Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 239 topik

Anginanın xalq təbabəti üsulları ilə müalicəsi

İlk növbədə nəzərinizə çatdıraq ki, anginanı (tonzillit) yalnız və yalnız antibakterial preparatların («antibiotik»lər) köməyi ilə müalicə etmək mümkündür.
Bu çox vacibdir. Müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər. Təbii ki, lazım olan «antibiotik» yalnız həkim xəstəni müayinə etdikdən sonra təyin edə bilər.
Antebakterial preparatlarla yanaşı müxtəlif xalq təbabəti üsullarından istifadə etmək olar. Bu üsullar xəstəliyin tez müalicə olunmasına çox yaxşı kömək edir. Bundan əlavə xroniki tonzilliti olan insanlar bu vasitələri profilaktik məqsədi ilə istifadə edə bilərlər. Bu vasitələr boğazın selikli qişalarının davamlılığının artmasına kömək edirlər və nəticədə insan daha gec-gec anginaya tutulur.
Davamı →

Təbii sakitləşdirici vasitələr

Müasir insan daim stress və gərginliklərə məruz qalır. Nəticədə bir çox insanlar nevrozlardan, depressiyalardan, yuxusuzluqdan və s. pozulmalardan əziyyət çəkir.Xalq təbabətində sinir sisteminin möhkəmləndirilməsi üçün müxtəlif və çox təsirli vasitələr var.
Bu vasitələrin arasında:
Çobanyastığı çox yaxşı sakitləşdirici vasitədir. Gün ərzində 2-3 dəfə 1 fincan çobanyastığı çayı qəbulu əsəbləri sakitləşdirir. Çay belə hazırlanır: 1 çay qaşığı çobanyastığı otu 100 qr qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və qəbul edilir (çaya 1/2 qaşıq bal əlavə etmək olar). Lakin onu da nəzərə alın ki, çobanyastığı allergiyaya səbəb ola bilər. İshala meyilli insanlar da diqqətli olmalıdır- çobanyastığı işlədici təsirinə malikdir.
Davamı →

Ürəyi möhkəmləndirən xalq təbabəti üsulları

Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, ürəyi möhkəmləndirən, damarları xolesterindən təmizləyən və onların elastikliyini artıran çox təsirli vasitələr var.
Bu vasitələri hər bir insan profilaktik məqsədi ilə istifadə edə bilər.
— Yemişan ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyin ritmini tənzimləyir. 3 xörək qaşığı yemişan meyvələrin üzərinə 0,5 l qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda  bağlı qabda qaynadın. Sonra süzün və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin.
— 3 xörək qaşığı pişikotu, 3 xörək qaşığı boymadərən otu, 3 xörək qaşığı nanə yarpaqları 1 l qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl 1/3 stəkan olmaqla qəbul edilir.
Davamı →

Qəbizlikdə xalq təbabəti üsullarından istifadə

Qəbizlik ən yayılmış pozulmalardan biridir. Demək olar, hər bir insan bu pozulma ilə üzləşə bilər.
Müasir insanların əksər hissəsi azhərəkətli həyat sürür, düzgün qidalanmır, tez-tez stress vəziyyətlərinə düşür və s. Bütün bunlar isə qəbizliyə gətirib çıxardır.
Sağlam insanda qəbizliyin səbəbi bir çox hallarda bayramlarda, toy və s. məclislərdə bir biri ilə uyğun olmayan, çoxçeşidli qidaların artıq miqdarlarda qəbul edilməsi olur. Mədə belə gərginliklə «bacara» bilmir, həzm prosesləri kəskin pozulur, nəticədə isə qəbizlik inkişaf edir. Bəzi dərmanların qəbulu da qəbizliyə səbəb ola bilər.
Davamı →

Uşaqlıq boynu eroziyasının xalq təbabəti üsulları ilə müalicəsi

Uşaqlıq boynu eroziyası qadın cinsiyyət sistemi xəstəlikləri arasında ən yayılmış pozulmadan biri sayılır.
Eroziya mütləq müalicə olunmalıdır. Məsələ burasındadır ki, uzun müddət ərzində mövcud olan uşaqlıq boynu eroziyası uşaqlıq boynu xərçənginə səbəb ola bilər.
Eroziya uzun müddət ərzində heç bir simptom verməyə bilər. Bu səbəbdən qadının 1 ildə 2 dəfə olmaqla profilaktik ginekoloji müayinələrindən keçməsi olduqca vacibdir.
Qadında eroziya aşkar olunduqda, xəstəliyin mərhələsindən, qadının yaşından və s. amillərdən asılı olaraq ona mütləq müalicə təyin olunmalıdır.
Müalicə zamanı xalq təbabəti üsullarının istifadəsi də çox yaxşı nəticə verə bilər. Bu vasitələri yalnız həkim təyin etməlidir. Özünüz özünüzü müalicə etməyin!
Davamı →

Xalq təbabəti ilə baş ağrılarının müalicəsi

Hər bir insan həyatında baş ağrıları ilə üzləşir. Bir çox hallarda belə baş ağrıları heç bir ciddi xəstəliklərə işarə etmir və fiziki, əqli yorğunluqdan, stresdən, gərginlikdən əmələ gəlir.

Lakin tez-tez təkrarlanan baş ağrıları müxtəlif və bəzən çox təhlükəli xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən əgər sız tez-tez təkrarlanan baş ağrılardan əziyyət çəkirsinizsə, mütləq həkimə müraciət edin.

Xalq təbabəti baş ağrıları ilə mübarizədə müxtəlif və çox təsirli vasitələr təqdim edir.

Bu vasitələrin arasında:
— Limonu soyun, qabığın içərisində olan ağ təbəqəni xaric edin və limon qabığını gicgahlarınıza qoyun. Başınızı yumşaq yun şərflə bağlayın və uzanın.
Davamı →

Qaraçörəkotu yağının faydaları

Qaraçörəkotunun yetişdiyi ölkələr Türkiyə, Cənubi Avropa, Balkan ölkələri, Şimali Afrika, Hindistandır. İnsan bədəninə çox faydası olan qaraçörəkotu çox şəfalı bitkidir.

Qaraçörəkotunun faydalarını saymaqla qurtarmaz. Bəs qaraçörəkotu yağının faydaları nələrdir? Aşağıdakı bəndlərdə qaraçörəkotu yağının faydalarını öyrənə bilərsiniz:

* Mikrop, virus və göbələklərə qarşı öldürücü təsiri malikdir.
* Bəlğəmi yox edir və tənəffüs borusunu genişləndirir.
* Xərçəngə qarşı qoruyucu təsiri var.
* Qan şəkərini tənzimləyir.
* Yorğunluq halını aradan qaldırıb, gümrahlıq verir. 
* Damar sərtliyi, damar tutulması kimi xəstəliklərin qabağını alır.
* Təzyiqin və xolesterolun normal olmasını təmin edir.
* Cinsi gücü artırıcı təsiri var.
* Həzmi asanlaşdırır.

* Bədəndəki zəhərləri süzərək yox edir.
* Sidikqovucu xüsusiyyəti var.
* Yaraların tez yaxşılaşmasını və hüceyrələrin təzələnməsini sürətləndirir.
* Allergiyanın qarşısını alar.
* Hormon sistemini möhkəmləndirər.
Davamı →

İmmunitetin möhkəmləndirilməsi üçün xalq təbabəti üsulları

— ½ stəkan çuğundur şirəsi + ½ stəkan kök şirəsi + 1 xörək qaşığı bal və + 1 xörək qaşığı limon şirəsi. Hazırlanmış bu qarışıqdan səhər və axşam saatlarında 1 xörək qaşığı içmək lazımdır.
— 1 xörək qaşığı üzüm (tumsuz), 7 ədəd qozun ləpəsi və 7 ədəd ərik qurusu götürüb onları xırda-xırda doğrayaraq bir-biri ilə qarışdırın. Üzərinə 1 çay qaşığı bal və ½ limonun şirəsini əlavə edin. Alınan bu qarışığı yaxşı-yaxşı qarışdırdıqdan sonra onu hər dəfə 1 xörək qaşığı (uşaqlara isə 1 çay qaşığı) olmaqla axşam – yatmamışdan bir qədər əvvəl qəbul edin.
Davamı →

Zoğalın xalq təbabətində istifadəsi

Zoğal çox faydalı giləmeyvədir. Qədim zamanlardan bu giləmeyvə öz müalicəvi xüsusiyyətlərlə tanınır.

Zoğal C vitamini ilə zəngindir. Bu giləmeyvədə C vitamini sitrus meyvələrdə olduğundan çoxdur. C vitamini damaqları möhkəmləndirir. Məhz bu səbəbdən keçmişdə zoğal dişlərin tökülməsi ilə müşayiət olunan sinqa xəstəliyi ilə mübarizədə geniş istifadə olunurdu.

Zoğal həmçinin qədim zamanlardan bağırsaqları yığan təbii vasitə kimi tanınır. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı təbii dərman kimi istifadə olunur. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal + 1 stəkan qaynar su).

Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır – bağırsaqlar həm təmizlnir, həm də yığılır.
Davamı →