Рейтинг
+2.33

Türk dili

9 üzv, 42 topik

Felin bacarıq şəkli

Türk dilində «yeterlik fiili» adı verilən felin bacarıq şəkli (mümkünlük aspekti) «bilmek» felinin köməyi ilə düzə­lir. «Bilmek» feli -a, -e // -ya, -ye feli bağlama şəkilçisi qəbul etmiş fel kökünə bitişdirilir və felin bütün zamanlarında işlənir, şəxs şəkilçiləri «bilmek» felinin kökünə artırılır.


Ardı →

İsmi xəbərin rəvayəti

Türk dilində ismi xəbərin rəvayəti «imiş» köməkçi feli vasitəsilə əmələ gəlir. "İmiş" köməkçi feli qoşulduğu adlardan həm ayrı, həm də bitişik yazılır. Sözdən ayrı yazıldıqda təkvariantlıdır, yəni bir cür (imiş) yazılır; bitişik yazıldığı zaman ahəngə uyğun olaraq dörd cür (-mış, -miş, -muş, müş) yazılır. Söz kökü saitlə bitərsə «imiş» köməkçi felinin əvvəlindəki «i» saiti «y» samitinə çevrilir.
İsmi xəbərin hekayəsi ilə rəvayəti arasında məna və üslub fərqi var. Doğrudur, hər iki forma ismi xəbərlə ifadə olunan fikrin keçmiş zamana aid olduğunu bildirir.
Davamı →

İsmi xəbərin hekayəsi

İsmi xəbərin hekayəsi «idi» köməkçi feli vasitəsilə əmələ gəlir. "İdi" sözü qoşulduğu adlardan həm ayrı, həm də bitişik yazılır. Sözdən ayrı yazıldıqda tək variantlıdır, yəni bir cür yazılır, bitişik yazıldığı zaman ahəng qanununa tabe olaraq dörd cür (-dı, -di, -du, -dü) yazılır. Sözün kökü saitlə bitərsə, «idi» köməkçi felinin başındakı «i» saiti «y» samitinə çevrilir. Şəxs şəkilçiləri (II kateqoriya) «idi» sözünə artırılır.
Davamı →

Felin əmr şəkli

Türk dilində felin əmr şəkli əmr, xahiş, istək və s. bildirir və xüsusi intonasiya ilə tələffüz edilir.
Azərbaycan dilindən fərqli olaraq, türk dilində felin əmr və arzu şəkillərinin I şəxs tək və cəminin şəkilçiləri eynidir. Buna görə də türkologiyaya aid ədəbiyyatda bəzən türk dilində felin əmr şəklinin I şəxs tək və cəminin xüsusi qrammatik əlaməti olmadığı qeyd edilir.
Felin əmr şəkli türk dilində aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir.
Davamı →

Məsdər

Məsdər felin təsriflənməyən formasıdır.
Türk dilində ən çox işlənən məsdər şəkilçiləri bunlardır:
-mak, -mek, -ma, -me;
bakmak, almak, gelmek, gülmek, okuma, bitme, gitme.
Göstərilən məsdər şəkilçilərinin hamısı, əsasən, sinonim şəkilçiləridir, yəni felin qeyri-müəyyən formasını yaradır və hərəkət prosesinin adını ifadə edirlər. Lakin həmin şəkilçilərin funksiya müxtəlifliyinə, bəzi spesifik cəhətlərinə diqqət etmək lazımdır.


Ardı →

Felin indiki zamanı

Türk dilində felin dörd zamanı var: indiki zaman; keçmiş zaman; gələcək zaman; geniş zaman.
Bu zamanlardan hər birinin özünəməxsus şəkilçiləri var.
Türk dilində indiki zaman fellərin kökünə bir cür yazılan «yor» şəkilçisi artırılmaqla düzəlir. Felin kökü samitlə bitərsə, kök ilə «yor» şəkilçisi arasına ahəngə uyğun olaraq -ı, -i, -u, -ü saitlərindən biri əlavə edilir.

Şəxs şəkilçiləri (I kateqoriya) zaman şəkilçisinin sonuna bitişdirilir.


Ardı →

Mənsubiyyət kateqoriyası

Mənsubiyyət kateqoriyası hər hansı bir şəxsin, əşyanın və ya hadisənin başqa bir şəxsə, əşyaya və ya hadisəyə mənsubiyyət münasibətini bildirir.
Türk və Azərbaycan dillərində mənsubiyyət şəkilçiləri eynidir. Bunlar aşağıdakılardır.

a) Sonu samitlə bitən sözlər üçün.

tək

cəm

1-ci şəxs: -ım, -im, -um, -üm;

-ımız, -imiz, -umuz, -ünüz;

2-ci şəxs: -ın, -in, -un, -ün;

-ınız, -iniz, -unuz, -ünüz;

3-cü şəxs: -ı, -i, -u, -ü;

— (lar)ı, -(ler)i.


Ardı →

İsmin hallanması

Azərbaycan dilində olduğu kimi türk dilində də ismin altı halı var.

Yalın hal — Adlıq hal
İlişik hal (-ın, -in, -un, -ün, -nın, -nin, -nın, -nün) — Yiyəlik hal
Varımlı hal (-a, -e; -ya, -ye) — Yönlük hal
Belli işlenmiş hal (-ı, -i, -u, -ü; -yı, -yi, -yu, -yü) — Təsirlik hal
Durumlu hal (-da, -de; -ta, -te) — Yerlik hal
Çıkımlı hal (-dan, -den, -tan, -ten) — Çıxışlıq hal


Ardı →

Fonetik hadisələr

Türk ədəbi dilində bir sıra qanunauyğun fonetik hadisələr mövcuddur. Bu hadisələrin bir qismi yalnız tələffüzlə əlaqədardır, yəni sırf orfoepik hadisədir. Digər qismi isə yazıda da öz əksini tapır. Ona görə də, türk dilində düzgün yazmaq, oxumaq və danışmaq üçün bu hadisələri öyrənmək lazımdır.
Yazı ilə əlaqədar fonetik hadisələr, əsasən, səsartımı və səsdüşümü şəklində özünü göstərir. Lakin bu hadisələr danışıqda da geniş yayılmışdır və əsas etibarilə söz tərkibində bəzi səslərin (r, h, t) zəif tələffüz olunması, sözün çox sürətlə deyilməsi ilə bağlıdır. Məsələn, türk dilində «birkaç» (bir neçə) sözündə «r» samiti, «bir dakika» ifadəsində «r» samiti ilə «i» saiti (bi dakka), «efendim» sözündə isə üç səs (n, d, i) eyni anda (efem) düşə bilir. «R» samitilə başlayan sözlərin əvvəlinə tələffüzdə bir sait artırılması türk dilinin dialektləri üçün xarakterikdir (rençper — irençper, ruba — urba, razı ırazı və s.).


Ardı →