Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Evlilikdən sonra

İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.
Davamı →

Xoşbəxt bir evlilik üçün kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

İngiltərəli elm adamlarının araşdırmaları maraqlı nəticə vermişdir. Buna əsasən ailədə xoşbəxtliyin təmin olunması üçün kişi özündən beş yaş kiçik qadınla evlənməlidir.Bath universitetində evli olan və ya münasibətlərində ciddi olan 1500-dən çox cütlüklə görüşlər keçirilmiş və onlara müxtəlif suallar ünvanlanmışdır.


İlk görüşdən 5 il keçdikdən sonra həmin cütlüklərdən 1000-i ilə yenidən görüş təşkil edilmişdir.
Ardı →

Həyat yoldaşınız eyni zamanda iş ortağınız olarsa

Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.

İşlərinizi yatağa daşımayın...
Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.

Professional davranın...
Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olması. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər.
Ardı →

Böyüklərə şanlı məktub

Bir jurnalda oxuduğum, olduqca maraqlı və üslubca fərqli bir yazını sizinlə bölüşmək istəyirəm... 
“Salam!.. Mən bu salamı sizinlə ürəkdən bölüşmək, əvəzində isə sizdən səmimi bir salam almaq istəyirəm. Amma nədənsə get-gedə bu da unudulur və mən ən çox “qonaqlarımızdan” bu sözləri eşidirəm: “Qardaş gəlir, sən gözdən düşdün”. Dünən bunu ən azı 10 nəfərdən eşitdim. Atam-anam da görürlər ki, mən bu sözlərdən pis oluram. Və başlayırlar mənə təsəlli verməyə: “Qızım, narahat olma, zarafat edirlər. Heç biz səni unudarıq?” Sonra da ayaqlarımı qıdıqlayır, yanaqlarımdan öpməyə başlayırlar. Və yavaşca qulağıma pıçıldayırlar: “Səni çox sevirik, bunu yaddan çıxartma”.
Yox, yox, yaddan çıxartmıram. Əlbəttə, bilirəm atamın, anamın məni nə qədər çox sevdiyini...  Qardaşım gələndə məni yenə sevəcəklərini də bilirəm. Amma yenə də bəzən narahat oluram, bəzən də kədərlənirəm. Çünki hələ bu sözləri həzm etməmiş təzələrini eşidirəm: “Bax, indi mənə üz vermirsən, amma qardaşın gələndə səni yaddan çıxaracaqlar. Onda çox yalvararsan. Hə, indi gəl öp görüm xalanı”… Nə isə!..
Ardı →

Problemi həll etmək...

İki nişanlı son günlərini sayırdılar.Bir ay sonra nikah mərasimləri olacaqdı.Hər ikisi yeni quracaqları bu ailənin bünövrəsini necə “möhkəmləndirəcəklərini” düşünürdülər.Gördükləri,tanıqları ailələrdə baş verən problemləri bir-bir nəzərdən keçirməyə başladılar:


Ardı →

Yoldaşınızın uğuru sizdən asılıdır


Bir çox gənc qızlar ailə həyatı qurarkən gələcək barədə heç düşünmürlər və yalnızca bu gün ilə yaşayırlar. Bu zaman onları idarə edən emosiyaları və hissləri olur. Lakin illər keçdikdən sonra əsl ailə həyatı başlayır, sevgi bitir və bu azmış kimi maliyyə problemləri baş qaldırır.

Qadınlar bir faktı qəbul etməlidirlər ki, onların həyat yoldaşlarının uğuru elə qadınların özlərindən asılıdır. Müvəqqəti çətinliklərə dözməyə hazır olan və ərinin uğuruna inanan qadın ailəsini bu çətin böhrandan çıxara bilər.
Ardı →

Hər eşitdiyini danışsan...

Hər eşitdiyini danışmaq cahillikdirBəzi adamlar özlərini elə aparırlar ki, sanki hər şeyi bilirlər, ya da hər şeydən məlumatları var.

Belələri həmişə başları çıxdı-çıxmadı hər məsələyə müdaxilə etməyi xoşlayırlar. Hərdən də doğru oldu-olmadı nə eşidirlərsə, orda-burda danışmağı sevirlər. Beləliklə də, onlar özlərini ağıllı göstərməyə, həmçinin hamıdan seçilməyə çalışırlar. Yaxşı olar ki, belələri özlərinə aid olmayan işlərə girişməyələr. Ancaq nə fayda, belələri heç nəyə qulaq asmadan öz bildiklərini edirlər. Hələ, üstəlik, özlərini həmişə doğru danışan və ya haqlı bilirlər. Hətta öz məqsədlərinə nail olmaq üçün başqalarından “məharətlə” istifadə edirlər...

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana başucalığı gətirmir.

Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. O mənada ki, böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə etsin ki, ondan da tərbiyə tələb etməyə haqqı olsun.


Davamı →

Ailədə kişinin müdiriyyətinin rolu

Hər bir ictimai qurumun müdiriyyətə ehtiyacı var. Ailə də ictimai bir qurumdur. Əgər ailədə düzgün müdiriyyət olmazsa, onun işləri dolaşar, nizam-intizam aradan götürülər. Himayə və müdiriyyətin zəif olduğu ailələr müxtəlif baxımlardan problemə məhkumdurlar. Ailə qadının lətafətinə, hisslərinə, mərhəmətinə ehtiyaclı olduğu kimi, qüdrət, çətinlik, tədbir, müdiriyyət və rəhbərliyə də möhtacdır. Bu xüsusiyyətlər isə təbii və fitri şəkildə kişidə daha güclüdür. Ailədə müdiriyyəti İslam dini kişinin öhdəsinə qoymuşdur. Qadın bu müdiriyyəti təmkinlə qəbul etməlidir ki, ailə işlərinin tənzimində problem yaranmasın.

Burada zəruri bir nöqtəyə işarə etmək lazım gəlir: ailədə müdiriyyəti təhkim, zor, sərtliklə eyni tutmaq olmaz. Bütün ictimai qurumlar, o cümlədən ailədə müdiriyyət işlərin daha yaxşı idarə olunması və ixtilafların qarşısının alınması üçündür. Təəssüf ki, bəzi kişilər özünü ailə-övladın mütləq hakimi kimi aparır və onların heç bir haqqını tanımır. Adətən, belə kişilər rəftarını dəyişmək istəmir. Onlar eqoizmə, kobudluğa o qədər yer vermişlər ki, bütün tövsiyələri qulaqardına vururlar. Etiraf edək ki, bu sayaq qaba fərdlərlə birlikdə yaşamaq olduqca çətindir.


Ardı →

Sən gülsən, gülüm...

Onun saçlarına sığal çəkəndə, alnını, əllərini öpəndə  baxışlarına necə təbəssüm dolduğuna, “gəl, gəzməyə gedək” deyəndə qollarını boynuna dolayıb səni itirəcəyindən qorxurmuş kimi qoynuna sığınmasına heç fikir vermisənmi?
Bəli, bax, beləcə, o həmişə diqqət, nəvaziş gözləyir, səndən. Nə olur-olsun, səni heç kimsə əvəz edə bilməz onun üçün.
Hər yenicə doğulmuş körpəyə atalı-analı böyüməsini arzu edirlər. O bu atalı-analı dünyadan məhrum olanda, hansı səbəbdənsə boşanmalara gətirib çıxaran qərarın zərbəsi körpə ürəyinə dəyəndə çilik-çilik olub torpağa səpələnmiş ayna kimi qırılır, parça-parça olur. Axı saf, təmiz, ləkəsiz aynaya bənzəyir körpə qəlbi. Bu aynanı qırmağa tələsmə, necə deyərlər, yenə yüz ölç, bir biç, düşünülmüş qərar ver. Ciddi-ciddi düşünsən, yaxşı-yaxşı götür-qoy etsən, hər şey yaxşılığa doğru dəyişər.

Hər səhər, hər gün öp, oxşa körpəni, gülən gözlərinə aynaya baxan kimi bax, sevincinə sevginlə cavab ver, bağrına basıb qızılgül tək qoxula onu, astaca əyilib qulağına pıçılda: “Sən gülsən, gülüm...” 


Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti
Davamı →