Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 239 topik

Öskürəyə qarşı xalq təbabəti üsulları

Həkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.
Həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.
Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!
— Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.
— 1/2 təkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.
Davamı →

İmmunitetin xalq təbabəti üsulları ilə möhkəmləndirilməsi

xalq təbabətiQışda insanın immuniteti zəifləyir və bu səbəbdən qışda insanlar daha tez-tez xəstələnir. Sizə immuniteti möhkəmləndirmək üçün bir neçə xalq təbabəti üsulu təqdim etmək istərdik.
Bu üsullardan həm xəstəlik zamanı, həm profilaktik tədbir kimi istifadə etmək olar.
— 1/2 limonu qabığı ilə xırda doğrayın. Orta ölçüdə olan 7-8 sarımsaq dişini doğrayın və limona əlavə edin.
Limonla sarımsaq qarışığını 1/2l-lik bankaya yığın və üzərinə banka dolana qədər qaynanmış ilıq su əlavə edib 4 gün ərzində qaranlıq yerdə saxlayın. Sonra limonla sarımsağı çıxarmayraq soyuducuya qoyun.
Davamı →

Mixəyin müalicəvi xüsusiyyətləri

Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.

Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.

Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.
Davamı →

Ağız yaralarının müalicəsi

Narahatedici və ağrılı olan ağız yaralarının bir çox yaranma səbəbləri ola bilər. Ağız yaralarının sağalma müddəti bəzən çox qısa bir müddətdə, bəzən isə uzun müddət davam edə bilər. Bu ağız yaraları toxuma pozğunluqlarından qaynaqlanır.

Ağız təmizliyinə kifayət qədər əhəmiyyət verməmək, həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi kimi daha bir çox səbəb ağız yaralarına səbəb ola bilər. Yanağınızı bilmədən ani olaraq dişlədiyinizdə də ağız yaraları əmələ gələ bilər. Ancaq ağız yaraları uçuq ilə qarışdırılmamalıdır. Ağız yaraları ağzın içində ortası ağ ya da sarı rəngdə olur. Qeyd edək ki, kişilərdə ağız yaralarının meydana gəlmə riski, qadınlara nisbətən daha yüksəkdir.

Davamı →

Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifadə etməklə sızanaqlardan qurtulmaq olmaz. Lakin bu üsullar onların müalicəsində yaxşı yardımçı ola bilərlər.
Bu vasitələri kifayət qədər uzun müddət ərzində (1 ay və daha artıq) istifadə etsəniz yaxşı nəticə ala bilərsiniz.
— 2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Soyumuş palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsində istifadə edirlər.
— 2 xörək qaşığı xırdalanmış dəmrovotu üzərinə 2 stəkan su əlavə edilərək 5 dəqiqə qaynadılır. Dəmləməni 2 saat saxladıqdan sonra süzün. Alınmış dəmləmə ilə iltihablaşmış sahələri gün ərzində bir neçə dəfə silin və yatmamışdan qabaq isə iltihablaşmış sahələrin üzərinə dəmləmədə isladılmış pambıq tampon qoyun.
Davamı →

Dünya xalq təbabətindən seçmələr

Radikulitə qarşı türk resepti: xalq təbabəti
3 xorək qaşığı üyüdülmüş istiot
 1 baş xırda doğranmış soğan
1 xörək qaşığı bal
Bunları yaxşıca qarışdırın. Alınmış maddəni ağrı olan yerə çəkib 1 saat saxlayın.

Öskürəyə qarşı İsrail xalq təbabətindən:
1 baş soğanı süzgəcdən keçirib 3 xörək qaşığı tünd bal ilə qarışdırın. Alınan məhsulu 1 qaba töküb ağzını bağlayın, 6 saat kənarda saxlayın. Daha sonra gün ərzində 1 neçə dəfə 2 çay qaşığı olmaqla qəbul edin.
Davamı →

Urinoterapiya

Xalq təbabətinin elə maraqlı üsulları var ki, bu barədə eşidəndə adama gülməli və ya təəccüblü gəlir. Amma əsrlərdir xalq təbabətindən bəhrələnən və şəfa tapan yüzlərlə insan var.
UrinoterapiyaBəzi ənənəvi, müasir tibb tərəfdarları xalq təbabətinin möcüzələrinə şübhəylə yanaşırlar, dərmanlarla müalicəni üstün hesab edirlər. Əslində hər bir həkim nəzəri bilikləri ilə yanaşı türkə-çarə dediyimiz, amma şəfalı üsullardan xəbərdar olmalıdır. Əlbəttə ki, bu mütaliə, araşdırma ilə məşğul olub öz bilik dairəsini artırmaq hər tibb sahəsinin təmsilçinin fərdi işidir. Qəbul edək ki, həkimlərimizin çoxu mütəxəsisləşmək yolunda xalq təbabətindən bəhrələnməyi uyğun saymırlar.
Bu dəfə sizi sidiklə müalicə haqqında maraqlı məlumatlarla tanış edəcəm.“Qafqazinfo” bu məlumatları təqdim edir.
İnsan sidiyini səfalı edən nədir?
İndi bəzisinə bu üsul qeyri-mümkün, bəzisində ikrah, bəzisində də ürəkbulantısı yarada bilər. Amma bu barədə deyilənlər daha həqiqətəuyğun görünür. Ən əvvəl insan ifraz etdiyi bütün maddələri orqanizminin tullantıları kimi bilir. Bunun əksini söyləyənlərə görə isə sidikdən təkrar istifadə “dərman” rolunu oynayır.
Davamı →

Yumurta qabığı faydalıdır

Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində orqanizm tərəfindən ən asan mənimsənilən kalsium formasından əlavə 30-a yaxın müxtəlif, o cümlədən çox nadir minerallar var — mis, ftor, dəmir, marqans, molibden, fosfor, kükürd, sink, kremnium, molibden və s.

Alimlər araşdırıblar ki, yumurta qabıqlarının tərkibi insanın sümükləri və dişləri ilə, demək olar, eynidir. Bu səbəbdən yumurta qabığı insanın dişləri və sümükləri üçün çox faydalıdır — dişləri və sümükləri möhkəmləndirir, uşaqlarda raxit, böyüklərdə osteoporoz xəstəliyinin inkişafının qarşısını alır.
Davamı →

Yaşıl çayın faydaları

Yaşıl çay, dünyada geniş yayılmış və sağlamlığa müsbət təsirləri ilə tanınan bir içkidir. Yaşıl çay eramızdan 3000 il əvvəl Çində kəşf olunub. Daha sonralar Asiya ölkələrinə yayılıb. Yaşıl çayın faydaları tibbdə xeyli zamandır ki, öz təsdiqini tapıb. Yaşıl çayın tərkibi polifenollar, antioksidantlar, karotinoidlər, katexinlər, tokoferollar, kempferol, kversetin, mirisetin, tein, tanin, askorbin turşusu, vitaminlər C, P, B, K, PP mineralları, xrom, manqan, selen, sink və digər maddələrlə zəngindir.Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.


Davamı →

Lavanda yağının faydaları

Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Lavanda yağı ağılınıza gəlməyən möcüzələr yarada bilir.Lavanda yağı, özünün xoş qoxusu və müxtəlif sağlamlıq üstünlükləri ilə tanınır. Onun orqanizm üçün faydalarını təqdim edirik:

Stress və əsəb gərginliyinə qarşıdır

Lavanda yağının ən məşhur faydası, stressi azaltma və əsəb gərginliyini yüngülləşdirmək qabiliyyətidir. Aromaterapiyada geniş istifadə olunur və rahatladıcı təsiri səbəbilə çox sayda insan tərəfindən sevilir.


Davamı →