Рейтинг
+10.45

Stomatologiya

21 üzv, 70 topik

Estetik gülüşün dizayn edilməsi

Günümüzdə texnologiyanın inkişafı bunu deməyə əsas verir ki, lazımi tədbirlərdən əlavə estetik tibb sayəsində insan gözəlliyində sağlam və utandırmayacaq gülüşə sahib olmaq mümkündür.                                                                     
 
                         

Üzümüzə hansı gülüşün yaraşdığına qərar vermək, müəyyən olunan müddət ərzində prosedur qaydalara riayət etməyi şərtləndirir. Tibb aləmində bu gülüş layihələndirilməsi  və ya dizaynı kimi başa düşülür. Müraciət edən şəxslərdən müxtəlif informasiyalar toplanılır. Müayinə zamanı toplanan həmin vəsaitlər hesabına müraciət edən şəxslərə  sağlam və yaraşıqlı gülüşə sahib olmaq üçün lazimi məsləhətlər verilir, diaqnoz qoyulur və işlər görülür.


Ardı →

Dişlərin həssaslığının artması

Bir çox insanlar bu problemlə vaxtaşırı olaraq üzləşir.
İsti, soyuq, şirin, turş qidalar və içkilər dişlərdə ağrıya səbəb olur. Ağrı hətta dişlərin təmizlənməsi zamanı və çöldə soyuq hava udduqda inkişaf edə bilər. Bu hal «hiperesteziya» adlandırılır. Problemlə həm böyüklər, həm də uşaqlar (xüsusilə yeniyetmələr — onların orqanizmlərində gedən güclü dəyişikliklərə görə) üzləşir.

İltihab zamanı olan ağrı ilə müqayisədə hiperesteziya zamanı olan ağrı yalnız qıcıqlandırıcı (qida, maye və s.) dişin üzərinə düşdükdə əmələ gəlir və tez də keçir. Dişin iltihabı zamanı isə ağrı daha uzun çəkir.

Hiperesteziya müstəqil pozulma kimi inkişaf edə bilər və ya digər xəstəliklərin əlaməti kimi meydana çıxa bilər (parodontit, parodontoz, endokrin pozulmalar və s.).
Ardı →

Diş ağrıları zamani ev şəraitində edəcəyiniz əlaclar

Diş ağrısı zamanı edəcəyimiz ilk iş diş həkiminə getmək olmalıdır, lakin bəzən bu ağrılar ele bir şəraitdə və elə bir zamanda baş verir ki, həkimə müraciət etmək mümkün olmur. Bu vaxt isə əlac bildiyimiz üsullardan istifadə etmək lazımdır. Təəssüf ki, çoxlarımız bu əlaclardan düzgün qaydada istifadə etmirik.

Diş ağrıları zamanı həkimə müraciət edənədək bu ağrıların qarşısını necə ala bilərik?

* Allergiyaya yol açmadığına əmin olduqdan sonra tox qarnına ağrı kəsici istifadə etmək. Qeyd edək ki, bu zaman ağrılar 10-30 dəqiqə sonra kəsəcək.
Qeyd: Ağrıkəsiciləri heç bir zaman ağrıyan dişin üzərinə qoymayın onu yalnız su ilə içərək qəbul edin.


Ardı →

Qazlı içkilər dişlərə necə təsir edir?

Bildiyimizə görə insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz buna görə suya olan tələbatını ödəmək üçün, insan gün ərzində çoxlu miqdarda su içməlidir.

Lakin içdiyimiz bəzi digər içkilər orqanizmə adi suyun təsir etdiyi kimi müsbət təsir göstərmir. İstifadə etdiyimiz bir çox içkilər: çay, qəhvə, qazlı sular, limonadlar və s. bir çox hallarda orqanizm və ən əsası ilk olaraq kontaktda olduğu dişlərə mənfi təsir göstərə bilir. Son zamanlar qazlı içkilərin dişlərə nə qədər ziyanlı olduğu haqda bir çox məlumatlar yayıldığından, bu məqalədə sizə bunun səbəbi və nə qədər düzgün fakt olduğunu bildirmək istəyirik:

Beləlilkə hər bir şirin qazlı içki, tərkibində şəkər və ya şəkər əvəzedicisi olan turşa şirin əsasa və tuşuya malikdir. Həm şəkər həm də turşu(xüsusən də limon turşusu) diş emalını parçalayaraq, kariesin yaranmasına səbəb yaradaraq dişlərə eyni dərəcədə çox pis təsir göstərir.
Ardı →

Dişlərə ziyan verən vərdişlər

Şirin saqqız — Bütün şəkərli qidalar, xüsusilə də daha uzun müddət çeynəndiyi üçün şirin saqqızlar dişlərin çürüməsinə səbəb olur.

Butulka qapağı açmaq — Dişlərinizlə şüşə qabların qapaqlarını açmayın. Bu yanlış vərdiş dişlərinizdə çatlar yarada bilər.

Energetik içkilər və meyvə suları — Energetik içkilər və meyvə sularının tərkibindəki şəkər və xeyli miqdarda vitamin diş minasına ziyandır. Buna görə də sıxılmış təzə meyvə suyu içmək daha məqsədəuyğundur.

Qələm çeynəmək - İş stressindən, ya da gərginlikdən qələmin başlarını çeynəmək dişlərə ciddi zərər verir.

Qəhvə və siqaret — Qəhvə içmək və siqaret çəkmək tədricən dişlərin rəngini dəyişməsinə və saralmasına səbəb olur. Siqaret kimi digər tütün məmulatları da dişlərinizdə ləkələnmə və diş əti xəstəliklərinin yaranmasına gətirib çıxarır. Tütündən istifadə, eyni zamanda, ağız xərçənginə yol aça bilər.

Tum çırtlamaq - Tum çırtlayarkən tumların qabıqları dişarası boşluqlara girərək diş və diş ətinə ziyan verə bilər.

Dişləri qıcamaq - Dişləri qıcamaq zamanla dişlərə ziyan verəcək ağrılara səbəb olur.
Davamı →

Qədimlərə söykənən Stomatologiya

Tarixi məlumatlara əsasən, rəsmi olaraq stomatologiyanın tarixi 1700-cü ildən başlayır.

  Əslində isə xəstə dişlər lap qədim dövrlərdə də müxtəlif üsullarla müalicə edilirmiş. Belə ki, qədim yunan papirusları üzərində xəstə dişlərin müalicəsi haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim Romada xəstə dişlərin müalicəsi zamanı xüsusi burğulardan, deşici alətlərdən istifadə edilirmiş.

  Misirdə aparılan arxeloji qazıntılar zamanı eramızdan əvvələ məxsus olan alt çənə dişləri tapılmışdır. Bu dişlər bir-birinə qızıldan duzəldilmiş tağlarla bərkidilmiş halda idi. Bu da onu göstərir ki, hələ eramızdan əvvəllərdə də insanlar dişlərin müalicəsi, dəyişdirilməsi, əvəz edilməsi ilə çox ciddi məşğul olmuşdur.


Ardı →

Farfor vinirlər

Müasir dövrdə dişlərin xarici görünüşünü yaxşılaşdırmaq üçün bir çox üsullardan istifadə olunur.

Bu üsullardan biri də farfor vinirlərdir, hansı ki nazik farfor lövhəciklərinin dişə bərkidilməsi deməkdir. Bu üsul dişlərin kosmetik olaraq xarici görünüşünü yaxşılaşdırmaq məqsədi ilə dişlərin üz səthinə bərkidilərək həyata keçirilir.

Bu gün məhz farfordan hazırlanan bu vinirlər stomatologiyada son nəaliyyət sayılır. Lövhəciyin bərkidilməsi stomotologiyada artıq uzun zamandır istifadı olunan xüsusi materaillarla həyata keçirilir. Məhz bu materialların xüsusiyyətləri lövhəciyə möhkəmlik verərək onu uzun müddətli  istifadəsinə imkan yaradır.

Bilidyimizə görə dişlərin emal qatı vardır və o qat möhkəm və ən əsası şəffafdır. Bu şəffalıq işığın dişin digər qatlarına keçməsinə imkan verir və nəticədə işığın qismən udulması və yalnız ondan sonra dişin üz qatından deyil, daxili qatından əks etdirilməsi baş verir.


Ardı →

Görünməz breketlər

gorunməz breketlərHeç bir sahə yerində saymadığı kimi stomatologiya da bu dəfə çox xoş və çoxlarını sevindirən bir yeniliklə qarşınızdadır.

Görünməz breketlər
Düşünürdük ki, bu reallığa uyğun deyil. Breket necə tam görünməz ola bilər? Halbuki, Alman alimləri “İncognito”sistemini icad etdilər. Bu breketlər hər zaman öyrəşdiyimiz kimi dişlərin üz tərəfinə deyil, iç tərəfinə bərkidilir. ”İncognito”- konkret pasient üçün hazırlanan individual ortodont aparatdır.


Ardı →

Diş fırçalamaq

Yuxudan oyanıb əl-üzü yuyan zaman dişləri də fırçalamaq ənənəsi əslində səhvdir. Həkimlər bildirir ki, dişlər səhər yeməyindən sonra fırçalanmalıdır. Əks halda səhər yeməyinin qalıqları dişlərin arasında qalır və onların çürüməsinə «kömək edir».Bundan başqa, dişləri hər gün 2 dəfə hərəsi təxminən 2 dəqiqə olmaqla fırçalamaq lazımdır. Axşam təbii ki, bu, yatmazdan əvvəl edilməlidir.

Həkimlər bildirir ki, dişi fırçalayan zaman fırçanı dişlərə təxminən 45 dərəcə əyərək sürtmək məqsədəuyğundur.Sürtməni isə «dairəvi» şəkildə, arxadan önə doğru aparmaq məsləhət bilinir. Prosesə dişin çölündən başlanmalı, sonra içəri hissələr fırçalanmalı, sonda isə fırça dişlərin «çeynəyən hissəsi»nə sürtülməlidir.
Damaqlar da diş fırçası ilə sürtülməlidir. Amma bu zaman damağı zədələməmək üçün ehtiyatlı olmaq məsləhətdir. Nəfəsin təmiz omlası üçün dilin də yüngülvari fırçalanması məqsədəuyğundur.

Ən vacibi, həkimlər diş fırçasının heç olmasa 2 ayda 1 dəfə yenilənməli olduğunu bildirir. Diş səthi məhz yeni fırça ilə daha yaxşı təmizlənir.


Davamı →

Uşaqların dişlərinə qulluq

Diş meydana gəlməsi ana bətnində 30-34-cü gündə başlayır, buna görə ananın qidalanması, qəbul etdiyi dərmanlar, keçirdiyi xəstəliklər körpənin dişlərinin zəif və ya qüvvətli quruluşda olmasını təsir göstərir. Daimi dişlərin inkişafı isə doğuş vaxtı başlayır, körpənin keçirəcəyi xəstəliklər, alacağı dərmanlar və qidalanması də gələcəkdə diş çıxartmasına təsir edər.
Ardı →