Hərəkətli oyuncaq seçimi

Hərəkətli oyuncaqlar uşaqların inkişafında və hərəkətlərinin doğru istiqamətləndirilməsində olduqca böyük önəmə malikdir. Amma bir şərtlə ki, bu cür oyuncaqlar uşağa zamanında verilsin. Ən doğru zaman, körpənin iməkləməsi və ya yeriməsindən sonradır. Körpələr üçün iməkləməyə və yeriməyə başlamaları azadlıqlarına qovuşmanın ilk addımıdır.

Hərəkət qabiliyyəti artdıqca, gördükləri hər hərəkətli obyekti tutmaq və araşdırmaq üçün həvəslidirlər. İməkləməyə başlayan uşaq hərəkət edən oyuncağının arxasınca iməkləyə-iməkləyə hərəkət etmiş olur və fiziki cəhətdən daha yaxşı inkişaf edir.

Əgər körpə hələ yerimir və ya iməkləmirsə, ona hərəkət edən oyuncağı vermək düzgün deyil. Çünki oyuncağının arxasınca gedə bilməyəndə körpə sinirlənir, əsəbi hal alır.

 

0 şərh