Рейтинг
+12.48

Türklərin tarixi

30 üzv, 52 topik

Osmanlı imperatorluğu

Osmanlı dövlətinin yaranması. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu meydana çıxdı. Onun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdu. (1299)

Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Onlara Gündüz Alp başçılıq edirdi. Qayı sərkərdəsinin oğlu Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşdı. Ərtoğrul 1231-ci ildə qayı tayfasını Ankara yaxınlığına gətirmiş, səlcuq sultanından Söyüdlər qəsəbəsini, Domançı yaylağını iqta şəklində almış, bunun müqabilində Bizans sərhədini qorumağı üzərinə götürmüşdü. Rəvayətə görə, qayılar Anadoluya gələrkən burada vuruşan iki ordunun zəifinə kömək etmişdi. Bu səlcuq sultanı Əlaəddin Keyqubad idi. O, Biləcik tərəfi «yurd» kimi onlara vermişdi. 1289-cu ildə Ərtoğrul vəfat etdi. Bundan sonra qayılar onun qəbrini ziyarət edirdilər. Bu «Türkmən bayramı» adlanırdı.


Ardı →

Kritdə yunan zülmləri və türk köçləri

Qısa müddətdə  60 min nəfərə yaxın türk Kritdən Anadoluya köçürüldü. Onlardan 12-15 min nəfərini ingilislər köhnə, artıq ömrünü başa vuran gəmilərə doldurmuşdular. Həmin gəmilər uzun yola tab gətirə bilməyərək  yolda batdı. Nəticədə, türklər ingilislər və yunanların bu qeyri-insani cinayətinin qurbanı oldular. 15 min nəfərə yaxın türk, qadın, uşaq, qoca dənizdə bataraq məhv oldu. Beləliklə, Qərbin Osmanlıya və İslam dünyası üzərinə yunanların əli ilə düzənlədiyi xaçlı yürüşü nəticəsində Krit türklərdən təmizləndi və bu, bəşər tarixində qara ləkə kimi qaldı.

Ardı →

Balkanlardan Anadoluya türk köçləri | Mora dəhşətləri 2

Mora dəhsətləriMustafa Kamal Atatürk: “Milli həyatımızda yeddidən yetmişə, hamımızın bilməsi vacib olan zəfər günlərimiz olmaqla bərabər, ağrısını dünya durduqca içimizdən çıxara və unuda bilməyəcəyimiz milli fəlakət günlərimiz də var… 1877-ci il Rusiya ilə müharibədən sonra böyük köçlər… Türkün Avropadan kökünü kəsmək məqsədi ilə xortlayan xaçlı zehniyyətinin təsiri altında türklərə qarşı həyata keçirilən kütləvi qətliamlar… 1912-ci il Balkan savaşları və türklərə rəva görülən zülmlər… Tarixin bu acı mirasları hər türkün qəlbində qalmalı, unudulmamalı və əbədiyyətə qədər yadda saxlanmalıdır. Millətimizin qəlbində intiqam hissi olmalıdır. Bu hansısa bir intiqam deyil, onun həyatına, yaşamasına, rifahına düşmən olanların xain əməllərinin qarşısını alacaq, onu təcrid edəcək bir intiqam olmalıdır”. Yunanların vəhşiliyini əks etdirən bəzi faktlara diqqəti cəlb etmək istəyirik. Bunlardan biri türklərin yunanlar tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi Tripoliçe qəsəbəsi ilə bağlıdır. Tanınmış tarixçi Allison Filips yazır: “Tripoliçe qəsəbəsində yunanlar 3 gün 3 gecə türkləri qırdılar. Onlardan bəziləri qaçmağa çalışırdılar. Ancaq yunanlar qətliamdan sağ qalanları ələ keçirdilər. Onların sayı 2000 nəfər idi. 2000 nəfərin hamısını yaxın dağlardakı dərələrə apardılar. Burada onları qoyun kimi bir-bir kəsdilər”.
 

Ardı →

Türklər və türk dünyası

Türk dünyası dedikdə — böyük bir düha, sonsuz bir cahan, yenilməz bir qüvvə canlanır gözümüzün önündə. Türk dünyası dedikdə — mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalqlar anılır. Türk dünyası dedikdə — sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, zəmilər, meşələr, maylar və dənizlər, min-bir naz nemətli ellər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır.
Türklərin sayı 210 milyondan çoxdur. Müasir dövrdə türklər Saxadan Balkanlara qədər yayılıb (təxminən 12 milyon kvadrat kilometr).
Ardı →

Qızıl Orda

Qızıl ordanın ərazisi. Monqol imperiyasının parçalanması nəticəsində XIII əsrin 40-cı illərində Şərqi Avropada bir türk dövləti yarandı. Bu dövlət rus mənbələrində «Qızıl Orda», şərq mənbələrində «Cuci ulusu» adlanır. Onun ərazisinə qərbdə Dnestr sahillərindən şərqdə Tobol çayının İrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağılarınadək olan torpaqlar daxil idi. Rus knyazlıqları Qızıl Ordaya daxil deyildi, onun vassalı idi.

Monqol qoşununun əsas hissəsini türklər təşkil edirdi. Bu dövrdə Qara dənizdən Altaya qədər ərazidə monqollar yaşayırdılar. Azlıq təşkil edən monqollar türklərlə qaynayıb-qarışır, onların dilini, mədəniyyətini qəbul edirdilər. Qızıl Orda xanlarının rəsmi fərmanları XIV əsrdən başlayaraq türk dilində yazılırdı.


Ardı →

Balkanlardan Anadoluya türk köçləri | Mora dəhşətləri 1

Mora üsyanı haqqında tarixi sənədlər əsasında kitab yazaraq, onu 1861-ci ildə çap etdirən Georq  Finlay baş verənləri belə təsvir edir: “Yunanlar dinc  sakinlərə, qadınlara, uşaqlara, qocalara rəhm etmədən amansızcasına öldürür və bundan peşmanlıq hissi keçirmirdilər. Hətta indinin özündə (1850-1859-cu illər nəzərdə tutulur) yaşlı yunanlar öldürülən türklərin üzərinə yığılan daş qalaqlarını göstərərək qəhrəmanlıqlarından danışırlar.
 

Osmanlını yıxmaq və onu tarixin səhnəsindən silmək istəyən Avropa dövlətləri bu məsələdə türklər üçün olduqca həssas olan bir etnik qrupu — yunanları seçmişdilər. Digər tərəfdən də, yunanlara Avropada böyük bir rəğbət vardı və bu müstəvidə onları Osmanlı əleyhinə qaldırmaq ciddi problem kimi də görünmürdü. Buna paralel olaraq, əsrlərlə Osmanlının himayəsi altında əmin-amanlıq içində yaşamalarına baxmayaraq, yunanlarda onların dillərinə, dinlərinə hörmət edən dövlətə qarşı bir naşükürlük və kin vardı. Osmanlını parçalamaq istəyən Avropa dövlətləri də məhz yunanların türklərə qarşı bu kin və nifrətini körükləməyə başladılar. Həmin dövrdə müxtəlif yollarla yunanlar yaşayan ərazilərə Avropanın müxtəlif dövlətlərindən, o cümlədən Fransa və İngiltərədən yüzlərlə casus göndərilmişdi. Onların arasında Morada türklərə qarşı qətliamlarda iştirak edən tanınmış şair Bayron da var idi. Casusların çoxu qısa müddətdə yunan dilini mükəmməl öyrənərək onların arasında tanınmaz olmuşdu. Yunanları Osmanlı əleyhinə üsyana qaldıran da məhz bu casuslar oldu. Üsyanın mərkəzi isə bugünkü Yunanıstanın cənubundakı Mora yarımadası seçilmişdi. 1821-ci ildə Morada başlanan üsyan siqnalını bölgədəki yunan baş yepiskopu verdi. O, kilsədəki bir mərasimdə: “Xristianlara hüzur, türklərə ölüm” şüarını irəli sürərək, yunanları üsyana səslədi. Bunun ardınca minlərlə yunan silaha sarılaraq bölgədəki xarici ölkə casuslarının təhriki ilə əllərinə keçən türkləri qətlə yetirməyə başladı.


Ardı →

Balkanlardan Anadoluya türk köçləri

Tarixin lap qədim zamanlarından başlayaraq türklər gündoğandan günbatana kimi uzanan böyük bir ərazidə at oynatmış, onlarla imperiyalar qurmuş və ən yenilməz sərkərdələri önlərində baş əyməyə məcbur etmişlər. Eramızdan min il əvvəl başlayan yeni ərazilər fəthi ilə gündoğana və günbatana köç edən türklər getdikləri hər yerdə qəhrəmanlıqları, ədalətləri ilə milyonların sevgisini qazanmışlar. Bu baxımdan türk tarixi bir köç tarixidir desək, səhv etmərik. Bugünki Avrasiyanın da sivil  xəritəsinin formalaşdırılmasında türklər önəmli rol oynamışlar. Amma sonradan, belə demək mümkünsə, tale türklərdən üz döndərdi və onlar bir vaxtlar sevgi və məhəbbətlə rəftar etdikləri xalqlar tərəfindən sonsuz zülmlərə məruz qaldılar. Halbuki, Osmanlı imperiyası həmin xalqları ədalətlə idarə etmiş, bir nəfər belə qeyri-müsəlmanın zərrə boyda da olsa, haqqının tapdalanmasına imkan verməmişdi. Lakin 17-ci yüzilliyin sonlarına yaxın Osmanlının müxtəlif səbəblər üzündən zəifləməsi, xüsusi ilə Vyana ətrafındakı məğlubiyyət (1683) türklər üçün yeni fəlakətlərin başlanmsı demək oldu.


Ardı →

Bulqar dövləti (630-665)

Bulqar sözünün mənası “qarışmaq” deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən son-ra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı.
Bulqar-Türk dövlətinin qurucusu Asparux (643-701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu. 681-ci ildə Bizansla Asparux xan arasında sülh müqaviləsi bağlandı.
Ardı →

Krım türklərinin sürgünü

Həsrət Rüstəmov: «Krım tatarlarının bir xalq kimi məhv etmək planı var idi»
Azər Həsrət: «Artıq dünya yenidən Kırımı tanıyır»Krım turklərinin surgunu

II dünya müharibəsindən sonra SSRİ rəhbəri Stalin Krım türklərinin müharibə dövründə almanlarla əməkdaşlıq etdiyini iddia edərək sürgünə göndərilmələrini əmr etdi.
Əmr 18 May 1944-cü ildə Krım türklərinə çatdırıldı. İki saat içərisində, evlərindən heç bir əşya almadan, olduqları kəndin, qəsəbənin, şəhərin meydanında toplanmaları əmr edildi. Evini tərk etmək istəməyənlər zorla aparıldı. Müqavimət göstərənlər qundaq zərbələri ilə dərhal elə orada öldürüldü. Qışqırıqlarla inləyən səmanın qaranlığını deşməyə çalışan günəş, qana bələnmiş Krım torpaqlarına ilk işıqlarını göndərəndə 423,1 min nəfərdən ibarət olan Krım Türkləri heyvan daşınmasında istifadə edilən qatarlar vasitəsi ilə sürgünə göndərildilər.
Vaqonlara doldurulanların 57 min nəfəri 0-5 yaş arası uşaq, 68 mini isə 60 yaşdan yuxarı yaşlı insanlar idi.

Sabahısı gün Arabat bölgəsində bir kənddə 150 Türkün unudulduğu aydın oldu. Xəbər Stalinə çatdırılanda əmr verdi: «Bunların işini 24 saat içərisində bitirin!»


Ardı →