, mavi və yaşıl gözlü xanımlar saç rəngini istədikləri rəngə boyaya bilərlər.

Dərinizin rəngidən əmin deyilsinizmi? O zaman təbii bir ton seçin. Soyuq və qabarıq rənglər əvəzinə, təbii tonlara üstünlük verin.
Davamı →

Makiyaj çantasında nələr olmalıdır?

Makiyaj xanımların heç bir zaman vaz keçə bilmədiyi bir “ehtiras”dır. Bəli, imtina edilməz, amma yalnız makiyaj etmək yaxud da keyfiyyətli makiyaj məhsulları almaqla işi bitmiş hesab etmək olmaz. Vacib olan makiyaj vasitələrini düzgün istifadə etmək, dəri rənginə uyğun makiyaj edib, öz dəri rənginizə yaraşan məhsulları alıb əldə etməkdir. Bunların hamısının bir yerdə olması lazım olan makiyaj çantası da gərəkdir.

Dırnaq boyası - hərəkətli anınızda hər an pozula biləcək dırnaq uclarının yenidən bərpa etmək üçün dırnaqlar üçün nəzərdə tutulmuş dırnaq boyaları işinizə çox yarayar.

Maqqaş - yaddan çıxmış tükləri tez bir zamanda aradan qaldırmaq üçün çox vacibdir.
Ardı →