Qərar verərkən tələsməyin

Lao Tzunun əhvalatı...
Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış. ..Öyle dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya haradasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır.. "Bu at, bir at deyil mənim üçün; bir dost, insan dostunu satarmı" deyirmiş həmişə. Bir səhər qalxmışlar ki, at yox. Kəndli qocanın başına toplanmış:
"Səni qoca sən ağlını itirmisən, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var, nə də atın" demişlər. ..
İhtiyar: "Qərar vermək üçün tələsməyin" demiş."sadəcə at itib " deyin, "Çünki gerçək bu. Ondan sonrası sizin şərhiniz və verdiyiniz qərar. Atımın itməsi, bir talehsizlikmi, yoxsa bir şansmı? Bunu hələ bilmirik. Çünki bu hadisə hələ bir başlanğıc. Arxasının necə gələcəyini kimsə bilə bilməz." Kəndlilər qoca ağlını itirmiş qocaya qəhqəhələrlə gülmüşlər. Aradan 15 gün keçmədən at, bir gecə qəflətən dönmüş. ..Məgər at oğurlanmamış, dağlara getmiş öz özünə. Dönərkən də, vadidəki 12 vəhşi atı arxasınca gətirmiş. Bunu görən kəndlilər toplanıb qocadan üzr istəmişlər. "Sən haqlı çıxışın. Atının itməsi bir talehsizlik deyil sanki bir dövlət quşu oldu sənin üçün, indi bir at sürün var.." "Qərar vermək üçün yenə tələsirsiniz" demiş qoca. "Yalnız atın geri döndüyünü söyləyin.Bilinən gerçək yalnız bu. Hələ nələr olaçağını bilmitik. Bu daha başlanğıc. Birinci cümlənin birinci sözünü oxuyunca kitab haqqında necə fikir icra edə bilərsiniz?" Kəndlilər bu dəfə açıqca qocaya lağ etməmişlər amma içlərindən "Bu qoca doğrudan ağılsız" deyə keçirmişlər. ..
Bir həftə keçmədən, vəhşi atları tərbiyə etməyə çalışan qocanın tək oğulu atdan düşmüş və ayağını qırmış. Evin dolanışığını təmin edən oğul indi uzun zaman yataqda qalacaqmış. Kəndlilər yenə gəlmişlər qocaya. "Bir dəfə də haqlı çıxdın" demişlər. "Bu atlar üzündən tək oğlun, qıçını uzun müddət istifadə edə bilməyəcək. Halbuki sənə baxacaq başqası da yox. İndi daha kasıb, daha yazıq olacaqsan" demişlər. Qoca "Siz erkən qərar vermə xəstəliyinə tutulmusunuz" deyə cavab vermiş. "O qədər tələsməyin oğlum qıçını qırdı. Gerçək bu. Sonrası sizin verdiyiniz qərar. Amma görəsən nə qədər doğru. Həyat belə kiçik parçalar halında gəlir və ondan sonra nələr olacağı sizə əsla bildirilməz."
Bir neçə həftə sonra, düşmənlər qat qat böyük bir ordu ilə hücum etmiş. Kral son bir ümidlə əli silah tutan bütün gəncləri əsgərə çağırmış. Kəndə gələn vəzifəlilər qocanın qırıq qıçlı oğulunda başqa bütün gəncləri döyuşə aparmışlar. Kəndi matəm bürümüş. Çünki döyüşün qazanılmasına imkan yoxmuş, gedən gənclərin ya öləcəyini ya da əsir düşəcəyini hər kəs bilirmiş. Kəndlilər, yenə qocaya gəlmişlər... "Yenə haqlı olduğunu sübüt etdin" demişlər. "Oğulunun qıçı qırıq amma heç olmasa yanında. Halbuki bizimkilər, bəlkə əsla kəndə dönə bilməyəcəklər. Oğulunun qıçının qırılması, talehsizlik deyil, şansmış məgər..." "Siz erkən qərar verməyə davam edin" demiş, qoca. "Halbuki nə olacağını kimsələr bilə bilməz. Bilinən bir tək gerçək var. Mənim oğulum yanımda, sizinkilər əsgərdə... Amma bunların hansının taleh, hansının şanssızlıq olduğunu yalnız Allah bilir."
Lao Tzu, əhvalatını bu nəsihətlə tamamlamış:
"Tələsik qərar verməyin. Həyatın kiçik bir diliminə baxıb hamısı haqqında qərar verməkdən qaçının. Qərar; ağılın dayanması halıdır. Qərar verdinizmi, ağıl düşünməyi, başqa sözlə inkişafı dayandırar. Buna baxmayaraq ağıl, insanı daim qərara məcbur edər. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər. Halbuki gəzinti əsla sona çatmaz. Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar. Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz."

at ilxisi

 

4 şərh

Angelie
çox maraqlı idi.təşəkkürlər. sadəcə bir az düzəlişlər edilsə daha oxunaqlı olar.
Kinosunas
Təşəkkürlər. Əllərinizə sağlıq
Rene
Bir neçə dəfə tələsik qərar verib sonradan peşman olmuşam. Deyirəm indiki ağlım olsaydı etməzdim, amma bəlkə olsaydı yenə də edərdim, bəlkə də bu fitrətdən irəli gələn şeydir, gözləməklə heç aram yoxdu…
Bu hekayə qərar verməkdən çox ilk mühakimə ilə bağlıdır, qoca hadisələrin görünən üzünə aldanmır, Allahın hikmətinə inanır… Nə deyiim, belə insanlara əhsən…
P.S. Çox sağ olun, maraqlı hekayəyə görə. Amma daha diqqətli tərcümə etsəydiniz lap yaxşı olardı, sanki tələsibsiniz…
alan delon
keske sozune nifret edirem.niye biz neyise sehv etdikden sonra keske deyirik olmaz ki hec sehv etmiyek?