Uşaqlarla ünsiyyətdə 6 sehrli cümlə

Uşaqlarla ünsiyyətdə istifadə olunan bəzi cümlələr var ki, bu cümlələr uşağınıza onu başa düşdüyünüz və dəstəklədiyinizi hiss etdirəcək. Bu cümlələr uşağın narahatlığını azaltmağa, sakitləşməsinə, münaqişələri azaltmağa və özünə inamını artırmağa kömək edir.

  • Bunu bacara bilərsən
    Bu ifadə uşaqları həvəsləndirməyə kömək edir. Bu ifadə uşağa etdiyi işin məsuliyyətinin yalnız ona aid olduğunu da bildirir.

  • Afərin
    Bu söz, uşağın etdiyi hər hansı bir uğurlu fəaliyyətin sonunda istifadə edilməlidir. Burda diqqət ediləsi məqamlardan biri də uşağa nə üçün, hansı fəaliyyəti üçün afərin deyildiyidir. Əgər otağını səliqəyə salıbsa ona «afərin! otağını çox gözəl yığışdırmısan» kimi aydın cümlə demək lazımdır. Əks halda uşaq ona niyə afərin dediyinizi anlamaya bilər.

  • Bunu necə etdiyini mənə də izzah edə bilərsən?
    Bu cümlə uşağa özünü ifadə etmək imkanı verir. Bu cümlə hər hansı xoş bir hərəkətdən sonra istifadə olunduqda isə uşaqda uğurlu, bacarıqlı bir fərd olduğu hissi yaranır. 

  • Bu mövzuda sən nə düşünürsən ?
    Uşaqla kontakt qurmağın yollarından biri də onunla bir mövzunu müzakirə və təhlil etməkdir. Hansısa bir nağıl, cizgi filmi və ya film izlədikdən sonra onunla cizgi film qəhrəmanları və onların hərəkətlərini müzakirə etmək olar. Bununla siz həm övladınızla dialoqunuzu genişləndirə, həm övladınızın fikir söyləmə bacarığını inkişaf etdirə biləcəksiniz. Həm də onun hansı hadisələri daha maraqlı hesab etdiyini öyrənməyə fürsət tapacaqsınız. Bu cür cümlələr uşağa bir fərd olaraq hörmət etdiyinizi və fikirlərinin sizin üçün vacib olduğunu ona bildirir.
     
  • Sakitləşənə qədər səni gözləyə bilərəm
    Uşaq hirsli və ya əsəbi olduqda istifadə olunan bir cümlədir. Bu cümlə uşağa bu an əsəbi ola bilərsən ancaq sakitləşdikdən sonra danışa bilərik, sən mənim üçün dəyərlisən, səni gözləyə bilərəm və mən səninləyəm mesajını verir.

  • Hər ikimiz üçün də yararlı olan bir həll yolu düşün
    Bu cümlə anormal mübahisələrin həlli üçün əla bir yoldur. Bu ifadəni münasibətlərdə tez-tez problem yaradan uşaqlar üçün istifadə edə bilərsiz. Bu cümlə ikiniz üçün də ortaq həll yolu tapmağa kömək edəcəkdir. 
 

0 şərh