Рейтинг
+18.66

Tibbi yardım

27 üzv, 76 topik

“Təcili yardım” çağıranda

Əlbətdə ki, sonradan bəlaya düçar olan adama kömək etməkdənsə, ilk növbədə istənilən bədbəxt hadisənin qarşısını almağa çalışmaq lazımdır.

Bunun üçün sadəcə olaraq özünüzə, öz yaxınlarınıza, uşaqlarınıza qarşı kifayət qədər diqqətli olmağınız, sizi bir çox təhlükəli vəziyyətlərdən qoruyar. Bütün bunlara baxmayaraq, hər hansı bir bədbəxt hadisə baş vermiş olarsa, ilk növbədə vahiməyə düşməmək, hay-küy salmamaq, özünüzü ələ almaq lazımdır. Çünki, bu zaman məhz sizin biliklərinizdən, düzgün və savadlı hərəkətlərinizdən, sizə yaxın olan adamın sağlamlığı və hətta həyatı da asılı ola bilər!

Beləliklə, kim isə sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla “təcili yardım” çağırmaq lazımdır! İdeal halda – kömək edənlərdən biri “təcili yardıma” zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan aşağıdakı hallarda “təcili yardım” çağrılması mütləq tələb olunur:
Ardı →

Termik yanıqlar zamanı ilk tibbi yardım

Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır: 

1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir.

Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalırlar.

2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar (suluqlar) yaranır.


Ardı →

Qıcolmalar zamanı ilk yardım

Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?

Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır – buna da hazır olmaq lazımdır!

Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri — huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.

Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin!

Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Ardı →

Şok zamanı ilk yardım

Tibdə şok adı altında – orqanizmdəki orqan və toxumalarda qan dövranının kəskin şəkildə pozulması prosesi anlaşılır.

Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər.

Şok travmalar nəticəsində güclü qanaxmalar, yanıqlar zamanı qan plazmasının itirilməsi və ya orqanizmin susuzlaşması (çoxsaylı qusma, ishal), cərrahi əməliyyatdan sonra yaraya təhlükəli mikrobların düşməsi nəticəsində və ya orqanizmin özündə iri irin ocağının yaranması zamanı, məsələn, peritonit, yenidoğulmuşlarda göbək yarasının irinlənməsi və s. (septik şok), həmçinin güclü allergenin orqanizmə düşməsinə orqanizm tərəfindən verilən reaksiyası (anafilaktik şok) nəticəsində baş verir.


Ardı →

Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan gedirsə, nəzarətsiz qoymaq olmaq. Uşaqlarda dərinin hətta kiçik zədələnməsi belə, ağır irinli prosesin, həmçinin tetanusun inkişaf etməsinə də səbəb ola bilər!

Tetanus – sinir sistemini zədələyən infeksion xəstəlikdir. Onu Clostridium tetani bakteriyası törədir. Bu xəstəliyin simptomları – baş ağrıları, əsəbilik, bədən əzələlərinin spazmı, qıcolmalar, tənəffüsün dayanması. Belə xəstəyə vaxtında təcili tibbi yardım göstərilməzsə, o, həlak ola bilər. Tetanusun ən yaxşı profilaktikası – vaksinasiyadır (bütün uşaqlara planlı şəkildə uşaq poliklinikalarda vurulan “ADS” və ya “AKDS” peyvəndi).

Bundan əlavə istənilən, hətta ən kiçik yara və ya cızılma sahəsi əsaslı şəkildə diqqətlə işlənməlidir. Vaxtında peyvənd olunmuş uşaqlara, adətən, əlavə profilaktika tələb olunmur. Lakin hər halda zədə almış uşaq həkimin müayinəsindən keçməlidir və məhz həkim tetanus əleyhinə xüsusi zərdabın bu uşağa vurulub-vurulmaması ilə bağlı məsələləri həll etməlidir!


Ardı →

Hirudoterapiya (zəli ilə müalicə)

Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. 

Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar kistaları və s.) zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi «vasitədir». Onu qeyd etmək lazımdır ki, zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən yaxşı nəticələr verir.


Ardı →

Heyvan dişləmələri zamanı ilk tibbi yardım

İnsanların istənilən istiqanlı heyvanlar (it, pişik, siçovul, tülkü, canavar və s.) tərəfindən dişlənməsi zamanı əsas təhlükə onların quduzluq virusu ilə yoluxmasıdır!

Quduzluq – istənilən məməli heyvanların ağız şirəsi ilə insana keçən təhlükəli infeksion xəstəlikdir. Əgər insanı quduz heyvan dişləyərsə, xüsusi müalicə sxemi tətbiq edilmədiyi halda onu 100% hallarda ölüm gözləyir!!! Bu hal uşaqda baş verdikdə onun həlak olması daha qısa müddət ərzində baş verir!

Buna görə də hər hansı heyvan dişləməsi zamanı ən əsas vəzifə “təcili yardım” çağırmaq və zərərçəkmiş insanı travmatoloji məntəqəyə çatdırmaqdır! Tibb işçiləri tərəfindən müayinəyə qədər isə zərərçəkənə mütləq ilk tibbi yardım göstərmək lazımdır.


Ardı →

Həşərat dişləmələri zamanı ilk yardım

Ağcaqanad dişləməsi insana böyük zərər verə bilməz. Ancaq onlar kiçik yaşlı uşaqlar üçün, xüsusən də dişləmələrin sayı çox olduqda böyük zərər vura bilərlər.

Uşaqda xoşagəlməz hissiyyatı azaltmaq üçün dişləmə yerinə çay sodası məhlulunda (1 stəkan suya 1 çay qaşığı çay sodası olmaqla) isladılmış parça qoymaq lazımdır.
Bu məqsədlə, su ilə bərabər nisbətdə qarışdırılan araqdan və ya nanə dəmləməsindən (onu qaynadılmış isti suda dəmləyərək islatma şəklində dişlənmə yerinə qoyurlar) də istifadə etmək olar. Əgər dişlənən yer xeyli şişərsə və qaşınarsa, uşağa yaşına uyğun dozada antihistamin preparatlarından birini (klaritin, suprastin və s.) vermək və həmin yerə brilyant yaşılı (“zelyonka”) sürtmək məsləhət görülür. Bu məqsədlə apteklərdən xüsusi aerozollar da almaq olar.


Ardı →

Qanaxmalar zamanı ilk yardım

Bədbəxt hadisələr nəticəsində qanaxmalar əmələ gəlir.

Belə hadisələr istehsalatda, məişətdə, nəqliyyatda, idman meydançalarında və. S baş verə bilər. Bütün zədələnmələr arasında əsas yeri uşaq zədələnmələri tutur ki, bu da daha çox uşaqların nəzarətsiz qalıqları üçün olur.


Ardı →