Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Evliliyə zərbə vuran xətalar

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər.
Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır.

— Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək

— Daim özünü yox, həyat yoldaşını günahlandırmaq

— Başqalarının yanında həyat yoldaşını təhqir etmək

— Sevgisini bəlli edə bilməmək

— Lazımlı, lazımsız daim danışmaq

— Ünsiyyət yetərsizliyi
Davamı →

Bal ayı


Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə?

Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir.
Davamı →

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol.

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?

Davamı →

Oğlu olan valideynlərə 8 məsləhət

1. Oğluna əsla gülmə
Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq.

2. Suallarına hər zaman cavab verin
Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər.
Davamı →

Ailənin inkişafında böhranlı dövrlər

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;

— Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi
— İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər.
Davamı →

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, valideynlər uşaqlar arasında yaş fərqi məsələsinə diqqətlə yanaşmalıdırlar: «Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur» deyən müsahibimiz bildirir ki, ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
Davamı →

Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları


Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.

Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər.
Davamı →

Xoşbəxt evliliyin qızıl qaydaları

Hər kəs ailə qurduqda xoşbəxt olmaq istəyir. Lakin çox zaman bu xoşbəxtlik üçün qarşı tərəfdən addım gözləyirik. Ailə isə əvvəlcə iki, daha sonra bu iki insanın dünyaya gətirdiyi övladların bir-birinə bəxş edə biləcəyi sevinc, qayğı, diqqət, hörmət sayəsində xoşbəxt olur. ABŞ-ın qabaqcıl dərgilərindən biri xoşbəxt evliliyin 25 qaydasını oxucularla paylaşıb.

1. Bir-birinizin ən yaxşı dostu olun. Seks əhəmiyyətini itirdikdə birlikdə edəcəyiniz şeylərdən zövq alsanız, bir-birinizdən qopmazsınız.

2. Lazım olduqda evdə həyat yoldaşınızın istəyinə uyğun dəyişikliklər edin.

3. Pula görə əsla dava etməyin.

4. Ac və yorğun olan zaman əhəmiyyətli və həssas mövzuları müzakirə etməyin.

5. Həyat yoldaşınız evə gələndə onunla hörmətli bir qonaq kimi davranın.

6. Axşamlar fiziki təmasa keçə biləcək qədər yaxın oturun.
Davamı →

Övladınıza paylaşmağı öyrədin


Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz?

Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən “ birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək.

Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn, paltar alarkən “Gəl, birini sənə alaq birini qardaşına. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır.
Davamı →

Valideynlərə 35 məsləhət

1. Uşağın suallarına səbrlə və doğru cavab verin.
2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin.
3. Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın.
4. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.
5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.
Davamı →