Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Qaşlara və kirpiklərə qulluq edilməsi

Saçlara olduğu kimi, qaş və kirpiklərə də daimi qulluq edilməsi tələb olunur. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir. Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumurta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.

Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz – bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə səbəb olur! Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.


Ardı →

Həmişə gözəl görünün!

İlin mövsümündən, məkandan asılı olmayaraq, gözəl və təravətli görünmək kimin xoşuna gəlməz ki? Bu çoxmu çətindir? Əlbəttə, bəziləri bunu maddi təminatla, bəziləri isə kosmetik salonlara getmək üçün vaxtın çatışmazlığı ilə də bağlaya bilərlər. Əslində kosmetologiya bir elm kimi o qədər də qədim deyil, lakin gözəl qadınlar həmişə olub və ətrafdakıları öz gözəlliyi, təravəti ilə cəlb ediblər. Deməli, təravətli və cazibədar görünməyin yolu yalnız kosmetik salonlardan başlamır. Xoş əhval-ruhiyyə, iş və istirahətin düzgün təşkili, emosional sabitlik və əlbəttə ki, qadın gözəlliyinin təminatçısı olan sevgi.


Ardı →

Ləkələrlə mübarizə üsulları

Dəri ləkələri ilə mübarizə aparmazdan əvvəl onun yaranma səbəblərini öyrənməlisiniz. Dəri ləkələrininin səbəbi günəş işıqlarına çox məruz qaldığı və keyfiyyətsiz kosmetik məhsullardan istifadə zamanı baş verir. Güzgüdə dərinin necə yaşlandığına baxıb ağlamaq və üzünüzdə xoşagəlməz ləkələr görmək istəmirsinizsə, aşağıdakı qaydalara əməl edin.

Dəri qadınların və kişilərin ən dəyərli və həssas geyimidir. Günəş şüalarına məruz qaldığı və ucuz kosmetik məhsullar dərinin yaşlamasını sürətləndirir.

Günəş şüalarının mənfi zərərləri: Günəş qoruma kremləri çəkilmədiyi ya da dəriyə qulluq edilmədiyi zaman dəriyə ləkələr düşür. Bunun qarşısını almaq üçün xüsusən də yaz ayları girdiyi zaman dərini günəşdən qoruyan yüksək keyfiyyətli kremlər çəkmək mütləqdir.

Gözəlliyinizə gözəlik qatan kosmetik vasitlərdən yararlanan zaman keyfiyyətinə, saxlama müddətinə və tərkibinə fikir verir. Əks halda, dəriyə təsir edərək məsamələri doldurur və ləkə yaranır. Xüsusən də tonal krem və kirşan çəkərkən diqqətli olun.
Ardı →

Ayaqlara qulluq

ayaqlara qulluqBuynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.

Ayaqlara kompleks qulluq edilməsinin ən effektiv və xoşagələn prosedurası — isti vannadır. Təmizləmə prosedurası üçün hər 1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı duş geli qarışdırılır və ayaqlar 15-20 dəqiqə ərzində bu suda qalır. Ayaqlara tonuslandırıcı vanna edilməsi üçün bir ovuc dəniz duzunu 3 litr ilıq suda həll etmək lazımdır. Ayaqlarda şişkinlik və yorğunluq olduqda, ot dəmləmələri ilə olan vannalar (çobanyastığı, kalendula, gicitkən, dazıotu çiçəklərinin hər birindən 2 xörək qaşığı 2 litr su ilə dəmlənir), həmçinin kontrast vannaların (növbə ilə ayaqları 5 dəqiqə isti və 5 dəqiqə soyuq suda saxlamaq) qəbul edilməsi xeyirlidir. Vannadan sonra ayaqlara ayaq üçün xüsusi krem vurmaq lazımdır. Krem ayaqlara yalnız aşağıdan yuxarıya doğru olan hərəkətlərlə vurulur. Həftədə 1 dəfədən az olmayaraq dabanlarda olan artıq dərini xüsusi yonucu (“pilka”) və skrabın köməyi ilə təmizləmək lazımdır.


Ardı →

Məşhurların gözəl saçlarının sirləri

Nikol KidmanQvinet Peltrou və zeytun yağı
Yarım fincan zeytun yağını saç diblərinə və dərisinə masajla yedirir və bir gün saçlarını yumur. Ertəsi gün saçlarını şampunla yuduqda solğun saçları yenidən həyata dönmüş olur. 

Nikol Kidman və qızılgül suyu 
Avstraliyalı məşhur aktrisa qızılı saçlarının rəngini qızılgül suyunda olan təbii qırmızı piqmentlərlə qoruyurmuş. 

İnes de la Fressange
Bir şüşə suyun içinə 3 xörək qaşığı sirkə qatın və şampunlayıb duruladığınız saçınıza çəkin. Bu da sizə parlaq saçlar!

Naomi Lenor
Qıvrım saçlarına zeytun yağı və yumurta sarısıyla bir maska edib, bütün gecə saçlarında saxlayır. O saçlarının yumşaqlığını da buna bağlayır.

Sindi Krouford
Təyyarə səyahətlərindən əvvəl saç baxım kremi çəkib, yumadığı saçlarla səfər edən Krouford bu üsulun saçlarının daha yumşaq etdiyini deyir. 
Ardı →

Dodaqlara qulluq

Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur. Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir.

Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. 
Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır).

Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.


Ardı →

Manikür

manikurlu dırnaqlarManikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.

— Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.

— Təbii dırnaqlar üçün sərt metal dırnaq “pilkalardan” istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq “pilkalardan” istifadə etməyi məsləhət görürlər.

— Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.

— Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.

Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.

Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq “baza lakı” vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.

Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.


Ardı →

Uzun saçlar

uzun saclarUzun, baxımlı və sağlam saçlar qadınların gözəllik simvoludur. Kişilər də qadınlarda məhz uzun saç modelini daha çox sevir. Yaxşı, kişilərin qadınlarda  çox bəyəndiyi bu saç modeli ən çox hansı üz qruluşuna yaraşır?

Dişiliyin və qadınlığın gücünü təmsil edən uzun saçlar hər zaman klassik və seçilən bir model olaraq qalır. Qısa saçların müasir və çılğın görünüşünü inkan etmək olmaz.  Lakin istədiyimizdə açıq buraxa bildiyimiz, atquyruğu və ya toppuz halına gətirə bildiyimiz uzun saçlar daha üstün hesab olunur.

Saçınızı uzatmağa qərar verməzdən əvvəl bəzi şeyləri bilməlisiniz.

Həyat tərzin necədir?
Sıx iş qrafiki olan qadını və ya hər zaman məşğul  ana uzun saçı bir nemət olaraq qiymətləndirə bilər. Siz, uzun saçları atquyruğu edərək çox rahat istifadə edə bilərsiniz. Lakin uzun saçın baxımı çətindir ( yuyunması, qurudulması, şəklə soxulması zaman alır) və buna zamanınız yoxdursa, kəsdirməyiniz məsləhətdir. Çünki onları baxımsız qoyub pis hala gətirə biləsiniz.

Saç tipiniz nədir?
Buruq və ya dalğalı saçlara sahib olanların saçlarını uzatması daha məqsədə uyğundur.  Çünki onsuz da bu saç tipinin həcmli olması səbəbiylə qısa modellər çox uyğun deyil. Uzun və düz saçların isə baxımlı olması şərtdir!
Ardı →

Saçınıza uyğun daraq seçin

Saçınız yaş, quru halda olarkən və fen çəkərkən hər birində ayrı saç fırçalarından istifadə etmək lazımdır. 

Keçmişdə səliqəli görünmək mütləq idi, ona görə də “saçınızı gündə 100 dəfə darayın” deyə belə bir şüar var idi. Lakin günümüzdə saç tökülməsi problemi ilə qarşılaşan o qədər xanım var ki, onlar saçını belə daramaqdan çəkinir.

Satışda çeşidli saç fırçaları var. Qadınların çoxu hansı formada və hansı materialdan olan fırçanın onlar üçün faydalı olduğunu bilmir. Doğru saç fırçanızı seçmək istəyirsinizsə, o zaman məsləhətlərimizi diqqətlə oxuyun. 

New Yorklu saç ustası Matthew Monzo, saç fırçalarının hansının saç tipinizə uyğun olmasını açıqlayıb. 

Halqalı və həcmli saçlar yaratmaq istəyirsinizsə, dairəvi formada olan fırçalardan istifadə edin. 
Ardı →

Əlvida çillər

Barbunya çilləri yox edir! 
Yaz aylarında çillər daha da çoxalır. Bu isə qadınlarda xoşagəlməz hisslər yaradır. Bəzi qadınlara yaraşsa və gözəl görünsə də, çoxu çilləri sevmir və bunu yox etmək üçün müxtəlif üsullara əl atırlar. Siz də çillərdən əziyyət çəkir və çirkin görüntü yaratdığını düşnürsünüzsə, yazını diqqətlə oxuyun. 

Üzdəki çillərdən xilas olmaq üçün kosmetik şirkətlər öz məhsullarını nə qədər reklam etsələr də, çillər və ləkələrlə mübarizədə çox zəif nəticə göstərir. Ən çox müraciət edilən üsul isə peelingdir. Onun nəticələri isə məlumdur. Bu, proses erkən yaşlanmaya səbəb olur. Ancaq bu problemini də təbii və bitkilərlə aradan qaldırmaq olar. Çillərin həlli tərəvəzlərdə gizlənib. Barbunya çillər və günəş ləkələrinə böyük təsir edir. 

Hazırlanması:
100 qr ağ barbunyanı gecədən isladın. Səhərisi gün də 1 litr suyun içində qaynadın. Bişdikdən sonra yaxşıca süzün. Əldə etdiyiniz barbunya suyunu 5 gün ərzində çillərə və ləkələrinizə çəkin. Bu məhlulu soyuducuda saxlamaq lazımdır.
Davamı →