Cəfərinin faydaları

Cəfəri, Latınca adı:-Petroselinum sativum

Özəlliyi qaraciyəri gücləndirir, Hepatit-B-yə qarşı, üz dərisinin gözəlliyi və gəncliyini qoruyur. Və əsəbi sakitləşdiricidir.
Çoxlu dərman qəbul edən zaman qaraciyərimizi zədələyirik .Bu zaman, 15-16 ədəd cəfərini saplağı ilə birlikdə blenderdə yaxşıca əzirik ,üzərinə,yarım limonun suyunu əlavə edirik qarışdırırıq,səhər yeməyindən yarım saat əvvəl içirik. Üstündən bir stəkan su içirik. Sonra səhər yeməyi yemək olar. On beş gün ara vermədən bunu etmək lazımdır, sonra bir həftə ara verib yenidən ,təkrar edirik. Bədəndə olan yad kimyasal maddələrin hamısı təmizlənir.

Bu prosesi qaraciyərin piylənməsi zamanı da etmək lazımdır (yəni Xolestroldan təmizləyir)

Hepatit-B xəstələri üçün.

Yarım litr qaynayan suya 10-12 ədəd təzə cəfərini əlavə edirik. 3 dəqiqə ağzı qapalı halda ,zəif odda dəmləyirik. Soyuduqdan sonra yarısını, səhər yeməyindən yarım saat əvvəl yarısını səhər yeməyindən bir saat sonra, yerdə qalanını axşam yeməyindən yarım saat əvvəl içilir. Hər gün təzə olmalıdır. Bunu da 15 gün ara vermədən içmək lazımdır.

Hamilə qadınlar cəfərini ilk 3 ay tamamilə yeməməlidi .
5-6 yarpaq ispanaq və 10-15 cəfərini qaynayan yarım litr suda vam odda 3 dəqiqə dəmləyirik.Soyuduruq.Soyuyandan sonra içirik. Hər gün təzə olmalıdır.Həmin axşam isə ispanaq və acıtərəni eyni miqdarda dəmləyib, eyni onun kimi içirik.1 həftə hər gün içilməlidi.

Prof.DR.İbrahim Adnan Saracoğlundan.

 

0 şərh