Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Nikah

Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır.
Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.


Ardı →

Evdə dava olanda

Əgər evdə bir-birinizdən küsmüsüznüzsə,aranız sərindirsə,bir-birinizə lazımi diqqəti göstərmirsinizsə,seksual harmoniya yoxdursa məsləhət görülür ki,bu cümlələri tez-tez işlədəsiniz:

1) Haqlısan!
2) Mümkündür!
3) Səni sevirəm!
4) Səni yaxşı başa düşürəm!
5) Səndən bir dənədir!

6) Əllərinə sağlıq!
7) Üzr istəyirəm!
8) Sənin yerin başqadır!
9) Xeyirlisi olar İnşallah!
10) Sən Allahın bir lütfüsən və ya gözümün nurusan!evdə dava olmasın.həmişə mehriban ailə olun

11) Problem deyil
12) Təşəkkür edirəm!
13) Əsəbim sənə qarşı deyil
14) Dualarım səninlədir!
15) Mənə bir az vaxt ver!

16) Sən belə eləməzsən,mən bilirəm!
17) Canın sağ olsun!
18) Haqqını halal et!
19) Allah səndən razı olsun!
20) Çox gözəl olmuş

21) Sən dünyanın 8-ci möcüzəsisən!
Davamı →

Qayınana məktəbdir

Son onilliklərdə qayınana mövzusu ədəbiyyatımızın gülüş obyektlərindən birinə çevrilib. Çox üzücü mənzərədir. Qayınana ana deyil, amma ana əvəzidir. Yəni sən birisi ilə öz ömür yolunu birləşdirirsənsə, qarşı tərəfin anasını da elə özününkü qədər yaxın, səmimi qəbul etməlisən.
İndiki gəlinlərin ən böyük problemi müstəqillik məsələsidir. Ər evinin qapısından girməmiş hər şeyini ayırıb başqa qapıdan girmək istəyir.
Davamı →

İlk Məktəb

      Rəbb öz müdrikliyi ilə ailəni ən böyük tərbiyəverici qüvvə kimi təyin etmişdi. Uşağın təhsili ailədən başlamalıdır. Bu, onun ilk məktəbidir. Burada valideyn — müəllimləri birgə əməyilə o, bütün gələcək həyatını idarə edəcək dərsləri — diqqət, itaət, hörmət, təmkin kimi dərsləri öyrənməlidir. Ailənin tərbiyəvi təsiri xeyirə və şərə yol açan əsas qüvvədir. Bir çox hallarda o, gizli aramla, lakin düzgün istiqamətdə gedir və həqiqətin təsdiqində əsaslı qüvvəyə çevrilir.


Ardı →

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».


Ardı →

Onunla kral kimi rəftar et, kraliça ol!

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı.
«Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.
Ardı →

Gəzintiyə çıxın

Monoton həyat həmişə cansıxıcıdır. Bir-birinizi nə qədər çox sevsəniz də, bir-birinizə nə qədər hörmət etsəniz də, hər gün eyni mənzərə ilə qarşılaşmaq istər-istəməz nə vaxtsa bayağılaşır, monotonlaşır.ailə gəzintidə

Atanın televizor qarşısında “yorğunluğunu atması”, uşaqların otaqlarında dərs hazırlaması, ananın mətbəxdə biş-düşü ilə məşğul olması… hər şey əvvəlki, hər şey həmişəki. Əlbəttə, bu həyata yeni rənglər qatanda, yeni çalarlar əlavə edəndə istər-istəməz dincəlirsən, yenilənirsən.

Arabir hər şeyi bir tərəfə qoyun və səhər tezdən evdən çıxın, özü də hamılıqla. Ya bir parka gedin, ya bir sahilə üz tutun və göz işlədikcə uzanan üfüqlərə baxın, göz işlədikcə uzanan küçələri addımlayın. Əminəm ki, faydasını görəcəksiniz.


Ardı →

Ananın təsiri

Ananın fəaliyyət sahəsi məhdud ola bilər, lakin onun atanın təsiri ilə birləşmiş təsiri əbədiyyət kimi dəyişməzdir. Xeyirxah təsir bağışlayan ananın qüvvəsi ALLAHIN qüvvəsindən sonra dünyada ən böyük qüvvədir. O, həyatın çətinliklərindən və fəlakətlərindən keçərək, gələcəyə, əbədi həyata doğru can atır.
 

      Ana və övladları incə həyat bağları ilə bir-birinə bağlıdırlar. Övlad atasının deyil, anasının həyatını və nümunəsini daha asanlıqla qəbul edir, çünki onları güclü hisslər birləşdirir.
Ardı →

Ana məhəbbəti

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. 
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər... 
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular... 
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Ardı →

Qaçış

Həyat yoldaşım səfərə çıxmalı idi.Mən onu yola salmaq üçün hazırlıq görür,o da səfərqabağı yır-yığış edirdi.Dörd yaşlı oğlumuz isə öz işində idi.Elə hey əl-ayağımıza dolaşır,dəcəlliyindən qalmırdı.Öyüd-nəsihətlərmiz də bir nəticə vermirdi.Nəhayət,həyat yoldaşım dözə bilmədi və ona küncdə dayanmağı tapşırdı.Səssizcə gedib küncdə dayandı.Üz-gözünü turşutmuşdu.Bir azdan oğlum arxaya çevrilib acıqlı bir səslə: “Evdən qaçacağam”-dedi.


Ardı →