Anoreksiya

Anoreksiya nədir? Onun haqqında nə bilirik?
Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya həm də psixi pozğunluğun nəticəsi və ölümlə qurtara bilən xəstəlikdir. Xəstəliyin ilkin fəsadları depressiyanın fonunda orqanizimdə gedən dəyişikliklərə başlanır.
anoreksiya, anorexia model,arıqlamaq

Xanımlar gözəl görünmək üçün illərlə müxtəlif üsüllardan istifadə ediblər. 60-cı illərdə belə bir dəb xəstəliyi var idi: anoreksiya. Bu tam və ya qismən qida qəbul etməkdən imtina etmək demək idi.
Bu da podiuma çıxan modelyerlərin həddindən artıq arıqlamasına gətirib çıxarırdı. Belə bir anda podiuma Tviqqi adlı bir model çıxdı. Onun ləqəbi “quru budaq”, başqa mənada “yun çubuğu” idi. Daha sonra Odri Hepbern onun yerini tutdu. Onun da iki uşaqdan sonra çəkisi cəmi 45 kiloqram idi.
Bu arıqlama dəbi birdən-birə gənclər arasında dəbə mindi. Televiziya və mətbuatda bu dəbin müxtəlif yollarını, reseptlərini nümayiş etməklə məşğul idi. Bu özü də spesifik bir dəb xəstəliyi idi. Məsələn ən tanınmış modelyerlərin kəşf etdiyi dar düz uzunsov yubkalar hər modelin əyninə olmurdu. Bunun üçün model hökmən arıqlamalı və artıq ətdən xilas olmalı idi. Bəlkə elə buna görə deyiblər ki, gözəllik qurban tələb edir. Dəb də gözəlliyin əsas qollarından biridir.

Bu devizə riayət edən məşhurlardan biri “Spice Girls” qrupun solisti Viktoriya Bekhemi misal göstərmək olar. Üç uşaq anası Bekhemi anoreksiyanın ikonası adlandırırlar.Onun çəkisi 45 kiloqram, boyu 165 sm.
Bu sıraya daha sonra Keyt Moss ( çəkisi 48 kq., boyu 169), Lindsi Lohan (çəkisi 50 kq., boyu 170 sm.), Keyt Bosuort ( çəkisi 48 kq., boyu 165 sm), Nikol Riççini (çəkisi 42 kq., boyu 157 sm.) əlavə etmək olar.
Bütün bunlar onu göstərir ki, adını çəkdiyimiz anoreksiya fiziki xəstəlik yox, dəb xəstəliyidir. Dəb xəstəliyi isə uzun müddət podiuma sədaqətlə qulluq edib

anoreksiya, anorexia model,arıq model

2006-cı ildə 21 yaşlı braziliyalı model Anna Karolina Restonun ölümü bütün dünyanı sarsıtdı. Super model dünyasını dəyişərkən boyu 1m.72 sm, çəkisi isə 40 kq olub.
Ardınca isə 2006-cı ildə 22 yaşlı Luisel Ramos Montevidioda keçirilən moda həftəsində ürək tutmasından elə podiumdaca dünyasını dəyişir.

Bu faciələr gözəllik standartlarını diqqtə etməkdə olan moda dünyasında son olmadı. Argentinanın ən bahalı model agentliyində çalışan 18 yaşlı Elianna Ramos öz yataq otağında ölü tapıldı. Gənc qızın günlərlə alma və pomidorla qidalandığı məlum oldu.
Versaçi imperiyasının 4-cü varisi –Allerqu Versaçe də bu gün anoreksiya ilə həyat mücadiləsindədir. 20 yaşlı qızın çəkisi 32 kq-dır.
Donatella Versaçe isə qızını həyata bağlaya bilmək üçün çabalayır.

Versaçi, Prado, Aramani artıq moda nümaişlərində həddindən artıq arıq modellərin podiuma çıxmasına qadağa qoyub.
İtaliya Moda Assosasiyası isə 16 yaşına çatmayan modellərdən podiuma çıxmazdan əvvəl sağlamlıq haqqında arayış tələb edir.
Lakin bütün bunlar anoreksiyanın qarşısını almır. Dünaya əhalisinin 20% -i hələ də anoreksiyadan əziyyət çəkir.
Siz bu barədə nə düşünürsünüz? Gözəllik naminə ölümə doğru addım atmağa dəyər?

Anoreksiyaya düçar olan insanlar əsasən bir prinsiplə yaşayırlar. Çəkini minimuma endirmək- yəni çəki nə qədər az olsa belə yuxunu bilərəkdən pozmaq,cəmiyyətdən təcrid olmaq və hər an kökəlmək qorxusunu hiss etmək. Bu zaman fiziki yorğunluğun artması, qan damar sisteminin normal işini pisləşdirir.

Nevrotik Anoreksiya (Anorexia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanimların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır.

anoreksiya xəstəsiBu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən 8-15% təşkil edir.

Xəstəliyə tutulmuş insanların 50% asanlıqla müalicəyə tabe olur. Amma bir çox hallarda bədəndə müalicəyə qarşı ciddi rezistentlik yaranır.

Gedişi

Nevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin pozğunluğuna, daxili orqanların və sistemlərin patoloji dəyişikliklərinə gətirib çıxarır. Neyroendokrin pozğunluqlar xüsusi qeyd olunmalıdır. Bu hallarda cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, menustrial tsiklin dayanması (amenoreya), estrogenlərin azalması, antidiuretik hormonların azalması, hipotermiya baş verir. Xəstəliyə tutulmuş oğlanlarda isə hipogonadism əmələ gələ bilir ki, bu da cinsi yetkinliyi gecikdirir. Nevrotik anoreksiyalı gənc xanimları spesifik xarakterləri də qeyd edilir. Onlar kamilliyə mayilli olurlar, akademik uğurlar qazanırlar, əks cinsə az maraq göstərirlər, aclığa qarşı dözümləri ilə öyünürlər. Bununla yanaşı, nevrotik anoreksiyalı xanımlarda inkişaf qüsurları, özünəqapanma, aşırı həssalıq olur.

Əlamətləri:

Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir.

- İfrat arıqlama
- Zərif xarici görünüş
- Zəiflik və yorğunluq hissi
- Arabir başgicəllənmə
- Saçların zəif, sınan olması və tökülməsi
- Qəbzlik
- Menustrasiyanın olmaması
- Kövrək dırnaqlar
- Bədən dərisinin yumşaq tüklə örtülməsi
- Dərinin quru olması
- Soyuğa dözümsüzlük
- Qeyi-requlyar ürək döyüntüləri
- Qanın ümumi analizində anormallıq
- Arterial təzyiqin aşağı olması
- Dehidratasiya
- Osteoparoz

Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur:

- Yeməkdə imtina
- Aclığın inkar edilməsi
- İfrat bədən tərbiyəsi
- Əhval ruhiyyənin aşağı olması
- Emosiyanın olmaması
- Fikrin dağınıqlığı
- Qida məsələlərinə ifrat diqqətcillik

anoreksiya xəstələri,arıq-tırıq
Ağırlaşmaları

Nevrotik anoreksiya bir çox orqan və sistemlərdə ciddi pozğunluqlar yaradırlar. Bunları aşağıdakı kimi təsnif etmək olar və bu barədə həkiminizlə məsləhətləşin: Ürək-damar fəsadları:

- Ürəyin mirtal qapağının prolapsı
- Qulaqcıq disritmiyaları
- Bradikardiya
- Ortostatik hipotenziya
- Ürək çatışmazlığı

Böyrək fəsadları:

- Qlomerulyar Filtrasiyanın azalması
- Ödem
- Asidoz
- Hipokalemiya
- Hipoxloremiya
- Hiperaldesteronizm

Mədə-bağırsaq fəsadları:

- Qəbzlik
- Mədə boşalmasının gecikməsi
- Mədənin genişlənməsi və cırılması
- Ezofagit
- Melory-Weiss sindromu
- Süni qusma yaradan xəstələrdə diş, damaq problemləri yaranır.

Həkimə nə zaman müraciət etməli?

Əgər özünüzdə və ya sizə yaxın olan bir insanda yuxarıda sadalanan əlamətləri hiss edirsinizə həkimə müraciət məqsədəuyğundur. Xüsusilə də aşağıdakı hallarda “həyacan təbili” çalmaq vacibdir:

- Yeməkdən qaçma
- Yalnız bəzi “sağlam” hesab edilən qidanı yemək
- Çeynədikdən sonra yeməyi atmaq
- Yeməkdən əvvəl yeməyi çəkmək
- Tez-tez öz çəkisini yoxlamaq
- Güzgüdə öz bədən quruluşuna tez-tez baxmaq
- Kök olması barədə çox şikayətlənməsi

Xəstəliyin inkişaf səviyyəsindən aslı olaraq xəstəyə bir neçə müalicə üsulu təklif edilə bilər. Əgər xəstəlik çox ağırdırsa xəstəyə xəstəxana şəraitində intensiv terapiya bölməsində müalicə aparılmalıdır. Bu hallarda dərin dehidratasiya, elektrolit balansının pozulması və ya psixatrik problelər aid edilə bilər.

Nevrotik anoreksiyaların müalicəsində adətən bir neçə sahədə mütəxəssislər, məsələn, psixoterapevt, dietoloq, terapevt və ya reanimatoloq cəlb edilə bilər.

Yüngül hallarda həkimin məsləhəti ilə lazim olan tədbirlər ev şəraitində edilir və zaman-zaman kontrol müayinədən keçmək vacibdir. Psixoterapiyada ailə və dostların yaxından iştirak etməsi məqsədəuyğundur. Anoreksiyanın müalicəsində hər hansı spesifik bir dərman maddəsi yoxdur. Əlamətlərdən aslı olaraq müalicə zamanı fərqli dərmanlar istifadə edilə bilər.

Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri xəstənin özünün buna ehtiyacın olmamasına inanmasıdır. Öz vəziyyətlərini onlar xəstəlik kimi qiymətləndirmirlər və bunun fərqli bir yaşayış üslubu olmasına inanırlar. Bəzən anoreksiya insanların həyatı boyu mübarizə apardıqları bir xəstəlik olur. Bəzən xəstəliyin dinamikasında enişlər və yenidən qalxışlar qeyd olunur. Məsələn, hamiləlik öncəsi qidalanma normallaşa və həmiləlikdən sonra yenidən pisləşə bilər.

Qəribədir ki, eyni yumurtadan olan əkizlərin hər ikisində oxşar problemlərin olmasını, amma fərqli yumurtadan olan ekizlərin isə birində anoreksiya varsa digərində olmaya bilir. Odur ki, bir çox alimlər nevrotik anoreksiyası olan insanlarda buna genetik meyilliliyin olması iddiasını irəli sürürlər.

Anoreksiya xəstəliyi daha çox məşhurların arasında yayılıb.Bir çox moda jurnallarını və ya televiziya kanallarını izlərkən biz bunların şahidi oluruq.

Həmçinin bax:Gözəllik kriteriyası

 

9 şərh

ilham
Axmaqlıq.Başqa soz demək olmurşAfriakda acından ölürlər.Bunlar isə halal yeməkləri yemirlər.
Yucin
Bu mövzunun baş şekili ne murdar şekildi saytı açan kimi adamın gözüne girir.
bahar
Bu ruhi xəstəlikdi. Görəsən, kökəlmək istəyənlərin xəstəliyi necə adlanır. Ümumiyyətlə belə xəstəlik var
kastanka
Kökəlmək istəyənlərin xəstəliyi olmasa da bulemiya adlı bir xəstəlik var.Bu xestelik daha şox beyində toxluq mərkəzlərinin zədələnməsi və ya orada baş verən pozğunluqla əlaqədardır ki, bu da insanda doyma hissinin itməsinə səbəb olur.Yəni insan həddən şox yesə də toxluq hiss etmir və yeməyə davam edir.

Mövzuya gəlincə isə demək istərdim ki, şox aktual bir problemdir.Mən fikir verirəm ki, bizim azəri qızlarında da arıqlama yaman dəbə düşüb.Əlbəttə qız  xeylağının incə-mincə olması yaxşıdır amma əgər arıqlaya bilmirsinizsə bunu özünüzə dərd etməyin.Həyatdan zövq almağa  çalışın.Dünyanın gözəl nemətlərindən imtina etməyin.Bu Allaha xoş getməz.
burla xatun
Demə demə.İndi hamı arıqlayır. Deyuirlər amerikanların hamısı deyir ki mən necəyəm məni də elə qəbuledin. Yəni kökəmsə məni kök qəbul edin.Daha durub sizin arıqlamayacam ki?
Təşəkkür maraqlı şərhinə görə.
təpəgöz
bir dəridir bir sümük
bahar
Hörmətli kastanka şərhə görə çox sağol. Mən belə bir xəstəlik haqqında bilmirdim.
Əliyev
28 yaşlı İzabel Karo 13 yaşından gözəlliyini qorumaq məqsədilə pəhriz saxlayıb. Ancaq onun bu pəhrizi ona baha başa gəldi. Getdikcə qida çatışmamazlığına görə anoreksiya xəstəliyinə tutulan İzabel sonda həyatını itirmək məcburiyyətində qalıb.