Hər adam bir milyarderdir...

Deyəcəksiniz ki,mən də?Əlbəttə ki,siz də!Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz,siz də “Əlibaba və qırx quldur” nağılındakı xəzinədən çox daş-qaş olduğuna heyrət edəcəksiz...


Məsələn,iki gözünüzü neçə milyard dollara satarsınız?Və ya iki qulağınızı neçə milyard dollara verərsiniz?Bəs əllərnizi,ayaqlarnızı...Və ya ailənizi,uşaqlarnızı?..Bütün bu olanları toplasanız,görərsiniz ki,öz nemətlərnizi Rokfellerin də,Fordun da yığdığı kapitala dəyişməzsiz..

Ancaq bütün bunlara görə bunlara Bizə Verənə təşəkkür edirikmi?Əlbəttə ki,yox!Sopenhauerin dediyi kimi: “Əlimizdə olan şeylər haqqında heç vaxt düşünmürük,ancaq əlimizdə olmayan şeylər haqqıında həmişə”...

 

6 şərh

bloqçu
Bunu başa düşmək, dərk eləmək lazımdır. Bizlər bir çox şeylərdən ötrü özümüzü parçalayır, hətta çox vaxt bəxtimizin gətirmədiyindən, uğursuzluğumuzdan dolayı gileylənirik. Amma, xoşuma gələn bir fikir də var ki, əlində olmayanlar üçün üzülməkdənsə, əlində olanlar üçün sevinməli, şükr etməlisən!
Tutiw

her weye gore ancaq Allaha wukur etmek lazimdi


 

Karizma
Niye ele danisirsiniz ki,menim indi 07-dim var ama Range Rover isteyirem.Burda pis ne var ki?
Rene
Əla!!! Həqiqətən də şükür böyük nemətdir…
Elvin Eldar
Siz ayar bilsaniz ki SABR edanlarla SHUKR edanlarin ayasi neca nail olub ona gora 1 5 shukr edarsiniz