Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 654 topik

Doğru geyimlərlə daha uzun görünə bilərsiniz!

uzun görünmək üçünBoyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.sizə köməkçi olacaq üsullar:
— Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən «uzun və zəif» qəbul edilmənizi təmin edər.
— Şalvar və ətəklərinizin beli incə olsun.
— Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.
— Yaxşı tikilmiş, düz paltarları seçin.
— Paltarın üzərinizə oturmasına diqqət yetirin.
— Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.
— Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.

Ardı →

Makiyaj edərkən diqqətli olun!

Özünə qulluq etmək və gözəl görünmək hər qadının arzusudur. Bunun üçün çox vaxt xüsusi qulluq vasitələrindən, makiyajdan istifadə edilir. Ancaq kortəbii istifadə edilən makiyaj müvəqqəti olaraq gözəl görünüş versə də, dərinin sağlamlığına ciddi ziyan vura bilər. Makiyaj vasitələrinin ən böyük əks təsiri allergik reaksiyalar yaratmasıdır. Bəs bunların qarşısını almaq üçün nə etmək lazımdır?

1. Makiyaj vasitələrini istifadə etməmişdən öncə test edin.
Vasitələri alıb istifadə etməmişdən öncə onların test məhsulunu alın. Əgər bir məhsul 72 saat ərzində heç bir allergik reaksiyaya yol açmırsa onun qarşıdakı günlərdə də allergiya yaratmaq riski çox azdır. Bu məsələdə xüsusilə həssas dəriyə malik olanlar diqqətli olmalıdır.


Ardı →

Yağlı dəriyə qulluq

Düzdür, yağlı dərilər sızanaq və qara nöqtə kimi problemlərlə sıx qarşılaşsa da, digər dəri tiplərinə nisbətən daha gec qırışır və yaşlanır. Sızanaq və qara nöqtə, üzün parıldaması kimi problemləri isə təbii qulluq maskaları ilə həll edə bilərsiniz.
Əgər dəriniz yağlıdırsa, gündə iki dəfə bu şəkildə təmizləyin: Bir kasada isti su qoyun. İçinə bir ovuc quru çobanyastığı tökün. Beş dəqiqə gözləyib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladın və üzünüzə kompres edin. Bu əməliyyatı 5 dəqiqə müddətində davam etdirin. Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.
Davamı →

Epilyasiya haqqında

Epilyasiyanın hansı növləri var? Cavab veririk: Hazırda bioepilyasiya, elektroepilyasiya, lazerli epilyasiya mövcudur. Köməkçi metodlar kimi ultrasəs və enzim prosedurlardan da istifadə edilir. Bəs, lazer epilyasiyası nədir və ondan istifadə nə dərəcədə effektivlidir və zərərsizdir? Lazer epilyasiyası sağ soğanağının işıq şüaları vasitəsilə məhv edilməsidir. İstifadə olunan dalğa uzunluğu ultrabənövşəyi şüalara malik deyil. Həmin dalğa uzunluğu işıq spektrinə aiddir və buna görə də, tamamilə zərərsizdir. Əgər lazer epilyasiyası qeyri-professional şəkildə aparılıbsa, o zaman dəridə müəyyən yanıqlar əmələ gələ bilər. Amma nəzərə almaq lazımdır ki, lazer epilyasiyasının effektivliyi tükün qalınlığından da asılıdır.


Ardı →

Anoreksiya

Anoreksiya nədir? Onun haqqında nə bilirik?
Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya həm də psixi pozğunluğun nəticəsi və ölümlə qurtara bilən xəstəlikdir. Xəstəliyin ilkin fəsadları depressiyanın fonunda orqanizimdə gedən dəyişikliklərə başlanır.
anoreksiya, anorexia model,arıqlamaq


Ardı →

Çəhrayı-qırmızı makiyaj

1.Karandaş — Çəhrayı karandaşdan həm dodaqlar, həm də gözlər üçün istifadə etmək olar. Məhz bu çalar payız səhərində yorğun gözlərinizi canlı və ifadəli edəcək.

2.Demək olar ki, çəhrayı dırnaq boyası klassikadır. Nə qədər yeni çalarlar satışa çıxarılsa da, hazırda ən çox istifadə olunan məhz çəhrayı boyadır. Çünki o, hər bir geyim növünə və bir sıra makiyaja gözəl yaraşır.

3.Dodaq parıltısı — Dodaqlarınızın diqqət mərkəzində olmasını istəyirsinizsə, açıq-çəhrayı parıltı vurun. Parıltını adi pomadadan sonra alt dodağınızın ortasına vursanız, dodaqlarınız vizual olaraq həcmli və təravətli görünəcək. Ən dəbli rəng qızılgül çalarıdır.
Ardı →

Kosmetoloji məsləhətlər

Problemsiz dəri
Məhsullar: Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.
Məhsullar: Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.
Davamı →

Hamıdan gözəl olmaq

Vəhşi cazibənizi ortaya qoymağa hazırsınızmı? Bunun üçün mütləq biriylə eşqbazlıq etmək lazım deyil. Yalnız görünüşünüzü fərqliləşdirərək fərqində olmadığınız istiqamətlərinizi ortaya çıxara bilərsiniz.


1.Ətirlərinizi bir-birinə qarışdırın. Bir neçə fərqli qoxuya sahibsinizsə, çiçəkli aromalarla limon dilimlərini bir-birinə qarışdıraraq yeni bir ətir əldə edə bilərsiniz. Bu qoxunu səhərlər yalnız bir dəfə tətbiq edin. Gün ərzində bədən istiliniyini yüksəlməsiylə ətir yaxşıca özünü göstərəcək. Bu qarışığı qulaq arxası və ya şah damarı kimi nəbz nöqtələrində gəzdirməyə laqeyd yanaşmayın.


Ardı →

Dırnaq boyaları

Gözəl deyiblər: ”İşgüzar insan olub, əl dırnaqların gözəlliyi haqqında düşünməlisən.”
Əl dırnaqlarının boyanma tarixi 1800-cü ildən başlanıb. O vaxtlar dırnaqları qırmızı ətir yağla boyayıb və dəri ilə sürtüb parıldadırdılar.
1900-cü ildə isə xanımlar dırnaqlarını balaca qayçılarla tutmağa başlayıb, müxtəlif kosmetik alətlərlə sürtüb təmizləyərdilər. Dəvə tükündən hazırlanmış fırça ilə dırnaqları boyayardılar. Amma bu lak prototipı uzunmüddətli olmurdu və bir gündən sonra silinirdi.
Ardı →