Рейтинг
+2.33

Türk dili

9 üzv, 42 topik

Feli sifət

Azərbaycan dilində olduğu kimi, türk dilində də feli si­fətin həm felə, həm də sifətə aid xüsusiyyətləri var. Felə məxsus inkarlıq, növ, təsirlilik, zaman kateqoriyaları, sifətə məxsus əlamət bildirmə, cümlədə təyin rolunda çıxış etmə, substantivləşmə, kəmiyyət şəkilçisi qəbul etmə, hallanma, mən­subiyyət şəkilçisi qəbul etmə və s. xüsusiyyətlər türk dilində də feli sifətin səciyyəvi cəhətlərini təşkil edir.
Feli sifət özlüyündə zaman bildirməsinə baxmayaraq, onun konkret olaraq hansı zamana aidliyi cümlənin xəbərində ifadə edilən zamana görə, ümumiyyətlə, kontekst daxi­lində müəyyənləşir. Məsələn, indiki zaman feli sifəti qəbul edilən -an, -en mətnə görə indiki, keçmiş və geniş zamana aid ola bilər.
Davamı →

Türk əlifbası

Müasir türk əlifbasında 29 hərf var. Bunlardan 8-i sait: a, e, ı, i, o, ö, ü, 21-i isə samitdir: b, c, ç, d, f, g, ğ, h, j, k, l, m, n, p, r, s, ş, t, v, y, z.
Əlifbadakı «e» saitinin və «g», «k», «l» samitlərindən hər birinin iki səsi olduğuna görə türk ədəbi dilində 33 danışıq səsi var.
Bunlardan əlavə, türk yazısında iki işarədən — "^" (uzatma və ya incəltmə) və " ’ " (apostrof) işarələrindən istifadə edilir (Yeni orfoqrafiya qaydalarına görə birinci işarənin işlədilməsi məcburiyyəti yoxdur).
Ardı →

İntonasiya

İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir.
Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir.
Ardı →

Qoşma

Müasir türk dilində aşağıdakı qoşmalar var:
için, ile evvel; önce; sonra; kadar; gibi; dolayı; dek (değin); üzere (üzre); göre; başka; doğru; karşı; beri; ait; rağmen və s.

Azərbaycan dilində olduğu kimi, türk dilində də qoş­malar adlara qoşulub həmin sözlərlə başqa sözlər arasında sintaktik əlaqə yaradır. Məsələn:
Davamı →

Saitlərin bölgüsü

Türk dilinin saitləri üç prinsipə görə bölünür:
1. Dilin vəziyyətinə görə:
a) dilönü və ya incə saitlər: e, i, ö, ü.
b) dilarxası və ya qalın saitlər: a, ı, o, u.


2. Dodaqların vəziyyətinə görə:
a) dodaqlanan saitlər: o, u, ö, ü.
b) dodaqlanmayan saitlər: a, ı, e, i.


Ardı →

Sifətin dərəcələri

Azərbaycan dilində olduğu kimi, türk dilində də sifətin üç dərəcəsi var: adi dərəcə; azaltma dərəcəsi; çoxaltma dərəcəsi.
Adi dərəcənin xüsusi şəkilçisi yoxdur. Bu, sifətlərin əsas formasıdır; başqa formalar bundan yaranır:
beyaz, sarı, yeşil, siyah, mavi, lacivert, iyi, kötü.

Azaltma dərəcəsi adi dərəcədəki sifətin əlamət və keyfiyyətinin azlığını göstərir və aşağıdakı şəkilçilər vasitəsilə düzəlir:

a) -(ı) mtrak: mavimtırak, yeşilimtırak, siyahımtırak;
b) -ımsı, -ismi, -umsu, -ümsü; yeşilimisi, morumsu, mavimsi;
c) -rak, -rek: acırak, ekşirek; küçürek, ufarak;


Ardı →

Zərflər

Azərbaycan dilində olduğu kimi türk dilində də zərfin mənaca dörd növü var.
1) Tərzi-hərəkət zərfləri: yavaş, çabuk, hızlı, ansızın, hemen, birden, sessizce, acele və s.
2) Zaman zərfləri: dün, bugün, demin, akşamleyin, şimdi, yarın, er geç, erken, öbür gün və s.
3) Yer zərfləri: aşağı, yukarı, ileri, geri, orta, ön, yan və s.
4) Miqdar zərfləri: az, çok, kısmen, kıt, dar, eksik, fazla və s.
Dilimizdə olduğu kimi, türk dilində ayrı-ayrı nitq hissələri adverbiallaşaraq zərf funksiyasında çıxış edir:
yüksekten, alçaktan, çoktan, zaman zaman və s.
Davamı →

Felin məna növləri

Azərbaycan dilində olduğu kimi, türk dilində də felin mənaca beş növü var: Məlum növ; Məchul növ; Qayıdış növ; Qarşılıq növ; İcbar növ.
1) Dilimizdə olduğu kimi, türk dilində də felinməlum növünün xüsusi şəkilçisi yoxdur:
Türk dilində də məlum növ fellər iki yerə bölünür:
a) təsirli fellər: okumak, yazmak, bilmek, sevmek
b) təsirsiz fellər: gitmek, bakmak, gülmek, koşmak.
Davamı →

Saitlərin tələffüzü

Türk dilinin saitləri ilə Azərbaycan dili saitlərinin tələffüzündə əsaslı fərq yoxdur. Saitlərin qısa və uzunluğu da əsasən eynidir.
Azərbaycan dilində olduğu kimi türk dilində də başqa dillərdən alınan bir sıra sözlərlə saitlər uzanır. Məsələn: aile, davet, alim, adalet, ceza, istiklal və s. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, Azərbaycan dilindən fərqli olaraq türk dilində alınma sözlərdə saitlərin uzun və ya qısa tələffüzü sözün lüğət mənasını dəyişdirmək xüsusiyyətinə malikdir.


Ardı →

Felin geniş zamanı

Geniş zaman müasir türk dilində felin ən çox işlənən, müxtəlif məna və üslub çalarlarına malik spesifik zamanıdır. Geniş zamanın ifadə etdiyi mənalardan yalnız biri — gələcək zaman bildirmə xüsusiyyəti Azərbaycan dilində də var. Bu zamanın xüsusiyyətləri aşağıdakılardır:
a) Geniş zaman istilahı, terminin özündən də göründüyü kimi, felin hər üç zamanını ehtiva edir; keçmişdə, indi və gələcəkdə baş verən iş, hal, hərəkəti bildirir; felin ifadə
etdiyi hərəkətin icrasında bir sürəklik, daimilik olduğu nəzərə çatdırılır.

Roman yazmaktan zevk duyarım.
Gülü seven dikenine katlanır.
Şen adam güneşe benzer; girdiği yer aydınlanır.
Sana başarılar dilerim.
Güneş Doğudan doğar.


Ardı →